Bizə yazın

Baku

-°C

USD

-

Allahşükür Paşazadə II İlyanın vəfatı ilə bağlı başsağlığı verib 

Cəmiyyət 18 Mart 2026, 14:09

259

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Pravoslav Kilsəsinin Senak və Çxorutski Mitropoliti Şioya Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı ilə bağlı başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Citypost.az-a QMİ-dən məlumat verilib.

Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi, Qafqaz Xalqları Ali Dini Şurası, bütün Qafqaz dindarları adından Gürcüstan xalqına, Gürcü Pravoslav Kilsəsinə başsaqlıqlarını ifadə edib.

Bildirilib ki, Azərbaycan və Gürcüstan xalqları arasında ənənəvi dostluq münasibətlərinin, dini-mənəvi əlaqələrinin dərinləşməsi, bölgədə sülh və anlaşma mühiti üçün böyük əməli səylər göstərmiş II İlya həzrətləri bütün Qafqaz dindarları üçün olduqca dəyərli din xadimi, sülhpərvər fəaliyyəti ilə nümunə olan dini lider idi.

"II İlya həzrətlərinin ruhu şad, məkanı cənnət olsun!", - məktubda qeyd edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov Səudiyyə Ərəbistana getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 18 mart 2026-cı il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.Bu barədə Citypost.az-a XİN-dən məlumat verilib.Səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

18 Mart 2026, 15:34

Arzu Bağırova mərhum atasından YAZDI

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri, ictimai xadim Arzu Bağırova sosial şəbəkədə atasının vəfatının ildönümü ilə bağlı duyğusal paylaşım edib.Citypost.az xəbər verir i, O, statusunda atasının yoxluğunun yaratdığı boşluqdan bəhs edərək, ailədə hər şeyin öz yerində olsa da, onun olmadığını vurğulayıb. Paylaşımda xüsusilə ata qayğısının, məsləhətinin və təsəllisinin əvəzolunmaz olduğu qeyd edilib.Arzu Bağırova bildirib ki, atasının vəfatından sonra həyatında böyük dəyişiklik hiss edib və bir anda böyüdüyünü anlayıb. O, qız övladlarının ata sevgisindən və qayğısından məhrum qalmamasının vacibliyini də dilə gətirib.İctimai xadim sonda atasının xatirəsini ehtiramla anaraq, onunla hər zaman fəxr etdiyini və “ən çox onun...

18 Mart 2026, 14:30

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 

Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, iclası Baş prokuror, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev açaraq ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib.İclasda hüquq tətbiqi təcrübəsində aktual olan bir sıra məsələlər müzakirə edilib. Müzakirələr zamanı cinayət və inzibati qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər, istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklər, eləcə də məhkəmə nəzarətinin həyata keçirilməsi prosesində yaranan problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev ifadənin yerində yoxlanılması istintaq hərəkətinin...

18 Mart 2026, 13:40

Bu ərazilərdə su OLMAYACAQ 

Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su olmayacaq.Citypost.az xəbər verir ki, magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar martın 18-də Naxçıvan şəhərinin bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq.Fasilə S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələrini, 10 və 11-ci küçələri, Atabəylər, Babək, Əlincə, Azərbaycan məhəllələrini, həmçinin 6, 54, 56, 58, 60 və 61-ci məhəllələri əhatə edəcək.Bununla yanaşı, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində də su təchizatında müvəqqəti məhdudiyyətlər olacaq.Təmir-bərpa işləri gün ərzində yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq....

18 Mart 2026, 13:24

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ 

Azərbaycanda martın 19-da havanın 20 dərəcə isti olacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunudan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 75-85 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 5-10°...

18 Mart 2026, 12:24

Tanınmış jurnalistdən Xoşqədəm Hidayətqızına dəstək mesajı

Tanınmış jurnalist Zülfiyyə Qurbanova sosial şəbəkədə “Səni axtarıram” verilişi ilə bağlı geniş status paylaşıb.Zülfiyyə Qurbanovanın paylaşımını olduğu kimi təqdim edirik:“Səni axtarıram” sənin balandır, ikinci oğlundur. Həmişə belə demisən. Yeni doğulanda qucağına alıb ATV-yə apardın. Çox qısa müddətdə dünya azərbaycanlılarını mavi ekran qarşısında birləşdirən qüvvə olmağı bacardı. İkiniz də sevildiniz. “Səni axtarıram” ən çox baxılan proqram, Xoşqədəm Hidayətqızı ən çox sevilən teleaparıcı oldu. Amma bu sevgini həzm edə bilməyənlər balanı döydülər, incitdilər, şərlədilər. Sən də balanı bağrına basıb uzaqlaşdın. ANS-ə pənah apardın. ANS bağlananda “Səni axtarıram” artıq yeriyirdi, əlindən tutub “Xəzər”ə üz tutdun. Orada daha da sevildi, böyüdü, gücləndi. Tamaşaçıların pənah...

18 Mart 2026, 12:05