Bizə yazın

Baku

-°C

USD

-

Səbinə Əliyeva məruzəsini Prezidentə təqdim edib 

Cəmiyyət 24 Fevral 2026, 14:22

208

Ombudsmanın illik məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada 2026-cı ilin 24 fevral tarixində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib və müvafiq dövlət qurumlarına göndərilib.

Bu barədə Citypost.az-a  Ombudsmanın Mətbuat xidmətinə məlumat verilib.

2025-ci il üzrə məruzədə İnsan Hüquqları üzrə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət orqanları, bələdiyyələr və digər qurumlar, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Məruzə Azərbaycan Respublikasının Milli Məclisində dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mediada yayımlanacaq.

Qeyd edək ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında 2025-ci il üzrə məruzəsi hazırlanıb. Cari il bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsman illik məruzəni Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir. İllik məruzə, eyni zamanda, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda 13 kq narkotik dövriyyədən çıxarılıb

Bakıda 13 kiloqram narkotik dövriyyədən çıxarılıb.Bu barədə Citypost.az-a  DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini, 61 yaşlı Elman İmanov saxlanılıb. Onun üzərindən 4 kiloqram 745 qram marixuana aşkar edilərək götürülüb.Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Bağırov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan satış məqsədilə qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram 413 qram olan heroin, tiryək, marixuana və psixotrop maddə — metamfetamin aşkarlanaraq götürülüb.Müəyyən edilib ki, E. İmanov və T. Bağırov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.Faktlarla bağlı...

24 Fevral 2026, 15:07

Milli Qəhrəman Hökumə Əliyevanın atasının bank kartından oğurluq edən şəxsə hökm oxunub 

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından 80 min manat oğurlamaqda təqsirləndirilən Ayaz İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ayaz İsgəndərov qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.Hökmdə o da qeyd olunub ki, ​​​​​​Ayaz İskəndərov narkotik istifadəçisi olsa da, onun Narkoloji Mərkəzdə qeydiyyatı yoxdur. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticəsi olaraq məhkəməyə təqdim edilən rəydən məlum olub ki, o, aslılıq sindromundan (narkomaniya xəstəliyi) əziyyət çəkir və məcburi müalicəyə ehtiyac...

24 Fevral 2026, 15:01

Xalq şairi Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edilib 

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısının tapşırığına uyğun olaraq, mədəniyyətin inkişafında müstəsna xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib.Citypost.az xəbər verir ki, Samir Nuriyev 95 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və səmimi təbriklərini Nəriman Həsənzadəyə çatdırıb.Görüş zamanı Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, milli-mənəvi dəyərlərin təbliği istiqamətində uzun illər ərzində göstərdiyi xidmətlər xüsusi vurğulanıb. Bildirilib ki, onun çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycan ədəbiyyatının, mədəniyyətinin zənginləşməsinə mühüm töhfə verib, gənc nəsillərin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətli rol oynayıb.Xalq...

24 Fevral 2026, 14:53

Qabarağa köçən 8466 nəfərin məşğulluğu təmin edilib 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.Bu barədə Citypost.az-a ƏƏSMN-dən məlumat verilib.Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 8 466 şəxsin məşğulluğu təmin edilib.Sakinlərin məşğulluğunun təminatı üçün Agentlik tərəfindən işlə təminat, özünüməşğulluq proqramına cəlb olunma, peşə hazırlığı, əmək yarmarkalarının təşkili və s. aktiv məşğulluq tədbirləri həyata keçirilir....

24 Fevral 2026, 14:24

İlham Əliyevdən SƏRƏNCAM - Naxçıvanda 40 subartezian quyu qazılacaq

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.Citypost.az-ın məlumatına görə, sənəddə qeyd olunub ki, Sərəncam "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"na uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının bir sıra yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə imzalanıb.Sərəncama əsasən, Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün...

24 Fevral 2026, 13:56

Fuat Oktay Bakıda Türk şəhidliyini ziyarət edib 

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay bir qrup nümayəndə ilə birlikdə Bakıda Türk şəhidliyini ziyarət edib."Report" xəbər verir ki, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

24 Fevral 2026, 13:41