Ötən gün qanunsuz saxlanılan 11 tüfəng aşkar edilib
Cəmiyyət 18 Fevral 2026, 11:23
168
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmçinin oxuyun
Bildirilib ki, fevralın 17-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 1 avtomat silahı, 1 pulemyot, 1 tapança, 1 qumbara, 11 tüfəng, 10 patron darağı, 458 ədəd müxtəlif çaplı patron və 192 ədəd mərmi aşkar edərək götürüblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabahın hava proqnozu açıqlanıb
Fevralın 19-da gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunudan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-70% olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi...
18 Fevral 2026, 12:36
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.44 ABŞ dollar və ya 2.1% azalaraq 68,92 ABŞ dollarına bərabər olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,36 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
18 Fevral 2026, 12:25
Şəbnəm Karslı: “Misir Mərdanov dövründəki təhsil indiki gündən yaxşı idi”
Yazar və siyasətçi Şəbnəm Karslı təhsil sistemi ilə bağlı sosial şəbəkə hesabında fikirlərini bölüşüb. Citypost.az xəbər verir ki, Ş.Karslı bildirib ki, təhsilini Misir Mərdanovun dövründə alıb və o zamanlar sistemin zəif olduğunu düşünürdük:"O vaxt təhsil sistemi pisdir deyirdik. Amma indi elə bir gündəyik ki, Misir müəllimin vaxtındakı təhsilə daha yaxşı deyirik. Heç olmasa məktəblərdə dərs vardı, mənim kimi hazırlıq və kurs görmədən universitetə qəbul olmaq olurdu" – deyə Karslı qeyd edib.O, indiki təhsil sistemi ilə müqayisədə narahatlığını da ifadə edib:"İndiki uşaqlara 6 müəllim tuturlar. Məktəb sistematik təhsil vermədiyi üçün uşaqlar 300 bal toplaya bilmirlər" – deyə yazar vurğulayıb.Şəbnəm Karslı təhsilin...
18 Fevral 2026, 12:23
Dağlıq ərazidə axtarış-xilasetmə ilə bağlı təlim keçirilib
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 2026-cı ilin hazırlıq planına uyğun olaraq “Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib.Citypost.az FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə xilasetmə əməliyyatlarının aparılması üzrə bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub.Təlim zamanı mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər xüsusi vasitələrlə “xilas edilərək onlara ilkin yardım” göstərilib.Uğurla keçən təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib....
18 Fevral 2026, 12:20
ANAMA-nın əməkdaşı Xocalıda minaya düşüb
Fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində mina hadisəsi baş verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.Məlumata görə, Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.Vasif Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur....
18 Fevral 2026, 12:00
Qurbanovun ardınca o gedəcək: Yerinə KİM GƏLİR?
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra səhiyyə sistemində nələrin dəyişəcəyi məsələsi yenidən aktuallaşıb. Hələlik V.Qurbanovun səlahiyyətləri əvvəllər Səhiyyə Nazirliyində çalışmış, indi isə qurumun müavini Anar İsrafilova həvalə olunub.CityPost.az Bakupost.az-a istinadla xəbər verir ki, bu qərar səhiyyə sistemində gözlənilən geniş struktur dəyişikliklərinin ilk mərhələsi kimi qiymətləndirilir.TƏBİB necə idarə olunur?Qanunvericiliyə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Prezidenti 13 may 2022-ci ildə xüsusi Fərman imzalayıb. Həmin Fərmana görə, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərlik və nəzarət Müşahidə Şurası vasitəsilə həyata keçirilir. Şura sədr və dörd üzvdən...
18 Fevral 2026, 12:00