Bizə yazın

Baku

-°C

USD

-

Külli miqdarda dərman preparatları aşkar edildi

Cəmiyyət 18 Mart 2026, 15:58

304

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Citypost.az-a Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan olunmayan 10449 konvalyut, 1269 qutu, 848 flakon və 68 ədəd iynə olmaqla müxtəlif adda külli miqdarda dərman preparatları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı Türk Şəhidliyində Çanaqqala zəfərinin ildönümü qeyd edilib 

Çanaqqala zəfərinin 111-ci ildönümü və 18 Mart Çanaqqala şəhidlərini Anım Günü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi anım mərasimi keçirib.Citypost.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.Qeyd edilib ki, səfirlik əməkdaşları, Hərbi attaşelik, müşavirliklər, aidiyyəti qurumlar, QHT nümayəndələri və vətəndaşlar Bakı Türk Şəhidliyini və Şəhidlər xiyabanını ziyarət ediblər.Mərasim çərçivəsində səfir Birol Akgün abidələr önünə çələng qoyub, şəhid məzarlarını ziyarət edərək qərənfillər düzüb və Şəhidlik xatirə dəftərini imzalayıb.Çıxışlarda bildirilib ki, Çanaqqala zəfəri tarixdə mühüm yer tutur və qəhrəmanların fədakarlığı heç zaman unudulmur. Tədbir iştirakçıları Mustafa Kamal Atatürk başda olmaqla bütün şəhidlərin xatirəsini ehtiramla yad ediblər....

18 Mart 2026, 17:23

Zaur Mikayılov Abşeronda vətəndaşlarla görüşüb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov martın 18-də Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Abşeron, Zəngilan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.Bu barədə Citypost.az-a ADSEA-dan bildirilib.Daha sonra Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.Müraciətlər əsasən içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan təlabatın ödənilməsi, işə qəbul və digər məsələlərlə bağlı olub.Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb....

18 Mart 2026, 17:12

Novruz bayramı və Şixəli Qurbanovun müəmmalı taleyi  

Şixəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə nail oldu. Azərbaycan Respublikası Mərkəzi Komitəsinin Birinci katibi Vəli Axundov onun təhlükəli işlər gördüyü barədə xəbərdar etmişdi. Şixəli Qurbanov isə hərəkətlərinə görə özü cavabdehlik daşıdığını bildirib. Təntənəli şəkildə keçirilən bayramdan sonra Ş.Qurbanov aidiyyatı quruma izahat verməyə çağırılıb. O, Novruz bayramının tarixi və heç bir dinlə bağlı olmadığına dair sübutlar gətirərək 22 səhifəlik izahat yazıb. 1967-ci ildə may ayının 24-də Ş.Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim “müalicə” məqsədilə onun damağına iynə vurmuş və Ş.Qurbanov anidən  ölmüşdür. Deyilənə...

18 Mart 2026, 16:59

Bayram günlərində internet xidmətləri gücləndiriləcək 

Azərbaycanda fəaliyyət göstərən telekommunikasiya operator və provayderlərinə Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərində xidmət keyfiyyətinin qorunması və davamlılığının təmin edilməsi ilə bağlı tövsiyələr ünvanlanıb.Bu barədə Citypost.az İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.Qeyd edilib ki, bayram günlərində abunəçilərə fasiləsiz xidmət göstərilməsi, eləcə də yarana biləcək texniki nasazlıqlara operativ müdaxilə edilməsi məqsədilə növbətçi heyətlərin təşkili təmin olunmalıdır.Eyni zamanda operator və provayderlərə şəbəkələrdə planlı dəyişiklik, modernizasiya və quraşdırma işlərinin (qəza halları istisna olmaqla) bayram günlərinə qədər yekunlaşdırılması tövsiyə edilib. Bayram günlərində yarana biləcək nasazlıqların qısa müddətdə aradan qaldırılması üçün isə zəruri texniki və təşkilati hazırlığın təmin olunmasının vacibliyi vurğulanıb.Agentlik, həmçinin xidmətin...

18 Mart 2026, 16:50

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.Citypost.az xəbər verir ki, mətndə deyilir:"Hörmətli həmvətənlər!Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapır.Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli...

18 Mart 2026, 16:42

Azərbaycan əhalisinin sayı açıqlandı 

Ölkə əhalisinin sayı ilin əvvəlindən 1689 nəfər və ya 0,02 faiz artaraq 2026-cı il fevral ayının 1-i vəziyyətinə 10 milyon 264 min 40 nəfərə çatıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Qeyd olunub ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

18 Mart 2026, 16:32