Bizə yazın

Baku

-°C

USD

-

Qurbanovun ardınca o gedəcək: Yerinə KİM GƏLİR?

Cəmiyyət 18 Fevral 2026, 12:00

314

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra səhiyyə sistemində nələrin dəyişəcəyi məsələsi yenidən aktuallaşıb. Hələlik V.Qurbanovun səlahiyyətləri əvvəllər Səhiyyə Nazirliyində çalışmış, indi isə qurumun müavini Anar İsrafilova həvalə olunub.

CityPost.az  Bakupost.az-a istinadla xəbər verir ki, bu qərar səhiyyə sistemində gözlənilən geniş struktur dəyişikliklərinin ilk mərhələsi kimi qiymətləndirilir.

TƏBİB necə idarə olunur?

Qanunvericiliyə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Prezidenti 13 may 2022-ci ildə xüsusi Fərman imzalayıb. Həmin Fərmana görə, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərlik və nəzarət Müşahidə Şurası vasitəsilə həyata keçirilir. Şura sədr və dörd üzvdən ibarətdir və onlar Prezident tərəfindən təyin olunur.

Müşahidə Şurasına aşağıdakı qurumların təmsilçiləri daxildir:

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri

- Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini

- Agentliyin İdarə Heyəti sədrinin müavini

- Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.

Yəni TƏBİB faktiki olaraq bir neçə dövlət qurumunun ortaq nəzarət mexanizmi altında fəaliyyət göstərir. Müşahidə Şurasının üzvləri TƏBİB-in icraçı direktorunu seçir.

Vüqar Qurbanovun işdən çıxarılmasından sonra İdarə Heyətində də dəyişiklik gözləniləndir.

Redaksiyaya daxil olan məlumata görə, yaxın günlərdə İdarə Heyətinin özündə də ciddi kadr dəyişiklikləri baş verəcək.

Öncə hazırkı sədr Zaur Əliyevin vəzifədən uzaqlaşdırılacağı, onun yerinə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininin gətiriləcəyi bildirilir.

Mənbələr həmçinin qeyd edir ki, bir qədər sonra daha radikal struktur qərarları da gündəmə gələ bilər:

- TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi

- İcbari tibbi sığortanın isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi.

Nə dəyişəcək?

Ekspertlərin fikrincə, Vüqar Qurbanovun gedişi sadəcə şəxsi kadr dəyişikliyi deyil – bu, səhiyyə idarəçiliyinin yenidən mərkəzləşdirilməsi prosesinin başlanğıcıdır.

Əgər planlaşdırılan birləşmələr reallaşarsa:

- TƏBİB müstəqil qurum statusunu itirə bilər

- qərarvermə birbaşa nazirliklərə keçəcək

- icbari tibbi sığorta sosial müdafiə mexanizminin tərkib hissəsinə çevriləcək.

Bu isə həm xəstəxanaların idarə olunmasına, həm maliyyə axınlarına, həm də vətəndaşların tibbi xidmətə çıxış mexanizminə ciddi təsir göstərəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rəşad Məcid AMEA ilə mətbuatın əlaqələrini daha sıxlaşdırmağı təklif edib 

Jurnalistlər dilin kütləvi yayılmasında əhəmiyyətli rol oynayan peşə sahibləridir.CityPost.az  xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Medianın dili elmi müzakirə müstəvisində” adlı keçirilən konfransda çıxışı zamanı bildirib.“Ona görə də Mətbuat Şurasında fəaliyyət göstərən Dil Komissiyasını yenidən formalaşdırdıq. Hesab edirəm ki, bu Komissiyanın fəaliyyəti ilə AMEA-nın İnstitutlarının əlaqəsinin sıxlaşdırılması işimizə dəstək olacaq. Arzu edirik ki, AMEA ilə mətbuatın əlaqələri daha sıx olsun”, - Rəşad Məcid qeyd edib....

18 Fevral 2026, 12:56

Jurnalistlər üçün yeni mükafatı təsis edilir

Dilçilər və media nümayəndələri üçün “Ana dili” mükafatı təsis ediləcək.Citypost.az xəbər verir ki, bu təşəbbüslə çıxış edən professor Qulu Məhərrəmlinin təklifi AMEA-nın Prezidenti İsa Həbibbəyli tərəfindən təsdiqlənib.O, mükafatın 21 fevralda təqdim ediləcəyini deyib.İsa Həbibbəyli qeyd edib ki, AMEA dilçilər üçün, Mətbuat Şurası isə media üçün “Ana dili” mükafatı təsis edəcək:“Olimpiadaların adı “Ana dili” olimpiadaları olacaq. Mükafatların 21 fevralda təqdim edilməsi nəzərdə tutulub”. (Modern.az)...

18 Fevral 2026, 12:48

Sabahın hava proqnozu açıqlanıb 

Fevralın 19-da gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunudan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-70% olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi...

18 Fevral 2026, 12:36

Azərbaycan nefti ucuzlaşıb 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.44 ABŞ dollar və ya 2.1% azalaraq 68,92 ABŞ dollarına bərabər olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,36 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

18 Fevral 2026, 12:25

Şəbnəm Karslı: “Misir Mərdanov dövründəki təhsil indiki gündən yaxşı idi”  

Yazar və siyasətçi Şəbnəm Karslı təhsil sistemi ilə bağlı sosial şəbəkə hesabında fikirlərini bölüşüb. Citypost.az xəbər verir ki, Ş.Karslı bildirib ki, təhsilini Misir Mərdanovun dövründə alıb və o zamanlar sistemin zəif olduğunu düşünürdük:"O vaxt təhsil sistemi pisdir deyirdik. Amma indi elə bir gündəyik ki, Misir müəllimin vaxtındakı təhsilə daha yaxşı deyirik. Heç olmasa məktəblərdə dərs vardı, mənim kimi hazırlıq və kurs görmədən universitetə qəbul olmaq olurdu" – deyə Karslı qeyd edib.O, indiki təhsil sistemi ilə müqayisədə narahatlığını da ifadə edib:"İndiki uşaqlara 6 müəllim tuturlar. Məktəb sistematik təhsil vermədiyi üçün uşaqlar 300 bal toplaya bilmirlər" – deyə yazar vurğulayıb.Şəbnəm Karslı təhsilin...

18 Fevral 2026, 12:23

Dağlıq ərazidə axtarış-xilasetmə ilə bağlı təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 2026-cı ilin hazırlıq planına uyğun olaraq “Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib.Citypost.az FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə xilasetmə əməliyyatlarının aparılması üzrə bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub.Təlim zamanı mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər xüsusi vasitələrlə “xilas edilərək onlara ilkin yardım” göstərilib.Uğurla keçən təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib....

18 Fevral 2026, 12:20