Bünyamin Qəmbərli: İran resurslarını itirir
Siyasət 05 Mart 2026, 12:11
382
Siyasətçi Bünyamin Qəmbərli İranın gündən-günə daha da gərginləşən vəziyyətini dəyərləndirərək, ölkədə mərkəzdən qaçmanın artdığını və rejimin zəiflədiyini bildirib.
Citypost.az-a açıqlama verən siyasətçinin sözlərinə görə, kürd partiyaları artıq birləşərək vahid mövqedən çıxış edir, Azərbaycan türklərinin siyasi qruplaşmaları isə müəyyən qədər birləşib və digər qrupların da birləşməsi üçün proseslər gedir.
B.Qəmbərli qeyd edib ki, İranın Körfəz ölkələrinə qarşı hücumları regionda düşmənçiliyi artırır və bu, ABŞ-İsrail ittifaqına İranı vurmaq üçün haqq qazandırır. O, vurğulayıb ki, İranın hələ nüvə silahı olmadığı halda belə davranışı göstərir ki, nüvə silahına sahib olsa, situasiya daha təhlükəli ola bilər.
Siyasətçi əlavə edib ki, İranın siyasi, dini və hərbi rəhbərliyinin daxildə və xaricdə təzyiq altında olması, həmçinin CIA və Mossad agentlərinin fəaliyyətindən yaranan şübhələr ölkədə idarəetməni çətinləşdirir. Xamneynin oğlunun səslənməsi isə sadəcə olaraq rejimin “hamı normaldır” mesajıdır və gerçəkdə situasiyanı dəyişmir.
Bünyamin Qəmbərli İranın resurslarının tükəndiyini də vurğulayıb. Onun fikrincə, 30 illik sanksiyalar və indiki müharibə nəticəsində İranın hərbi resursları, o cümlədən ballistik raketləri tez-tez istehsal etmək imkanları məhduddur. Siyasətçi hesab edir ki, İranın maksimum tab gətirə biləcəyi müddət 5 gündən 15-20 günədəkdir, bundan sonra rejimin iradəsi qırılacaq və müstəqil dəyişikliklər baş verə bilər.
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Naxçıvanlı DEPUTAT: “Hücumlar riyakarlıqdan başqa bir şey deyil”
5 saylı Babək - Naxçıvan - Culfa seçki dairəsindən seçilən Millət Vəkili Ülviyyə Həmzəyeva İrandan Naxçıvan istiqamətinə edilən dron hücumları ilə bağlı açıqlama yayıb. O bildirib ki, hücumlar mülki təyinatlı obyektlərə qarşı heç bir əsas olmadan həyata keçirilir və həmin bölgədə onun qohumları və yaxınları yaşayır.Citypost.az xəbər verir ki, Millət vəkili qeyd edib ki, belə hərəkətlər müsəlmanlıq prinsiplərinə ziddir və riyakarlıqdan başqa bir şey ifadə etmir. O, İranın Ermənistan məsələsindəki mövqeyini və düşmənlərimizə göstərdiyi açıq və gizli dəstəyi xatırladaraq vurğulayıb ki, Azərbaycan tərəfi heç vaxt qarşı tərəfə düşmənçilik və ya müdaxilə yolu seçməyib.Ülviyyə Həmzəyeva əlavə edib ki, ABŞ və İsrailin...
05 Mart 2026, 13:23
Nadir Azəri: Naxçıvan hücumu İranın Azərbaycana qarşı xain addımlarını sübut edir
“Artıq bir neçə gündür ki, Yaxın Şərqdə gərginlik ən pik həddə çatıb. İranda yüksək rütbəli generalların və ali rəhbərliyin nümayəndələrinin məhv edilməsindən sonra gözlənilirdi ki, rejim heç olmasa müəyyən yumşalmaya gedəcək, islahatlara başlayacaq. Lakin təəssüf ki, hakimiyyət daxilində baş verən dəyişikliklərin, yəni Müctəba Xameneinin Ali Rəhbər seçilməsi barədə qərarın mürəkkəbi qurulmamış İran qonşularına qarşı təxribatçı və təhlükəli addımlar atmağa başlayıb”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.Onun sözlərinə görə, öncə Türkiyə, bu gün isə Azərbaycan hədəfə gəlib: “İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanına raket zərbələrinin endirilməsi artıq görüntülər...
05 Mart 2026, 13:09
İran səfiri XİN-ə çağırıldı
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib."İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək", - bəyanatda vurğulanıb.
05 Mart 2026, 12:43
Azərbaycan–Almaniya münasibətləri müzakirə olunub
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniya Federatv Respublikasına işgüzar səfər edib.Citypost.az xəbər verir ki, o,Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov XIN-in Avropa məsələləri üzrə dövlət naziri Günter Krixbaum, Prezidentinin xarici siyasət üzrə müşaviri Volfqanq Dold, AFR kanslerinin xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müşavirinin müavini Aleksander Eberl, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet, Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mirze Edis və qrupun digər üzvləri, və AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner ilə görüşlər keçirib.Görüşlər əsnasında Azərbaycan...
05 Mart 2026, 10:20
Aqil Ələsgər: Müharibə uzandıqca ABŞ üçün “Pirr qələbəsi” riski artır
Yaxın Şərqdə gərginlik getdikcə artır. İsrailin və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar davam edir və bölgədə müharibənin daha da genişlənməsi ehtimalı müzakirə olunur. Mövcud vəziyyətin region və dünya siyasəti üçün hansı nəticələr doğura biləcəyi ilə bağlı müxtəlif ekspert rəyləri səsləndirilir.Siyasi şərhçi Aqil Ələsgər mövzu ilə bağlı Citypost.az-a açıqlamasında bildirib ki, İsrailin İranla bağlı təxminən 14 günlük intensiv hücum planı var və bu plan çərçivəsində əməliyyatlar sürətlə icra olunur. Onun sözlərinə görə, məqsəd İran üzərində maksimum təzyiq yaradaraq ya Tehranın geri çəkilməsinə nail olmaq, ya da mümkün razılaşma prosesində İranı zəiflətməkdir.Ekspert vurğulayıb ki, bütün təzyiqlərə baxmayaraq İran geri çəkilmir...
04 Mart 2026, 16:24
Bədrəddin Quliyev:İranda gərginlik artır, bölgədə risklər böyüyür
Siyasətçi Bədrəddin Quliyev Citypost.az-a verdiyi açıqlamada İranın regiondakı və daxili proseslərinin gərginliyini qoruduğunu bildirib. Onun sözlərinə görə, İran müharibəsi başlamazdan əvvəl və indiki dövrdə davam edən danışıqların əsas səbəblərindən biri ölkəyə tətbiq olunan beynəlxalq şərtlər və raket sistemlərinin nəzarət altına alınmasıdır.Bədrəddin Quliyev qeyd edib ki, 1979-cu ildən hakimiyyətə gələn İslam rejimi bölgədə şiətçilik və dini təhsil vasitəsilə nüfuzunu artırıb, eyni zamanda sovet ideologiyasına və sosialist sistemə qarşı mübarizə aparıb. Bu proseslər İraq və digər region müharibələrində, eləcə də daxili siyasi sistemdə əhəmiyyətli təsir göstərib.O, əlavə edib ki, İranın ali dini və siyasi sistemi – xüsusilə ayatollahlar və Sepah-Bəsic qüvvələri –...
04 Mart 2026, 11:19