Bizə yazın

Baku

-°C

USD

-

Zehni aktivlik demensiya riskini 40% azaldır

Maraqlı 16 Fevral 2026, 10:24

207

Müntəzəm mütaliə, yazı vərdişi və xarici dillərin öyrənilməsi demensiya riskini təxminən 40 faizə qədər azalda bilər. Mütəxəssislər bildirirlər ki, zehni aktivliyi yüksək olan insanlarda xəstəlik orta hesabla 5–7 il daha gec ortaya çıxır.

Citypost.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, həyat boyu davam edən intellektual fəaliyyət xüsusilə demensiyanın ən geniş yayılmış forması olan Alzheimer xəstəliyinin inkişafını ləngidə və hətta müəyyən hallarda qarşısını ala bilər. Bu gün demensiya qlobal səhiyyə üçün ən ciddi təhdidlərdən biri hesab olunur. Proqnozlara görə, 2050-ci ilə qədər bu diaqnozla yaşayan insanların sayı 150 milyonu ötə bilər. Bu səbəbdən koqnitiv geriləməni yavaşladan amillərin müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır.Tədqiqat çərçivəsində orta yaşı 80 olan və ilkin mərhələdə demensiya diaqnozu olmayan 1939 yaşlı şəxs uzunmüddətli müşahidəyə cəlb olunub. İştirakçılar uşaqlıq, orta yaş və qocalıq dövrlərində həyat tərzləri ilə bağlı sorğuları cavablandırıblar.

“Koqnitiv zənginlik” anlayışına uşaqlıqda mütaliə tezliyi, evdə kitab və qəzetlərin mövcudluğu, beş ildən artıq xarici dil təhsili, kitabxana və muzeylərə getmək, təhsil resurslarına çıxış, həmçinin yaşlı dövrdə oxu, yazı və zehni oyunlarla məşğul olmaq kimi amillər daxil edilib.Müşahidə dövründə iştirakçılardan 551 nəfərdə Alzheimer xəstəliyi, 719 nəfərdə isə yüngül koqnitiv pozuntu qeydə alınıb. Həyat boyu yüksək zehni aktivlik göstərən şəxslərdə Alzheimer 21 faiz hallarda müşahidə olunduğu halda, daha az aktiv olanlarda bu göstərici 34 faiz təşkil edib. Yaş, cins və təhsil səviyyəsi kimi amillər nəzərə alındıqdan sonra yüksək koqnitiv aktivliyin Alzheimer riskini 38 faiz, yüngül koqnitiv pozuntu riskini isə 36 faiz azaltdığı müəyyən edilib.

Mütəxəssislər vurğulayırlar ki, nəticələr səbəb-nəticə əlaqəsini tam şəkildə sübut etmir, lakin güclü əlaqəni göstərir. Əsas mesaj isə ondan ibarətdir ki, demensiya qaçılmaz qocalıq mərhələsi deyil. Həyat tərzi, xüsusilə də davamlı zehni fəaliyyət beyin sağlamlığının qorunmasında mühüm rol oynaya bilər.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Süni intellekt saxta xatirələr yaradır

Süni intellekt texnologiyası ilə yaradılan saxta şəkil və videolar yalnız dezinformasiyaya yol açmır, həm də insanların heç yaşamadıqları hadisələri gerçəkmiş kimi xatırlamasına səbəb olaraq “saxta xatirələr” yaradır.Citypost.az-ın məlumatına görə, hazırda generativ süni intellekt modelləri sayəsində hər gün milyonlarla saxta şəkil hazırlanır və sosial mediada paylaşılan məzmunun böyük hissəsi süni intellekt tərəfindən istehsal olunur. Ekspertlər bildirirlər ki, təkrar-təkrar bu saxta şəkillərə məruz qalmaq beynin “tanışlıq” hissi yaratmasına səbəb olur və insan yaşamadığı hadisələri sanki keçmişinin bir parçası kimi hiss edə bilir.Araşdırmalar göstərir ki, süni intellektlə yaradılan şəkillər insan yaddaşını çarpıtdığı üçün xüsusilə uşaqlar və sosial mediada çox vaxt keçirənlər üçün psixoloji...

16 Fevral 2026, 10:55

Orkestrin lideri: dirijorluğun tarixi və milli uslubu

Dirijorluq, yəni musiqi kollektivlərini idarə etmək sənəti, orkestr və xor ifalarının tarixi ilə sıx bağlıdır və minilliklər öncəyə gedib çıxır. Qədim dövrlərdə musiqiçilər əsasən orqan və ya ansambl rəhbərinin göstərişi ilə ifa edirdilər, lakin müasir anlamda dirijorluq XIX əsrə qədər inkişaf etməmişdi.Orta əsrlərdə və Renessans dövründə kilsə musiqisində xorun başında duran şəxs və ya ansambl rəhbəri ritm və girişləri əl hərəkətləri ilə idarə edirdi. Bu dövrdə əsas məqsəd musiqiçilərin harmonik uyğunluğunu qorumaq və ifanı sinxronlaşdırmaq idi. XVII-XVIII əsrlərdə isə simfonik orkestrin yaranması ilə dirijorun rolu daha da önəmli oldu. Böyük orkestrlərin sayı artdıqca, hər bir musiqiçinin səsini və ritmini sinxron...

