Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Davosda ABŞ-la bir platformada – politoloqdan TƏHLİL

Siyasət 23 Yanvar 2026, 12:12

1265

Davos İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması və Prezident İlham Əliyevin tədbirdə iştirakı Azərbaycanın beynəlxalq siyasi mövqeyinin möhkəmlənməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Forum çərçivəsində dövlət başçısının ABŞ Prezidenti Donald Trampla görüşü də diqqət mərkəzində olub. Mövzu ilə bağlı politoloq Turan Rzayev Citypost.az-a açıqlama verib.

Politoloqun sözlərinə görə, Azərbaycanın Davos Forumunda iştirakı və ABŞ-ın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisçi üzvü qismində çıxış etməsi tarixi hadisədir. Onun fikrincə, bu təşəbbüsün məhz ABŞ tərəfindən Azərbaycana təklif olunması və Prezident İlham Əliyev tərəfindən məmnuniyyətlə qəbul edilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.

Turan Rzayev qeyd edib ki, Azərbaycan Sülh Şurasının təsisçi üzvlərindən biridir və bu, adətən yalnız böyük dövlətlərə edilən təkliflər sırasına daxildir. Azərbaycanın ABŞ-ın təsis etdiyi bir təşkilatın qurucu üzvü olması Vaşinqtonun Bakıya verdiyi strateji önəmi bir daha təsdiqləyir.

Politoloqun fikrincə, xüsusilə Donald Trampın hakimiyyətə gəlişindən sonra Azərbaycan–ABŞ münasibətlərində ciddi irəliləyişlər müşahidə olunub və dövlət başçıları səviyyəsində əlaqələr yüksək səviyyədə formalaşıb. ABŞ Prezidenti ilə görüş və eyni platformalarda iştirak Azərbaycan Prezidentinin beynəlxalq prestijinin və siyasi çəkisinin bariz nümunəsidir.

Rzayev vurğulayıb ki, Azərbaycan münaqişə təcrübəsi olan ölkə kimi Sülh Şurasında mühüm rol oynaya bilər. 44 günlük Vətən müharibəsindən və sonrakı antiterror tədbirlərindən sonra rəsmi Bakının qalib mövqedən çıxış etməsinə baxmayaraq, Ermənistana qarşı təzyiq siyasəti yürütmədiyini, əksinə, konstruktiv və praqmatik danışıqlar xəttini seçdiyini xatırladıb. Onun sözlərinə görə, bu yanaşma nəticəsində sülh danışıqları uğurla davam edir və Vaşinqtonda sülh sazişi paraflanıb.

Politoloq əlavə edib ki, Azərbaycan münaqişələri gərginləşdirmədən həll edən ölkə kimi tanınır və Yaxın Şərq məsələsində də balanslı mövqeyə malikdir. Rəsmi Bakının həm Fələstin, həm də İsraillə uzunmüddətli siyasi, iqtisadi və hərbi əlaqələrinin olması ölkəmizi regional və qlobal miqyasda etibarlı tərəfdaşa çevirir.

Turan Rzayev hesab edir ki, Azərbaycanın Sülh Şurasında iştirakı təhlükəsizlik baxımından da böyük əhəmiyyət daşıyır. Bu üzvlük regionda, xüsusilə Türkiyə və İran kontekstində Azərbaycanın mövqelərini daha da gücləndirir və müxtəlif dairələrdən səslənən tənqidlərin qarşısını almağa imkan verir.

Politoloqun fikrincə, Azərbaycanın beynəlxalq prestiji artıq elə bir səviyyəyə çatıb ki, ölkə nüfuzlu beynəlxalq təşkilatlara təsisçi üzv kimi dəvət olunur və ABŞ-la eyni platformada təmsil edilir. O, bu hadisənin Azərbaycanın gələcək siyasi və diplomatik mövqeləri üçün müsbət nəticələr verəcəyini bildirib.

