Miras payımda imtina edən şəxs yenidən pay tələb edə bilərmi? QANUN NƏ DEYİR?
Hüquq 23 Yanvar 2026, 10:47
270
Miras bölgüsü ailədaxili münasibətləri bəzən hüquqi müstəviyə daşıyan ən həssas məsələlərdən biridir. Xüsusən də vərəsələrdən birinin miras payından imtina etməsi sonradan müxtəlif suallar doğurur: imtina edən şəxs fikrini dəyişib yenidən miras payı tələb edə bilərmi? Qanun bu məsələyə necə yanaşır?
Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində açıq və konkret şəkildə tənzimlənir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən etibarən 3 ay müddətində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəblər olduqda, məhkəmə bu müddəti 2 aydan çox olmayaraq uzada bilər. Mirasdan imtina mütləq qaydada notariat orqanında rəsmiləşdirilməlidir.
Eyni Məcəllənin 1257-ci maddəsində isə mühüm bir məqam vurğulanır:
mirası qismən qəbul etmək və ya qismən imtina etmək, habelə hər hansı şərt və ya müddət qoymaq qanunla yolverilməzdir. Əgər vərəsə mirasın yalnız bir hissəsindən imtina edərsə və ya imtinanı hər hansı şərtlə bağlayarsa, bu hal bütövlükdə mirasdan imtina kimi qiymətləndirilir.
Ən həlledici norma isə Mülki Məcəllənin 1268.1-ci maddəsində əksini tapıb. Həmin maddəyə görə, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə verdiyi ərizəni sonradan geri götürə bilməz. Yəni, qanunvericiliyə əsasən, mirasdan rəsmi qaydada imtina edən şəxs daha sonra yenidən miras payı tələb etmək hüququna malik deyil.
Qeyd edək ki, əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, onun mirasdan imtinasına yalnız məhkəmənin icazəsi ilə yol verilə bilər.
Beləliklə, mövcud qanunvericiliyə əsasən, miras payından notariat qaydasında imtina etmiş şəxs həmin qərarını sonradan dəyişərək yenidən pay tələb edə bilməz. Bu səbəbdən, mirasdan imtina etməzdən əvvəl hüquqi nəticələri diqqətlə dəyərləndirmək və zərurət olduqda hüquqşünas məsləhəti almaq olduqca vacibdir.
Həmçinin oxuyun
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Yollarda avtomobillə heyvan vurulması halları əsasən Mülki Məcəllə və “Yol hərəkəti haqqında” qanunla tənzimlənir. Qəsdən vurma halı yoxdursa, sürücü cinayət və ya inzibati məsuliyyət daşımır.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən, heyvanın sahibinə məxsus mal-qara nəqliyyat vasitəsinə zərər vurarsa, həmin zərər heyvanın sahibi tərəfindən ödənilməlidir. Heyvanın nəzarətsiz qalması və ya qaçması məsuliyyəti aradan qaldırmır.“Yol hərəkəti haqqında” qanuna görə mal-qara asfalt örtüklü yollardan ötürülməməli, qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə yolun hərəkət hissəsinə buraxılmamalıdır. Bu tələblərin pozulması sürü sahibinin məsuliyyətini yaradır.Əgər avtomobillə vurulan heyvanın sahibi müəyyən edilərsə və zərəri könüllü ödəməzsə, hadisə Dövlət Yol Polisi tərəfindən rəsmiləşdirilir və sürücü məhkəməyə...
22 Yanvar 2026, 15:08
Şirkət açmaq və nizamnamə tələbləri: qanun nə deyir?
Azərbaycanda biznes qurmaq istəyən şəxsləri ilk maraqlandıran suallardan biri şirkətin hansı qaydada yaradılması və bunun üçün hansı hüquqi addımların atılmalı olmasıdır. Qanunvericiliyə əsasən, şirkətlərin yaradılması bir neçə üsulla mümkündür və bu proses müəyyən mərhələlər üzrə həyata keçirilir.Citypost.az-ın məlumatına əsasən Azərbaycanda şirkət əsasən iki formada yaradıla bilər. Birinci üsul təsisçi qərarı ilə yaradılma formasıdır ki, bu zaman tamamilə yeni, hər hansı digər hüquqi şəxsin hüquqi varisi olmayan şirkət formalaşır. İkinci üsul isə yenidən təşkil olunma yolu ilə həyata keçirilir. Bu halda birləşmə, qoşulma, ayrılma, bölünmə və ya çevrilmə nəticəsində yaranan yeni şirkət əvvəlki hüquqi şəxslərin varisi hesab olunur.Şirkət açılması prosesi ümumilikdə...
