Bizə yazın

Baku

-°C

USD

-

Nadir Azəri: İran unudur ki, qarşısında Azərbaycan dayanır

Siyasət 06 Mart 2026, 11:30

1081

“Cənub qonşumuz İran uzun illərdir, əslində isə əsrlərdir Azərbaycana qarşı cinayətkar, terrorçu və xain əməllərini davam etdirir. Hələ müstəqilliyimizin ilk illərində baş verən proseslərdə də İranın müəyyən rollar oynadığı məlumdur. Burada söhbət Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının talan olunması prosesində İranın bu və ya digər formada iştirakından gedir. Eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə də İran müxtəlif yollarla Azərbaycan Ordusunun uğurlarına mane olmaq cəhdləri göstərmişdi. Lakin bu cəhdlər nəticəsiz qaldı”.

Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.

Onun sözlərinə görə, postmüharibə dövründə isə bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun olaraq Cənubi Qafqazda iqtisadi inkişafın və sabitliyin təmin olunmasına dəstək verdiyi halda, İranın molla rejimi və onun hərbi dairələri davamlı şəkildə hansısa “qırmızı xətlər” barədə bəyanatlar verərək Azərbaycana qarşı təzyiq siyasətini davam etdirdilər: “Lakin bununla da kifayətlənmədilər. Azərbaycanın hər addımda uğur qazanmasını həzm edə bilməyən cənub qonşumuz bu dəfə də səfirliyimizə qarşı terror aktı həyata keçirdi. Bu hadisə birbaşa İran dövlətinin məsuliyyət daşıdığı terror aktı idi. Cənab Prezident İlham Əliyevin martın 5-də keçirilən Təhlükəsizlik Şuraısnın iclasında bəyan etdiyi kimi, bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Həmin vaxt Azərbaycan dövlətinin qətiyyətli mövqeyi qarşısında geri çəkilən İran bununla belə, düşmən mövqeyini dəyişmədi. Martın 5-də İran tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan istiqamətində hücum həyata keçirildi və mülki obyektlər hədəf alındı. Bu fakt İranın molla rejiminin mahiyyətini, onun nə qədər təhlükəli və cinayətkar bir rejim olduğunu bir daha bütün dünyaya göstərdi”.

N.Azəri deyib ki, görünür, İran bu addımlarla nəyəsə nail olacağını düşünür: “Lakin unudur ki, qarşısında Azərbaycan dayanır. O Azərbaycan ki, 44 günlük Vətən müharibəsində dövlət-xalq-ordu birliyi ilə düşməni məğlub, düşmənin arxasında duran qüvvələrini xəyallarını isə puç etdi. Həmin dövrdə düşmən üzərinə enən “dəmir yumruq” bu gün də Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyən istənilən qüvvəyə qarşı tətbiq oluna bilər”. 

“Bir sözlə, Azərbaycan xalqının iradəsi və Azərbaycan Prezidentinin qətiyyəti düşmənlərin bütün planlarını ifşa edir. Cənab Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan rəhbərliyi baş verən bütün hadisələri açıq və prinsipial şəkildə qiymətləndirir və İranın qonşuluq münasibətlərinə zidd olan addımlarını ifşa edir. Bu, həm də onu göstərir ki, İran Azərbaycanın haqlı tələblərini yerinə yetirməli, törədilmiş cinayətlərə görə üzr istəməli və günahkarları cəzalandırmalıdır. Əks təqdirdə regionda baş verəcək proseslərə görə məsuliyyət də onların üzərinə düşəcək” deyə, N.Azəri sonda əlavə edib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tamilla Qulami: İranın təxribatı Azərbaycan-Türkiyə əlaqələrinə təzyiqdir  

Ümid Partiyası sədrinin müavini, siyasətçi Tamilla Qulami Citypost.az-a açıqlamasında bildirib ki, İranda hakimiyyətdə yaranan boşluq və idarəetmə sistemindəki problemləri əsasən Sepah qüvvələri öz nəzarətinə götürüb. O qeyd edib ki, Sepah qüvvələri 1979-cu ildən bəri İranın “İslam İnqilabı Keşikçiləri” adı altında ölkəni xarici düşmənlərdən qorumağa çalışırlar, lakin bu zaman daxildə digər millətlərə və qonşu dövlətlərə qarşı düşmən mövqeyi sərgiləyirlər.T. Qulami xatırladıb ki, tarix boyu Azərbaycan da bu siyasətin hədəfi olub və İran, xüsusilə Birinci və İkinci Qarabağ müharibələrində Ermənistana dəstək verib. Onun sözlərinə görə, İran özünü müsəlman dövləti kimi təqdim etsə də, beynəlxalq siyasətdə bəzən müsəlman olmayan dövlətləri müdafiə edib.Siyasətçi əlavə...

