Bizə yazın

Baku

-°C

USD

-

Peskov: “Telegram” Rusiya hakimiyyəti ilə əməkdaşlıq etmək istəmir 

Dünya 24 Fevral 2026, 17:08

250

“Telegram”da çox sayda pozuntu və Rusiya üçün potensial təhlükəli məzmun qeydə alınır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, “Telegram” administrasiyası Rusiya hakimiyyəti ilə əməkdaşlıq etmək istəmir.

"Biz çox sayda pozuntu və “Telegram” administrasiyasının hakimiyyət orqanlarımızla əməkdaşlıq etmək istəməməsini qeydə alırıq. Biz ölkəmiz üçün potensial təhlükə yarada biləcək çoxlu miqdarda məzmun qeydə alırıq və buna əsasən, müvafiq qurumlarımız məqsədəuyğun hesab etdikləri tədbirləri görür", - Kremlin sözçüsü əlavə edib.

Peskov “Telegram”ın qurucusu Pavel Durovun hərəkətlərinin terror fəaliyyətinə kömək etmək ittihamı ilə bağlı cinayət işi çərçivəsində araşdırılmasına da münasibət bildirib. O, bu xəbərlərlə tanış olduğunu, onların öz vəzifələrini yerinə yetirən Federal Təhlükəsizlik Xidmətinin materialları əsasında hazırlandığını söyləyib: "Kremlin mesajlaşma tətbiqlərini bloklayıb-bloklamamaq barədə qərar vermək səlahiyyəti yoxdur. Bu, Kremlin funskiyası deyil. Bu, müvafiq qurumların funksiyasıdır".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kaya Kallas: Tramp Ukraynaya yox, Rusiyaya təzyiq etməlidir 

Əgər ABŞ sülh istəyirsə, Rusiyaya təzyiq göstərməlidir.APA xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Bloomberg TV-yə müsahibəsində bildirib.Kallas deyib ki, ABŞ-ın Ukraynaya təzyiq strategiyası sülh danışıqları üçün uğursuz olub.Aİ rəsmisi qeyd edib ki, elə buna görə də Prezident Donald Tramp Rusiyaya təzyiq etməlidir.“Onların (ABŞ-ın) yanaşması Ukraynaya təzyiq göstərmək idi. Bu, bir il ərzində heç bir nəticə vermədi, bəlkə də ona görə diqqətimizi digər tərəfə yönəltməliyik”, - Kallas əlavə edib....

24 Fevral 2026, 17:53

Britaniyanın ABŞ-dakı keçmiş səfiri həbsdən ÇIXDI

 Jeffrey Epstein ilə əlaqələri barədə açıqlamalarından sonra saxlanılan Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Peter Mandelson  Çərşənbə axşamı polis nəzarətindən azad edilib.Citypost.az  xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. 72 yaşlı Mandelson  istintaq aparılana qədər girov müqabilində sərbəst buraxıldığı və təxminən GMT vaxtı ilə 02:00 radələrində evə qayıtdığı bildirilib.Məlumat üçün bildirək ki, sentyabr ayında məhkum edilmiş cinsi cinayətkarla dostluğunun dərinliyi ortaya çıxanda Britaniyanın diplomatik xidmətindəki nüfuzlu vəzifəsindən kənarlaşdırılmışdı....

24 Fevral 2026, 14:15

Böyük Yeşaya əlyazması 1968-ci ildən bəri ilk dəfə tam nümayiş olunur  

23 fevral 2026-cı ildə İsrail Muzeyində “Səhradan gələn səs – Böyük Yeşaya əlyazması” sərgisi açılıb. Təxminən eramızdan əvvəl 125-ci ilə aid olan və 2100 il yaşında olan əlyazma 1968-ci ildən bəri ilk dəfə tam şəkildə nümayiş olunur.Citypost.az İsrail mətbuatına istinadən xəbər verir ki, yeddi metr uzunluğundakı tumar xüsusi iqlim nəzarətli otaqda sərgilənir və eyni anda yalnız 25 nəfərin baxmasına icazə verilir. Əlyazma 17 perqament vərəqindən ibarət olub, Qumran mağaralarında bədəvi çobanlar tərəfindən aşkar edilmiş və illər ərzində İsrail Muzeyinə gətirilmişdir.Sərgi ziyarətçilərə əlyazmanın tarixi və mətni, həmçinin onun qorunması və qədim saxlanma üsulları haqqında məlumat təqdim edir. İsrail Prezidenti İsaak Herzoq...

24 Fevral 2026, 13:49

İranda partlayışlar başlayıb, yaralılar var

İranda güclü partlayışlar baş verib və Tehran ətrafında genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub.CityPost.az  xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Pərənddə yaşayış binalarının pəncərələri sınıb, yanğınlar başlayıb. Enerji infrastrukturu obyektlərinə də havadan hücum edilib. Üç nəfər yaralanıb.Pərənd, paytaxtda tıxacın aradan qaldırılması və yaşayış infrastrukturunun inkişafı üçün tikilmiş, ölkənin cənub-qərbində yerləşən Tehranın peyk şəhəridir. Əsasən yaşayış və logistika funksiyalarına xidmət edir və turist və ya hərbi mərkəz deyil....

24 Fevral 2026, 10:04

İstanbulda İŞİD əməliyyatı: 11 şəxs saxlanılıb

İstanbulda İŞİD terror təşkilatı ilə əlaqəli şəxslərə qarşı əməliyyat keçirilib. Citypost.az "Haber Global"-a istinadən xəbər verir ki, Polis və Kəşfiyyat Şöbəsi, Baş Prokurorluqla birlikdə əvvəlcədən müəyyən edilmiş ünvanlarda reydlər təşkil edərək 11 nəfəri saxlayıb. Saxlanılanlar sosial mediada terror təbliğatı aparmaq və təşkilatla əlaqəli fəaliyyətlərdə şübhəli bilinirlər. Şübhəlilər hazırda Terrorla Mübarizə Şöbəsində dindirilir.Yeganə

24 Fevral 2026, 08:53

Berlin Nasist bunker muzeyində Ukrayna müharibəsi sərgisi açılıb 

Almaniyanın paytaxtı Berlindəki “Berlin Hekayəsi Bunkeri”ndə Ukrayna müharibəsinə həsr olunmuş daimi sərgi açılıb. Sərgidə cəbhədən gətirilmiş Rusiya dronları, tank qalıqları və digər əşyalar nümayiş olunur, həmçinin münaqişə iştirakçılarının şəxsi ifadələri ziyarətçilərlə paylaşılır.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, muzey kuratoru Viland Giebel bildirib ki, sərgi ictimaiyyəti müharibənin “fiziki reallığı” barədə məlumatlandırmaq və Kiyevə davamlı dəstəyi təşviq etmək məqsədi daşıyır. Sərgi, 1945-ci ildən bəri nasizm və Almaniyaya yönəlmiş mövcud daimi sərgilərə əlavə olunur.Almaniya Ukraynanın əsas dəstəkçilərindən biri olub, Avropada Kiyevə silah tədarükü və diplomatik dəstək verir, eyni zamanda təxminən 1,3 milyon ukraynalı qaçqına ev sahibliyi edir. Muzeydə sərgilənən materiallar, həmçinin Rusiya...

24 Fevral 2026, 08:43