22 Yanvar 2026, 12:16
Uşaqla ünsiyyət hüququ qanunla qorunur: Nənə və babalar nə bilməlidir?
Azərbaycanda ailə münasibətlərində ən həssas mövzulardan biri uşağın valideyn və yaxın qohumlarla ünsiyyət hüququdur. Qanunvericiliyə görə, valideynlərin boşanması, ayrı yaşaması və ya şəxsi münaqişələri uşağın bu hüququnu məhdudlaşdıra bilməz. Əsas prinsip isə hər zaman uşağın maraqlarının qorunmasıdır.Citypost.az xəbər verir ki, Ailə Məcəlləsinin 50 və 61-ci maddələrinə əsasən, uşaq həm ata və ana ilə, həm də nənə, baba, bacı, qardaş və digər yaxın qohumlarla ünsiyyət saxlamaq hüququna malikdir. Valideynlər boşansalar belə, uşaq hər iki valideyni ilə görüşməli və münasibət qurmalıdır. Uşaqdan ayrı yaşayan valideynin – xüsusilə atanın – övladı ilə görüşmək, onun tərbiyə və təhsili ilə maraqlanmaq hüququ qanunla qorunur.Qanun eyni...
21 Yanvar 2026, 16:30
Əlillik üçün müraciətinizə imtina verilibsə, nə etməlisiniz? - QANUN NƏ DEYİR
Əlilliyin təyin edilməsindən imtina cavabı alan vətəndaşlar bu qərarla razılaşmadıqda qanunvericilik onlara həm inzibati, həm də məhkəmə qaydasında şikayət vermək hüququ tanıyır. Əlillik orqanizmin funksiyalarının 31 faizdən çox pozulması hallarında müəyyən edilir və qiymətləndirmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-ləri tərəfindən elektron qaydada, əsasən Forma-88 göndərişi əsasında aparılır.TSEK göndəriş daxil olduqdan sonra 10 iş günü (zərurət olduqda 15 gün) ərzində əlilliyin təyin edilməsi və ya imtina barədə qərar qəbul edir və nəticə vətəndaşa SMS vasitəsilə bildirilir. Qərarla razılaşmayan şəxslər Mərkəzi TSEK-ə və ya ərazi üzrə TSEK-ə müraciət edərək yenidən qiymətləndirmə tələb edə,...
21 Yanvar 2026, 15:19
Məhkəmə hökmü olmadan işdən çıxarmaq olar? QANUN nə deyir?
İşçinin həbs olunması həm işəgötürənlər, həm də əmək kollektivləri üçün ən çox sual doğuran hüquqi vəziyyətlərdən biridir. Cəmiyyətdə tez-tez belə bir yanlış təsəvvür formalaşır ki, işçi barəsində həbs qətimkan tədbiri seçildiyi an onun əmək müqaviləsinə xitam verilə bilər. Lakin əmək və cinayət-prosessual qanunvericilik bu məsələyə daha fərqli yanaşır.Citypost.az-ın məlumatına görə əmək Məcəlləsinə əsasən, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam yalnız konkret hüquqi əsaslar olduqda mümkündür. Bu əsaslardan biri işçinin müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və bu barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsidir. Yəni, işçi sadəcə həbs edilibsə və barəsində yalnız həbs qətimkan...
21 Yanvar 2026, 10:19
Sahibkar satdığı məhsulun pulunu ala bilmirsə, nə etməlidir?
Sahibkarlıq fəaliyyəti zamanı satılan malın və ya göstərilən xidmətin ödənişinin edilməməsi tez-tez rast gəlinən kommersiya mübahisələrindəndir. Belə hallarda sahibkarın hüquqlarını qorumaq üçün qanunvericilik konkret mexanizmlər müəyyən edib.İlk mərhələdə qarşı tərəfə pretenziya (xəbərdarlıq) məktubu göndərilməlidir. Bu məktubda borcun məbləği, ödənişin hansı müqavilə və ya razılaşmaya əsasən tələb edildiyi və könüllü ödəmə üçün verilən müddət göstərilir. Pretenziya göndərilmədən məhkəməyə müraciət edildikdə iddia ərizəsi geri qaytarıla bilər.Əgər qarşı tərəf xəbərdarlığa baxmayaraq ödənişi etmirsə, sahibkar kommersiya məhkəməsinə müraciət edə bilər. Kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan əmlak və iqtisadi mübahisələrə baxır. İddia ərizəsi yalnız “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə, cavabdehin hüquqi ünvanı üzrə...
19 Yanvar 2026, 20:53