06 Mart 2026, 14:19

Aqil Ələsgər: Naxçıvana hücum SEPAH-ın təxribatıdır 

Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən dron hücumu ilə bağlı Citypost.az-aaçıqlama verən siyasi şərhçi Aqil Ələsgər bildirib ki, bu hadisə İran daxilində xüsusilə İnqilab Keşikçiləri Korpusu – SEPAH daxilində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin növbəti təxribatı kimi qiymətləndirilməlidir.Onun sözlərinə görə, hazırkı vəziyyətdə İranda real hakimiyyət balansı ciddi şəkildə dəyişib və faktiki olaraq SEPAH təkcə hərbi strukturlara deyil, həm də ölkənin siyasi qərarlarına təsir edən əsas gücə çevrilib.Aqil Ələsgər qeyd edib ki, formal olaraq SEPAH ali dini rəhbərə bağlı hesab olunsa da, mövcud vəziyyətdə bu struktur faktiki olaraq İranın daxili və regional siyasətində əsas söz sahibinə çevrilib.Siyasi şərhçinin fikrincə, SEPAH daxilində uzun...

06 Mart 2026, 14:07

Elnarə Akimova: Azərbaycana təzyiq etmək mümkün deyil

Naxçıvana düşən dron təkcə hərbi insident deyil, regionda gedən böyük geosiyasi proseslərin bir epizodu kimi qiymətləndirilməlidir.Bunu Milli Məclisin deputatı Elnarə Akimova Citypost.az-a açıqlamasında deyib. Deputat bildirib ki, Naxçıvan Azərbaycanın sadəcə coğrafi parçası deyil, dövlətin qürurunun, iradəsinin və strateji mövqeyinin simvoludur. Onun sözlərinə görə, tarix boyu müxtəlif təzyiqlərlə üzləşən bu torpaq heç vaxt boyun əyməyib və buna görə də Naxçıvana düşən hər bir mərmi və ya dron Azərbaycanın dövlətçiliyinə yönəlmiş hücum kimi qəbul olunmalıdır.Elnarə Akimova qeyd edib ki, mövcud vəziyyət yalnız hərbi insident kimi dəyərləndirilməməlidir. Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə Azərbaycanın strateji enerji qovşağı və geosiyasi körpü...

06 Mart 2026, 11:58

VI "Yüksəliş" müsabiqəsinin qeydiyyat başladı 

Bu gündən VI "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.Citypost.az xəbər verir ki, bu barədə "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqə ilə əlaqəli keçirilən brifinqdə məlumat verib.Onun sözlərinə görə, ötən beş il müddətində müsabiqə iştirakçı sayının artımı ilə yanaşı, həm də keyfiyyət göstəriciləri üzrə əhəmiyyətli irəliləyiş əldə edib, müxtəlif sahələri təmsil edən minlərlə namizəd üçün obyektiv qiymətləndirmə və inkişaf mühiti yaradıb:"Builki müsabiqə üçün qeydiyyat aprelin 16-na kimi davam edəcək. Qeydiyyat "Yüksəliş" müsabiqəsinin rəsmi internet səhifəsi olan "yukselish.az" vasitəsilə həyata keçirilir".Qeyd olunub ki, qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə malik Azərbaycan...

06 Mart 2026, 11:58

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib.Citypost.az xəbər verir ki, qəbula görə dövlətimizin başçısına təşəkkür edən Mixay Popşoi Moldova Prezidenti Maya Sandunun salamlarını Prezident İlham Əliyevə çatdırdı.Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Moldovanın dövlət başçısı ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını dedi, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğuladı. O, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzuladı.Xalqlarımız arasında dostluq münasibətlərinin mövcud...

06 Mart 2026, 11:20

Mirzoyanla Ceyhun Bayramov telefonla danışdı 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.Telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər narahatlıqlarını ifadə edərək gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib, sabitlik və təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.Nazir Ceyhun Bayramov erməni həmkarını 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən, mülki infrastruktura ziyan vurulması və mülki şəxslərin xəsarət alması ilə nəticələnən dron hücumları barədə məlumatlandırıb.Nazirlər Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyini qeyd edib, qarşılıqlı...

06 Mart 2026, 00:30