Söhbətləşdi - Turan Etibaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yeganə Hacıyeva: Azərbaycan-İran gərginliyi diplomatik addımlarla yumşalır

Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva Citypost.az-a bildirib ki, dövlətlər arasında diplomatik etimad, iqtisadi və enerji əməkdaşlığı üçün təhlükəsiz regional mühitin yaradılması vacibdir. Politoloqun  sözlərinə görə, regional təhlükəsizliyin əsas elementlərindən biri ölkələr arasında dini və siyasi hörmətin mövcudluğu və həssas məqamlarda bu iradənin nümayiş etdirilməsidir.Y.Hacıyeva qeyd edib ki, Naxçıvana edilən dron hücumu regional təhlükəsizlik mühitini gərginləşdirib, lakin Azərbaycan bu gərginliyi yumşaltmaq və dialoq imkanlarını qorumaq məqsədilə diplomatik və humanitar addımlar atır. Prezident İlham Əliyevin yeni dini lideri təbrik etməsi İranın dini və siyasi elitası ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan mühüm addımdır. Bu jest yalnız rəsmi protokol çərçivəsində deyil, həm...

10 Mart 2026, 14:40

İlham Əliyev Naxçıvan MR-in Konstitusiyasında dəyişiklikləri təsdiqlədi

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər təsdiqlənib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.Konstitusiya qanununda Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilib, 1 maddə (maddə 5) çıxarılıb, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilib.Qanuna əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da əksini tapacaq.Konstitusiyaya əlavə edilən "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının...

10 Mart 2026, 12:20

YAP İdarə Heyətinin iclası keçiriləcək 

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək.APA-nın xəbərinə görə, iclas 12 mart tarixində təşkil olunacaq.

10 Mart 2026, 11:56

Elman Vəliyev: Azərbaycan balans siyasətini qoruyur

Konflikt analitik Elman Vəliyev Orta Şərqdə hazırda gedən müharibənin dünya neft bazarına böyük təsir göstərdiyini bildirib. Citypost.az xəbər verir ki, ekspertin analizinə görə, müharibə geosiyasi risklərin artması ilə enerji təchizatında qeyri-müəyyənlik yaradıb, nəticədə neft qiymətləri xeyli qalxıb ki, bu da dünya enerji bazarında ciddi dəyişikliklərə yol açır.O qeyd edib ki, bu vəziyyət Azərbaycan üçün müsbət impulslar verir. Bildirilib ki, dünya bazarında neftin qiymətinin artması Azərbaycan neftinin də yüksək qiymətləndirilməsinə təsir göstərir — son statistikaya görə, “Azeri Light” markalı neftin qiyməti 103 dollar səviyyəsinə yüksəlib ki, bu da bir çox prioritet rüblərlə müqayisədə əhəmiyyətli artımdır.Elman Vəliyev vurğulayıb ki, ABŞ “neft krallığı”...

10 Mart 2026, 10:55

Ekspert: İran ABŞ-ın geri çəkilməsindən istifadə edə bilər

Milli Cəbhə Partiyasının sədrinin müavini və siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ-İran münasibətləri ilə bağlı açıqlama yayıb.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, ABŞ-ın hazırkı vəziyyətdə atəşkəsə getməsi İranın qələbəsi kimi qiymətləndirilə bilər. Hazırda ABŞ İran ətrafında cəmləşdirdiyi aviadaşıyan gəmilərini 500–1000 km məsafəyə qədər geri çəkib. Eyni zamanda Körfəz ərəb ölkələrində yerləşən ABŞ hərbi bazaları İranın intensiv hücumlarına məruz qalır. ABŞ və İsrail isə İranı yüz kilometrlərlə uzaq məsafədən vurmağa davam edir.Məhəmməd Əsədullazadə xatırladıb ki, əvvəllər Yəməndə husiləri devirmək üçün Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri quru əməliyyatı həyata keçirmiş, ABŞ və İsrail aviasiyası isə havadan zərbələr endirmişdi. Buna baxmayaraq, husiləri...

10 Mart 2026, 09:15

İlham Əliyev Müctəba Xameneyini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyini təbrik edib.Citypost.az xəbər verir ki, təbrik mətnində deyilir:- Möhtərəm Ayətullah Xameneyi həzrətləri.İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.Bu yüksək təyinatla bağlı Sizə bir daha...

09 Mart 2026, 17:13