Bizə yazın

Baku

-°C

USD

-

"Azərbaycan regionda stabilliyin təminatçısı kimi çıxış edir " - Politoloq Davos görüşünü təhlil etdi

Siyasət 23 Yanvar 2026, 14:18

1436

Davos İqtisadi Forumunda Azərbaycan Prezidentinin iştirakı və “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir.

Politoloq Ramiz Alıyev bu addımı Azərbaycanın diplomatik və strateji maraqları kontekstində dəyərləndirib.

Citypost.az-a açıqlama verən ekspert qeyd edir ki, bu sənəd Azərbaycanın post-münaqişə mərhələsində formalaşdırdığı yeni siyasi reallıqların qlobal səviyyədə qəbul olunmasını göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional sabitliyin təminatçısı deyil, eyni zamanda qlobal sülh təşəbbüslərində fəal iştirak edən məsuliyyətli və etibarlı dövlət kimi çıxış edir.

Ramiz Alıyev vurğulayır ki, Nizamnamənin imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində təşəbbüskar və normayaratma proseslərində iştirak edən aktor kimi mövqeyini möhkəmləndirir. Bu addım siyasi dialoq imkanlarını genişləndirir və aparıcı beynəlxalq institutlar, eləcə də nüfuzlu dövlətlərlə əməkdaşlığın yeni formatlarının yaranmasına şərait yaradır.

Politoloq əlavə edir ki, Prezident İlham Əliyevin Davosda səsləndirdiyi mesajlar Azərbaycanın regional və qlobal siyasətdə balanslaşdırılmış və praqmatik mövqe sərgilədiyini göstərir. Qlobal qeyri-müəyyənliklər fonunda Azərbaycan milli maraqlarını qoruyur, iqtisadi suverenliyi təmin edir və enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir. Bu, həmçinin ölkəmizin Avropa, Asiya və Qlobal Cənub ölkələri ilə çevik və dayanıqlı əməkdaşlıq imkanlarını artırır.

Ramiz Alıyev qeyd edir ki, “Sülh Şurasının Nizamnaməsi” regionda davamlı sülhün möhkəmlənməsi üçün önəmli institusional addımdır. Sənəd birbaşa təhlükəsizlik mexanizmi yaratmasa da, sülh gündəminin institusionallaşmasına və siyasi dialoq mühitinin güclənməsinə töhfə verir. Prezidentin təşəbbüskarlığı Cənubi Qafqazda qarşılıqlı etimadın və iqtisadi inteqrasiyanın inkişafına zəmin yaradır, regionda sülhün davamlı və dönməz xarakter almasına həlledici təsir göstərir.

Turan Etibaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yeganə Hacıyeva: Azərbaycan-İran gərginliyi diplomatik addımlarla yumşalır

Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva Citypost.az-a bildirib ki, dövlətlər arasında diplomatik etimad, iqtisadi və enerji əməkdaşlığı üçün təhlükəsiz regional mühitin yaradılması vacibdir. Politoloqun  sözlərinə görə, regional təhlükəsizliyin əsas elementlərindən biri ölkələr arasında dini və siyasi hörmətin mövcudluğu və həssas məqamlarda bu iradənin nümayiş etdirilməsidir.Y.Hacıyeva qeyd edib ki, Naxçıvana edilən dron hücumu regional təhlükəsizlik mühitini gərginləşdirib, lakin Azərbaycan bu gərginliyi yumşaltmaq və dialoq imkanlarını qorumaq məqsədilə diplomatik və humanitar addımlar atır. Prezident İlham Əliyevin yeni dini lideri təbrik etməsi İranın dini və siyasi elitası ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan mühüm addımdır. Bu jest yalnız rəsmi protokol çərçivəsində deyil, həm...

10 Mart 2026, 14:40

İlham Əliyev Naxçıvan MR-in Konstitusiyasında dəyişiklikləri təsdiqlədi

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər təsdiqlənib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.Konstitusiya qanununda Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilib, 1 maddə (maddə 5) çıxarılıb, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilib.Qanuna əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da əksini tapacaq.Konstitusiyaya əlavə edilən "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının...

10 Mart 2026, 12:20

YAP İdarə Heyətinin iclası keçiriləcək 

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək.APA-nın xəbərinə görə, iclas 12 mart tarixində təşkil olunacaq.

10 Mart 2026, 11:56

Elman Vəliyev: Azərbaycan balans siyasətini qoruyur

Konflikt analitik Elman Vəliyev Orta Şərqdə hazırda gedən müharibənin dünya neft bazarına böyük təsir göstərdiyini bildirib. Citypost.az xəbər verir ki, ekspertin analizinə görə, müharibə geosiyasi risklərin artması ilə enerji təchizatında qeyri-müəyyənlik yaradıb, nəticədə neft qiymətləri xeyli qalxıb ki, bu da dünya enerji bazarında ciddi dəyişikliklərə yol açır.O qeyd edib ki, bu vəziyyət Azərbaycan üçün müsbət impulslar verir. Bildirilib ki, dünya bazarında neftin qiymətinin artması Azərbaycan neftinin də yüksək qiymətləndirilməsinə təsir göstərir — son statistikaya görə, “Azeri Light” markalı neftin qiyməti 103 dollar səviyyəsinə yüksəlib ki, bu da bir çox prioritet rüblərlə müqayisədə əhəmiyyətli artımdır.Elman Vəliyev vurğulayıb ki, ABŞ “neft krallığı”...

10 Mart 2026, 10:55

Ekspert: İran ABŞ-ın geri çəkilməsindən istifadə edə bilər

Milli Cəbhə Partiyasının sədrinin müavini və siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ-İran münasibətləri ilə bağlı açıqlama yayıb.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, ABŞ-ın hazırkı vəziyyətdə atəşkəsə getməsi İranın qələbəsi kimi qiymətləndirilə bilər. Hazırda ABŞ İran ətrafında cəmləşdirdiyi aviadaşıyan gəmilərini 500–1000 km məsafəyə qədər geri çəkib. Eyni zamanda Körfəz ərəb ölkələrində yerləşən ABŞ hərbi bazaları İranın intensiv hücumlarına məruz qalır. ABŞ və İsrail isə İranı yüz kilometrlərlə uzaq məsafədən vurmağa davam edir.Məhəmməd Əsədullazadə xatırladıb ki, əvvəllər Yəməndə husiləri devirmək üçün Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri quru əməliyyatı həyata keçirmiş, ABŞ və İsrail aviasiyası isə havadan zərbələr endirmişdi. Buna baxmayaraq, husiləri...

10 Mart 2026, 09:15

İlham Əliyev Müctəba Xameneyini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyini təbrik edib.Citypost.az xəbər verir ki, təbrik mətnində deyilir:- Möhtərəm Ayətullah Xameneyi həzrətləri.İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.Bu yüksək təyinatla bağlı Sizə bir daha...

09 Mart 2026, 17:13