Bizə yazın

Baku

-°C

USD

-

Deputat Ramazanın son günləri ilə bağlı çağırış edib  

Cəmiyyət 17 Mart 2026, 08:15

260

Milli Məclisin deputatı Ceyhun Məmmədov Ramazan ayının son günləri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Citypost.az xəbər verir ki, Deputat qeyd edib ki, artıq Ramazanın son günləri yaşanır və bu mübarək ay yavaş-yavaş başa çatır. O bildirib ki, ilk növbədə Allaha şükür etmək lazımdır ki, bu Ramazanı yaşamaq və onun xeyir-bərəkətindən faydalanmaq hər kəsə nəsib olub.

Paylaşımda vurğulanıb ki, bu günlərdə insanlar daha çox dua etməli, günahlarının bağışlanmasını diləməli və haqqına girdikləri şəxslərdən halallıq almalıdırlar. Deputat qul haqqı ilə dünyadan köçməməyin vacibliyini diqqətə çatdırıb.

Bununla yanaşı, o, əxlaqi dəyərlərin daha da kamilləşdirilməsinin, Ramazan ayında əldə edilən mənəvi saflıq və paklığın digər aylarda da qorunmasının önəmini qeyd edib. Bildirilib ki, hər kəs bütün aylarda Ramazan ayındakı kimi davranmağa çalışmalıdır.

Sonda deputat Allahdan bütün oruc və duaların qəbul olunmasını diləyərək, dövlətin, xalqın və milli birliyin qorunmasını arzulayıb, şəhidlərə rəhmət, yaralı qazilərə isə şəfa diləyib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Suraxanıda bu tarixdə işıq olmayacaq 

Bu gün Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq."Azərişıq"dan Citypost.az-a verilən məlumata görə, martın 17-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6/0.4 kV-luq Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 12:00-dan 16:00-dək Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....

17 Mart 2026, 11:54

Eldəniz Əmirov:İmtahan sistemi yaddaş müsabiqəsinə çevrilib

İqtisadçı ekspert Eldəniz Əmirov imtahan sistemi ilə bağlı paylaşım edib. Citypost.az xəbər verir ki, O bildirib ki, hər il Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlardan sonra sualların çətinliyi ilə bağlı müzakirələr yaranır. Ekspertin fikrincə, suallar çətin və ya asan olmasından asılı olmayaraq, nəticə dəyişmir — qəbul yerlərinin sayı qədər ən yüksək nəticə göstərən abituriyentlər seçilir.Əmirov qeyd edib ki, güclü abituriyent həm çətin, həm də asan suallarda üstün nəticə göstərə bilir. Onun sözlərinə görə, imtahan sisteminin əsas məqsədi məhz fərqləndirməni təmin etməkdir.Lakin ekspert hesab edir ki, əsas problem sualların səviyyəsi deyil, imtahanların ümumi mahiyyətidir. O bildirib ki, mövcud qəbul sistemi böyük...

17 Mart 2026, 11:52

Azad Mustafayev vəzifəsindən azad edildi

Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Azad Mustafayev vəzifəsindən azad edilib.“APA-Economics” xəbər verir ki, onun yerinə Namiq Yusubov qurumun baş mühəndisi təyin olunub.Qeyd edək ki, N.Yusubov bundan öncə Metropolitendə istehsalat texniki şöbəsinin rəisi vəzifəsini tutub.A.Mustafayev isə 2019-cu ildə “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovun əmri ilə qurumda istismar üzrə baş mühəndisin müavini kimi fəaliyyətə başlayıb. 2023-cü ildə isə QSC-nin istismar üzrə baş mühəndisi təyin edilib....

17 Mart 2026, 11:43

DİQQƏT - Bu yollarda tıxac var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;11....

17 Mart 2026, 10:03

Bu gün İlaxır çərşənbədir 

Bu gün Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur.CityPost.az  xatırladır ki, digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır....

17 Mart 2026, 00:41

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib.CityPost.az  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı İbrahimov Zaməddin Bəfadar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Belə ki, Sumqayıt hərbi prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə İbrahimov Zaməddin Bəfadar oğlunun dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.Zaməddin İbrahimov Rusiya...

16 Mart 2026, 19:56