Bizə yazın

Baku

-°C

USD

-

Dondan-dona girən Emin üçün xaricdən cangüdənlər gətirilibmiş - Detallar 

Cəmiyyət 16 Fevral 2026, 09:17

302

Birinci vitse-prezident Mehriban Əliyevanın Emin Hüseynova: “Qadın paltarı geyinib səfirlikdə  gizlənən siz idiniz?” - sualı geniş rezonans doğurmaqla yanaşı, 10 il bundan əvvəl baş vermiş hadisələrin indiyə kimi açıqlanmayan təfərrüatlarına ictimai tələbat olduğunu aydın göstərdi.

Artıq bu məsələnin bəzi detalları barədə məlumat vermişdik.

Qeyd edilmişdi ki, 2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən E.Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd göstərir. Ancaq səfirlik Sülh Korpusunun təmsilçisi Sarah Polsvordla formal nikahda olan Eminin xahişinə müsbət cavab vermir.

CityPost.az  xəbər verir ki, məsələ ilə bağlı yeni təfərrüatlar ondan ibarətdir ki, amerikalılar Emini öz səfirliklərində saxlamağa risk etməyiblər və bu məqsədlə əvvəlcə Polşanın Azərbaycandakı səfirliyindən istifadə etməyə çalışıblar.

Lakin polyaklar bu avantüraya getməyiblər.

Sonra başqa variantlar axtaran amerikalılar nəticədə seçimlərini İsveçrənin Azərbaycandakı səfirliyinin üzərində saxlayıblar. 

Səfirliyə tapşırıq birbaşa Berndən gəlib. Səfir Paskal Obişer o zaman məzuniyyətdə olsa da, bundan imtina etməyə cəsarəti çatmayıb.

Məlumata görə, Emin xarici görkəmini tam dəyişib, saçını rəngləyib, qadın paltarı geyinib. O,  hətta, adamların onu tanıyıb-tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxıb.

Nəhayət, avqustun 18-də azərbaycanlı tanışı qadın libasında olan və ingiliscə danışan Emini İsveçrə səfirliyi yaxınlığında maşından düşürüb və o, səfirliyə daxil olmağı bacarıb.

Artıq səfirliyə daxil olandan sonra ona binanın 3-cü mərtəbəsində otaq veriblər. Avropa oyunları başlayana qədər elə həmin otaqda da qalıb.

Məlumata görə, onun yeməyi-içməyi yüksək səviyyədə təşkil olunub, hətta çörək belə “Brothause”dan alınıb.

Bundan başqa, Emin üçün hər gün bazarlıq edilib, o, hər şeylə təmin olunub. İş o yerə çatıb ki,  Eminə görə İsveçrədən bir neçə nəfər mühafizəçi də gətiriblər. Amma təkcə mühafizəçi yox, onun fizioloji tələbatlarını ödəmək üçün İsveçrədən qız belə gətiriblər.

Dərmanlar əvvəl ancaq alman aptekindən alınıb, amma sonra İsveçrədən gətirilib. Kənardan yemək sifariş olunmayıb, Eminin yeməyi elə səfirlikdə bişirilib.

İsveçrəlilər həmin vaxt Almaniyada olan arvadı Sara Polsvordla telefon danışıqlarını təşkil ediblər.

Yekunda İsveçrə hökuməti Eminin təxminən 200.000 AZN məbləğində vergi borcunu ödəyib. Emin isə Azərbaycan vətəndaşlığından imtina edərək İsveçrə hökuməti qarşısında öhdəlik götürüb ki, siyasi fəaliyyətlə məşğul olmayacaq.

Beləcə, gizlənmək üçün dondan-dona girən Emin Hüseynov İsveçrə səfirliyində təxminən 10 ay qalır. 2015-ci ilin 13 iyununda isə Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra İsveçrə Xarici İşlər Nazirliyinin yüksəkrütbəli diplomatının müşayiəti ilə bu ölkəyə uçur.

Bir müddət sonra isə İsveçrənin səfiri Paskal Obişer Belarusa müvəqqəti işlər vəkili göndərilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

2 gün dumanlı hava olacaq

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.Bu barədə Citypost.az-a-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.Dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

16 Fevral 2026, 10:21

Yüksək postunu itirən general Mirzəyev kimlərlə qudadır? - FAKTLAR  

Fövqəladə hallar nazirinin müavinləri  general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin tutduqları vəzifələrindən azad edildikləri barədə məlumat vermişdik.CityPost.az  vəzifəsini itirən müavinlərdən biri, general-leytenant Etibar Mirzəyev barədə maraqlı məlumatlar əldə edib.Məlumata görə,işini  itirən general  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Arif Qaraşov və  “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri  Zaur Mir Tofiq oğlu Hüseynovla qudadır.Keçmiş vəzifəlilər hazırda biznes fəaliyyəti ilə məşğul olurlar.Qeyd edək ki, Etibar Mirzəyev 1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib. Ailəlidir, 2 övladı var.Müşərrəfxanım...

16 Fevral 2026, 09:49

Müdafiə Nazirliyi açıqlama yaydı

16-20 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.Bu barədə  Müdafiə Nazirliyindən (MN) məlumat verilib."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.

16 Fevral 2026, 09:34

Professor xəbərdarlıq etdi: Dəhşətli təhlükə yaxınlaşır 

Azərbaycan rəsmiləri artıq bir ilə yaxındır ki, (bəlkə daha çox) ölkəmizdə data mərkəzlərinin qurulması haqqında ABŞ şirkətləri ilə danışıqlar aparır. Səbəb suni intellektin getdikcə ölkələrin milli təhlükəsizliyinə təhlükə yaratmalarıdır. Kiber təhlükələr özünə Sİ daxil etdikdə daha da dağıdıcı və qarşısıalınmaz ola bilər.CityPost.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.O bildirib ki, data mərkəzlərinin qurulması suni intellekt mərkəzlərinin qurulmasına yönəlir və bunun üçün texnologiya transferi zəruridir:“Lakin bizi, yəni insanlığı gözləyən sürprizlər bu deyil. Bunlardan daha təhlükəlisi suni intellektin hərbi sənayedə tətbiq olunmasıdır. Artıq insansız ölüm vasitələrinin kütləvi istehsalı mümkündür. Bunu qismən Ukrayna müharibəsində görürük, amma daha...

15 Fevral 2026, 22:57

“Ay Laçın” Belqrada kimi gedib çıxdı - Prezidentlər dinlədi+Video 

Prezident İlham Əliyevin Serbiyaya səfəri münasibətilə Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində ölkənin hərbi orkestri Azərbaycan mahnısı “Ay Laçın”ı ifa edib.CityPost.az  verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.“Bu, Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jestidir”, - H.Hacıyev qeyd edib.

15 Fevral 2026, 21:33

Aleksandar Vuçiç: Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq 

Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq.CİTYPOST.AZ  xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bildirib.“Əziz dostum cənab Prezident və Azərbaycandan gəlmiş hörmətli dostlar, biz dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq. Biz bu məqsədə doğru gedəcəyik. Bu, o deməkdir ki, biz müxtəlif sahələrdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün ürəkdən çalışacağıq. Dostlara gəldikdə, qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Arzu edirik ki,...

15 Fevral 2026, 20:10