Arzu Bağırova mərhum atasından YAZDI
Cəmiyyət 18 Mart 2026, 14:30
288
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri, ictimai xadim Arzu Bağırova sosial şəbəkədə atasının vəfatının ildönümü ilə bağlı duyğusal paylaşım edib.
Citypost.az xəbər verir i, O, statusunda atasının yoxluğunun yaratdığı boşluqdan bəhs edərək, ailədə hər şeyin öz yerində olsa da, onun olmadığını vurğulayıb.
Paylaşımda xüsusilə ata qayğısının, məsləhətinin və təsəllisinin əvəzolunmaz olduğu qeyd edilib.
Arzu Bağırova bildirib ki, atasının vəfatından sonra həyatında böyük dəyişiklik hiss edib və bir anda böyüdüyünü anlayıb. O, qız övladlarının ata sevgisindən və qayğısından məhrum qalmamasının vacibliyini də dilə gətirib.
İctimai xadim sonda atasının xatirəsini ehtiramla anaraq, onunla hər zaman fəxr etdiyini və “ən çox onun qızı olmağı sevdiyini” qeyd edib.
Həmçinin oxuyun
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fərid Qayıbov iki nəfərə "Əməkdar idman ustası" fəxri adı verdi
Parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalova "Azərbaycan Respublikasının Əməkdar idman ustası" fəxri adı verilib.Citypost.az xəbər verir ki, martın 17-də Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.Nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Nazirliyin Kollegiya qərarına əsasən, parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalova "Azərbaycan Respublikasının Əməkdar idman ustası" fəxri adı verilib.Qeyd edək ki, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarının çempionu, həmçinin dünya və ikiqat Avropa çempionudur.Sabir Zeynalov isə Paris-2024 Yay Paralimpiya Oyunlarının, eləcə də dünya və Avropa çempionatlarının bürünc mükafatçısıdır....
18 Mart 2026, 16:15
Audiovizual Şura:Kanallarda 864 xarici söz işlədilib
Azərbaycan Respublikası Audiovizual Şurası keçən ilin sonlarından başlayaraq ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının efirində xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər aparır. Monitorinqlər AMEA-nın Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilində qarşılığı mövcud olan xarici kəlmə kimi təsdiq olunmuş 40-a yaxın sözün 15 televiziya kanalının aparıcıları tərəfindən istifadəsini müəyyən edir.Bu barədə Citypost.az-a Şuradan məlumat verilib.Cari ilin yanvar ayında televiziya yayımçılarının məsul şəxsləri ilə keçirilən görüşdə aparılan monitorinqlərin dekabr ayı üzrə nəticələri yayımçıların diqqətinə çatıdırılmış, nəticələrin televiziya yayımçıları tərəfindən ciddi nəzərə alınması tövsiyə olunmuşdu. Növbəti monitorinqlərin nəticələrinə əsasən xarici sözlərdən yersiz istifadə hallarında tendensiyanın azalmayacağı təqdirdə inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi...
18 Mart 2026, 16:09
Külli miqdarda dərman preparatları aşkar edildi
Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.Citypost.az-a Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan olunmayan 10449 konvalyut, 1269 qutu, 848 flakon və 68 ədəd iynə olmaqla müxtəlif adda külli miqdarda dərman preparatları aşkar olunub.Faktla bağlı araşdırma aparılır....
18 Mart 2026, 15:58
Ceyhun Bayramov Səudiyyə Ərəbistana getdi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 18 mart 2026-cı il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.Bu barədə Citypost.az-a XİN-dən məlumat verilib.Səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
18 Mart 2026, 15:34
Allahşükür Paşazadə II İlyanın vəfatı ilə bağlı başsağlığı verib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Pravoslav Kilsəsinin Senak və Çxorutski Mitropoliti Şioya Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı ilə bağlı başsağlığı məktubu ünvanlayıb.Bu barədə Citypost.az-a QMİ-dən məlumat verilib.Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi, Qafqaz Xalqları Ali Dini Şurası, bütün Qafqaz dindarları adından Gürcüstan xalqına, Gürcü Pravoslav Kilsəsinə başsaqlıqlarını ifadə edib.Bildirilib ki, Azərbaycan və Gürcüstan xalqları arasında ənənəvi dostluq münasibətlərinin, dini-mənəvi əlaqələrinin dərinləşməsi, bölgədə sülh və anlaşma mühiti üçün böyük əməli səylər göstərmiş II İlya həzrətləri bütün Qafqaz dindarları üçün olduqca dəyərli din xadimi, sülhpərvər fəaliyyəti ilə nümunə olan dini lider idi."II İlya həzrətlərinin ruhu şad, məkanı cənnət olsun!",...
18 Mart 2026, 14:09
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, iclası Baş prokuror, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev açaraq ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib.İclasda hüquq tətbiqi təcrübəsində aktual olan bir sıra məsələlər müzakirə edilib. Müzakirələr zamanı cinayət və inzibati qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər, istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklər, eləcə də məhkəmə nəzarətinin həyata keçirilməsi prosesində yaranan problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev ifadənin yerində yoxlanılması istintaq hərəkətinin...
18 Mart 2026, 13:40