13 Fevral 2026, 15:03

Teatr binoklları harada yarandı və niyə istifadə olundu?

Teatr binoklları, səhnədəki hər detalı daha yaxşı görmək üçün hazırlanmış optik cihazlardır. Onlar tamaşaçıya aktyorların mimikası, jestləri və dekor elementlərini yaxınlaşdıraraq tamaşanı daha canlı və təsirli izləməyə imkan verir. Binoklların tarixi XIX əsrin ortalarına, Avropada opera və teatrların geniş salonlarda fəaliyyət göstərdiyi dövrə gedib çıxır.Teatr binoklları ilk dəfə XIX əsrin ortalarında Paris və London operalarında istifadə olunmağa başladı. O dövrdə böyük opera salonlarında səhnəni yaxşı görmək çətin idi, buna görə də zəngin tamaşaçılar kiçik, əl ilə tutulan binokllarla uzaqdakı aktyorların mimikasını və dekor detallarını izləyirdilər. Maraqlı məqam odur ki, həmin binokllar bəzən qızıl və gümüşlə bəzədilir, hətta inci və qiymətli...

13 Fevral 2026, 14:46

Gəmi nə zaman yaranıb?  

Gəmilərin tarixi insan sivilizasiyasının ən qədim mərhələlərinə gedib çıxır. Tarixçilərin qənaətinə görə, ilk üzən nəqliyyat vasitələri təxminən 8–10 min il əvvəl yaranıb. Ən qədim qayıqlar ağac kötüklərinin oyulması ilə hazırlanırdı və çayları keçmək, balıqçılıq etmək üçün istifadə olunurdu. Arxeoloji tapıntılar göstərir ki, Nil çayı hövzəsində yaşayan qədim toplumlar artıq e.ə. IV–III minilliklərdə su nəqliyyatından geniş istifadə ediblər.Qədim Misir sivilizasiyasında papirusdan hazırlanan qayıqlar geniş yayılmışdı. Nil çayı həm ticarət, həm də nəqliyyat üçün əsas yol hesab olunurdu. Sonralar ağacdan hazırlanmış daha iri yelkənli gəmilər meydana çıxdı. Bu gəmilər artıq uzun məsafəli səfərlərə imkan verirdi.Dənizçilik sahəsində mühüm rol oynayan xalqlardan biri də...

13 Fevral 2026, 11:58

Doymuş yağlar şəkərdən daha təhlükəlidir? Mütəxəssis RƏYİ

Doymuş yağların orqanizm üçün şəkər və ağ çörəkdən daha zərərli ola biləcəyi ilə bağlı maraqlı nəticələr açıqlanıb. Aparılan elmi araşdırma uzun illərdir geniş yayılmış “əsas təhlükə məhz rafinə olunmuş karbohidratlardır” fikrinə müəyyən mənada yenidən baxılmasına səbəb olub.Citypost.az-ın məlumatınag görə, tədqiqatçılar müxtəlif qidalanma modellərinin maddələr mübadiləsinə və qaraciyər funksiyasına təsirini müqayisə ediblər. Eksperiment çərçivəsində laboratoriya siçanları dörd fərqli pəhrizlə qidalandırılıb: yüksək karbohidratlı, yüksək yağlı, ketogen (çox yüksək yağlı və demək olar ki, karbohidratsız) və tam taxıllar, lif və orta miqdarda yağ ehtiva edən nəzarət pəhrizi. Bütün qruplarda zülalın kalori payı təxminən eyni saxlanılıb. Əsas fərq yağ və karbohidrat nisbətində olub.Nəticələr göstərib...

13 Fevral 2026, 10:25

13 rəqəminin sirri  

13 rəqəmi... bəs niyə insanlar ondan qorxub ehtiyyat edirlər? Bu qorxunun elmi adı var. Triskaidekafobiya. Kökü isə çox qədimlərə dayanır. Ən məşhur inanca görə isə İsa Peyğəmbərin sonuncu şam yeməyində masada 13 nəfər var idi. Masaya 13-cü gələn, ona xəyanət edən İuda olmuşdu. Amma, məsələ təkcə dinlə bitmir. Tarix boyu 12 rəqəmi mükəmməllik simvolu sayılıb. İldə 12 ay, saatda 12 rəqəm, 12 bürc və sair. İnsan beyni nizamı sevir. 13 isə bu balansı pozan rəqəm sayılır. Məhz, buna görə bəzi otellərdə 13-cü mərtəbə yoxdur. Bəzi təyyarələrdə isə 13-cü sıra buraxılır. Bəlkə də qorxmalı olduğumuz bu rəqəm yox, inanclarımızdır. Bəs, əslində...

12 Fevral 2026, 16:15