Zəlimxan Məmmədli: İran üç yerə bölünəcək
Cəmiyyət 05 Mart 2026, 11:53
326
Siyasətçi Zəlimxan Məmmədli Citypost.az saytına açıqlamasında İranın yaxın gələcəkdə dağılacağını və bu prosesin həm region, həm də dünya üçün təhlükəsiz bir ssenari olacağını bildirib.
Z. Məmmədli İranın içindən deyil, xaricdən gətirilmiş süni ideologiyalarla formalaşan siyasi sistem səbəbilə dağılmasının labüd olduğunu vurğulayıb.
Onun sözlərinə görə, İranın daxilindəki inqilab prosesləri xalq iradəsini əks etdirməyib, əksinə kənardan yönləndirilmiş və vədləri yerinə yetirilməyən siyasət nəticəsində formalaşıb. Məmmədli bildirib ki, İranın xarici siyasəti – xüsusilə ABŞ və İsrailə qarşı yönəlik çağırışlar – regiona xarici güclərin müdaxiləsi üçün münbit şərait yaradıb və bu vəziyyət dayandırılmayıb.
Siyasətçi hesab edir ki, İranın gələcəkdə üç əsas hissəyə bölünəcəyi ehtimalı realdır: farslar, kürdlər və Güney Azərbaycan. Məmmədli Güney Azərbaycanın bir vahid dövlət kimi formalaşmasının həm türk milləti üçün, həm də Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını bildirib. O, qeyd edib ki, Güney Azərbaycan türkləri son 30-35 ildə milli kimliklərini qoruyaraq öz hüquqlarını bərpa etmək istiqamətində ciddi addımlar ata biliblər və bu proses Quzey Azərbaycanla mənəvi birləşməyə gətirib çıxarıb.
Zəlimxan Məmmədli əlavə edib ki, Türk Dövlətləri Təşkilatı və Türkiyə ilə Azərbaycanın birlikdə fəaliyyəti Güney Azərbaycan məsələsinin dünya səviyyəsində tanınmasına və hüquqi statusunun leytləşməsinə töhfə verə bilər. Onun fikrincə, regiondakı strateji oyunlar və xarici dövlətlərin maraqları nəzərə alınaraq, Azərbaycan Güney Azərbaycan türklərinin birləşməsi üçün önəmli siyasi, diplomatik və iqtisadi addımlar ata bilər.
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Senat İrana görə Trampa dəstək verdi
ABŞ senatında prezident Donald Trampın İrana qarşı hərbi kampaniyası ilə bağlı səsvermə keçirilib.Modern.az xəbər verir ki, Senat Trampın İrana qarşı hərbi kampaniyasını faktiki olaraq təsdiqləyib.Senat partiya xətti ilə verilən 53% səsə görə, müharibənin miqyasını məhdudlaşdırmaq cəhdini rədd edib.Qeyd edək ki, Nümayəndələr Palatasında da oxşar səsvermə gözlənilir ki, bu da Trampa münaqişədə faktiki olaraq tam hərəkət azadlığı verəcək
05 Mart 2026, 13:47
Naxçıvana dron hücumu – Müdafiə Nazirliyi cavab tədbirləri hazırlayır
5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır."Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması...
05 Mart 2026, 13:46
İranın Naxçıvana dron hücumu zamanı 2 mülki şəxs xəsarət alıb
5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.Bildirilib ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb."Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat...
05 Mart 2026, 12:58
Sabahın hava proqnozu açıqlanıb.
Martın 6-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citpost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17 ° isti,...
05 Mart 2026, 12:39
İran Naxçıvana dronla zərbələr endirib
İran Naxçıvana dronla zərbələr endirib.APA xəbər verir ki, İran dronla Naxçıvan aeroportunu vurub.Daha bir neçə dron isə digər yerlərə düşüb. View this post on Instagram A post shared by oxu24.az (@oxu24.az)
05 Mart 2026, 12:19
Qatara qarşı daş atmaların sayını açıqlayıb
Son 10 gündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir."Nəticədə, qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib", - məlumatda qeyd olunur.Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır.
05 Mart 2026, 12:02