İran Naxçıvana dronla zərbələr endirib
Cəmiyyət 05 Mart 2026, 12:19
430
İran Naxçıvana dronla zərbələr endirib.
APA xəbər verir ki, İran dronla Naxçıvan aeroportunu vurub.
Daha bir neçə dron isə digər yerlərə düşüb.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azər Həsrət: "İranın hücumları intihar cəhdindən başqa bir şey deyil"
Siyasi şərhçi Azər Həsrət Citypost.az-a açıqlamasında İranın son zamanlar bölgədəki hərbi addımlarını şərh edib. O bildirib ki, İranın Qardaş Türkiyəyə ballistik raketlə hücum cəhdi və Azərbaycan ərazisində dronlarla hücumu intihar cəhdindən başqa bir şey deyil:"İran əslində həm Azərbaycanın, həm də Türkiyənin dəstəyini əldə edərək xarici təcavüzə qarşı çalışmalı idi. Biz bunu heç vaxt arzu etməmişik və indi də istəmirik. Lakin görünən odur ki, İran dövləti və onun başında duran Fars Molla rejimi, İsraillə və ABŞ ilə bacarmadığı təqdirdə Azərbaycan və Türkiyəyə hücumlar həyata keçirir. Bu, heç kimin xeyrinə deyil, ilk növbədə İranın özü üçün də təhlükəlidir", – deyə Azər Həsrət...
05 Mart 2026, 14:08
Energetika naziri Ağsuda vətəndaşlarla görüşəcək
Energetika naziri Pərviz Şahbazov martın 19-da Ağsu, Şamaxı, Göyçay, İsmayıllı, Kürdəmir rayonlarından olan vətəndaşlarla görüşəcək.Nazirlikdən Citypost.az-a bildirilib ki, görüş saat 11:00-dan başlayaraq Ağsu rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ0600, Ağsu şəhəri, Azərbaycan küçəsi, 25) keçiriləcək.Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974 - Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]) və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov, əlaqə telefonu: (050) 378-28-46,...
05 Mart 2026, 14:05
Azər Ayxan: İranı müdafiə edənlər qanun qarşısında cavab verəcək
Tanınmış jurnalist və “Globalinfo.az” saytının təsisçisi və baş direktoru Azər Ayxan Naxçıvana edilən dron hücumlarına dair sosial şəbəkə hesabında açıqlama yayıb. Ciytypost.az xəbər verir ki, jurnalist bildirib ki, İranı açıq şəkildə müdafiə edən və Naxçıvana hücumları dolayısı ilə haqq qazandırmağa çalışan istənilən Azərbaycan vətəndaşı – xüsusilə ictimai rəyə təsir imkanına malik şəxslər – dərhal nəzarətə götürülməli, barəsində araşdırma aparılmalı və qanun qarşısında cavab verməlidir.Ayxan vurğulayıb ki, belə hərəkətlər birbaşa dövlətə və Vətənə xəyanət hesab olunur və yalnız ictimai tənqid kifayət etmir. Onun sözlərinə görə, qanun və dövlət gücü də bu alçaqlara qarşı işə düşməlidir.Turan...
05 Mart 2026, 13:57
Senat İrana görə Trampa dəstək verdi
ABŞ senatında prezident Donald Trampın İrana qarşı hərbi kampaniyası ilə bağlı səsvermə keçirilib.Modern.az xəbər verir ki, Senat Trampın İrana qarşı hərbi kampaniyasını faktiki olaraq təsdiqləyib.Senat partiya xətti ilə verilən 53% səsə görə, müharibənin miqyasını məhdudlaşdırmaq cəhdini rədd edib.Qeyd edək ki, Nümayəndələr Palatasında da oxşar səsvermə gözlənilir ki, bu da Trampa münaqişədə faktiki olaraq tam hərəkət azadlığı verəcək
05 Mart 2026, 13:47
Naxçıvana dron hücumu – Müdafiə Nazirliyi cavab tədbirləri hazırlayır
5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır."Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması...
05 Mart 2026, 13:46
Elxan Şükürlü: Sosial şəbəkələrdə fitnəyə uymayın
Siyasətçi Elxan Şükürlü İranda baş verən hadisələr və Naxçıvan aeroportuna edilən dron hücumları ilə bağlı açıqlama verib. Citypost.az xəbər verir ki,siyasətçi bildirib ki, hazırda İrandakı etnik qruplar, xüsusilə kürdlər, müxtəlif xarici qüvvələr tərəfindən manipulyasiya edilərək Azərbaycana və Türkiyəyə qarşı ictimai qəzəb və nifrət yaratmaq üçün istifadə edilir. Növbəti mərhələdə isə türklərin ictimai qəzəbini coşdurmaq planlaşdırılır.E.Şükürlü diqqət çəkib ki, sosial şəbəkələr hazırda əsas “döyüş meydanı”dır və insanlar emosiyalarına uymamalıdır. O əlavə edib ki, dünən Prezident İlham Əliyevin İran səfirliyinə gedişi bu planların qarşısını almağa hesablanmışdı, lakin bu addım bəzi qüvvələr tərəfindən xoş qarşılanmayıb.Siyasətçi vurğulayıb ki, Naxçıvan aeroportuna hücumla bağlı yayılan görüntülər...
05 Mart 2026, 13:23