Bizə yazın

Baku

-°C

USD

-

Fenomen meymun əsl sevgilisini tapdı 

Dünya 18 Mart 2026, 14:40

247

Yaponiyada yerləşən İtikava Şəhər Zooparkındə yaşayan Panç adlı kiçik makakanın hekayəsi sosial şəbəkələrdə böyük maraq doğurub.

Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, anası tərəfindən tərk edilən Panç uzun müddət zoopark əməkdaşlarının verdiyi yumşaq oyuncağa sarılaraq təsəlli tapıb. Bu səbəbdən o, internet istifadəçiləri arasında xüsusi rəğbət qazanıb.Son günlər isə Pançın həyatında müsbət dəyişikliklər müşahidə olunur. O, Momo-çan adlı dişi meymunla yaxın münasibət quraraq birlikdə oynayıb, qucaqlaşıb və hətta “öpüşərkən” görüntülənib. Bu anları əks etdirən videolar qısa zamanda viral olub.

Zoopark əməkdaşlarının sözlərinə görə, Panç artıq digər meymunlarla da daha yaxşı ünsiyyət qurmağa başlayıb və əvvəlki kimi oyuncağına bağlılığı azalıb. Bu isə onun sosiallaşdığını və inkişaf etdiyini göstərən müsbət əlamət kimi qiymətləndirilir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Çinli turistlərin Yaponiyaya səfərləri ardıcıl üçüncü aydır azalır.  

Çinli turistlərin Yaponiyaya səfərləri ardıcıl üçüncü aydır azalır.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir, rəsmi məlumatlara görə, fevral ayında Yaponiyaya gələn çinli turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 45,2 faiz azalıb. Bu azalma Yaponiya və Çin arasında davam edən diplomatik gərginlik fonunda qeydə alınıb.Məlumata əsasən, əvvəlki illərdə Çin Yaponiyaya ən çox turist göndərən ölkə olub. Lakin son aylarda bu göstərici azalıb və Cənubi Koreya turist sayına görə Çini ötüb.Turizm qurumlarının açıqlamasına görə, fevral ayında ümumilikdə bir sıra ölkələrdən gələn turist axınında artım müşahidə edilsə də, Çinli ziyarətçilərin sayı azalmağa davam edir. Bəzi yerli otellər də Çinli qonaqların sayında kəskin...

18 Mart 2026, 14:57

İsrailin Livandakı hücumları nəticəsində jurnalist həlak olub

Livandakı radikal Hizbullah hərəkatı ilə əlaqəli Əl-Manar TV,  siyasi proqram direktorunun Beyrutun mərkəzində İsrailin hücumu nəticəsində öldürüldüyünü açıqladı. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,  Kanalın siyasi proqram direktoru Məhəmməd Şeri həyat yoldaşı ilə birlikdə öldürülüb. Uşaqları və nəvələri yaralanaraq xəstəxanaya yerləşdirilib.Məlumat üçün bildirək ki, Şeri Livanda tanınmış jurnalist idi və uzun illər televiziya aparıcısı olub.ABŞ və İsrailin 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlamasından dərhal sonra Livanda fəaliyyət göstərən İranyönlü radikal Hizbullah hərəkatı İsrail tərəfinə hücumlar etdi. Bunun ardınca İsrailin Livana qarşı hərbi əməliyyatları başladı.Livan Səhiyyə Nazirliyi Hizbullaha qarşı yeni döyüşlərin başlamasından bəri İsrailin hücumlarında 880-dən çox insanın öldüyünü,...

18 Mart 2026, 14:20

Laricani və oğlu tabuta qoyuldu

İran Ali Milli Təhlükəsizlik Şurasının öldürülən katibi Əli Laricani və oğlu ilə vida mərasimi keçirilir.Modern.az xəbər verir ki, mərasim Tehrandakı İnqilab meydanında təşkil olunub.“Tasnim”in məlumatına görə, Laricani ilə yanaşı, SEPAH-ın “Bəsic” təşkilatının komandiri general-mayor Qulamrza Süleymaninin də vida mərasimi keçirlir.Onlar bu gün dəfn olunacaqlar.Əli Laricani İsrailin dünən həyata keçirdiyi hücum nəticəsində oğlu və mühafizəçiləri ilə birlikdə həlak olub.

18 Mart 2026, 14:04

İranda ABŞ-a casusluq ittihamı ilə dörd nəfər həbs edilib

İranın Kəşfiyyat Nazirliyi milli təhlükəsizlik əməliyyatı çərçivəsində ABŞ üçün çalışdığı iddia edilən dörd casusu həbs etdiyini açıqladı.Citypost.az xəbər verir ki,  bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb.Xüsusilə, nazirlik bildirib ki, İranın 26 əyalətində keçirilən əməliyyat zamanı 111 müxalifətçi və şah tərəfdarı olan İran vətəndaşı həbs edilib və onlardan xeyli miqdarda silah müsadirə edilib."Bundan əlavə, Həmədan və Qərbi Azərbaycan əyalətlərində ABŞ rejiminin və onun vəkil xidmətlərinin dörd casusu müəyyən edilərək həbs edilib", - deyə bəyanatda bildirilir.İran tərəfi qeyd edib ki, iddia edilən casuslar "düşmənə qərargah, avadanlıq və təhlükəsizlik qüvvələrinin yeri barədə məlumat verirdilər"....

18 Mart 2026, 13:53

İsmayıl Xətib İsrailin Tehrana gecə hücumlarının hədəflərindən biri olub 

İranın kəşfiyyat idarəsinin rəhbəri İsmayıl Xətibin İsrailin Tehrana endirdiyi son zərbələrin hədəflərindən biri olduğu ehtimal edilir.Bu barədə "Iran International" nəşri mənbələrə istinadən məlumat yayıb."Tehrana gecə hücumlarının hədəflərindən biri kəşfiyyat naziri İsmayıl Xətib olub. Onun taleyi naməlum olaraq qalır", - nəşrin məlumatında bildirilir.

18 Mart 2026, 12:53

KİV: Hörmüz boğazı 18 gündür bağlıdır 

Gəmiləri izləmə sisteminin saytının məlumatına görə, Hörmüz boğazı 18 gündür ki, bağlıdır.Bu barədə məlumatı "Khabar Fouri" yayıb."Boğazın mərkəzi hissəsində Bəndər-Abbas (İran) limanı istiqamətində hərəkət edən yalnız bir gəmi var",- məlumatda bildirilib və əlavə edilib ki, ABŞ və Avropanın boğazın işini bərpa etmək cəhdləri nəticə verməyib.

17 Mart 2026, 21:44