Audiovizual Şura:Kanallarda 864 xarici söz işlədilib
Cəmiyyət 18 Mart 2026, 16:09
312
Azərbaycan Respublikası Audiovizual Şurası keçən ilin sonlarından başlayaraq ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının efirində xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər aparır. Monitorinqlər AMEA-nın Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilində qarşılığı mövcud olan xarici kəlmə kimi təsdiq olunmuş 40-a yaxın sözün 15 televiziya kanalının aparıcıları tərəfindən istifadəsini müəyyən edir.
Bu barədə Citypost.az-a Şuradan məlumat verilib.
Cari ilin yanvar ayında televiziya yayımçılarının məsul şəxsləri ilə keçirilən görüşdə aparılan monitorinqlərin dekabr ayı üzrə nəticələri yayımçıların diqqətinə çatıdırılmış, nəticələrin televiziya yayımçıları tərəfindən ciddi nəzərə alınması tövsiyə olunmuşdu. Növbəti monitorinqlərin nəticələrinə əsasən xarici sözlərdən yersiz istifadə hallarında tendensiyanın azalmayacağı təqdirdə inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi qeyd olunmuşdu.
Həmçinin oxuyun
Yanvar ayının monitorinqlərinin dekabr ayının nəticələrinə yaxın olmasına baxmayaraq, keçirilən görüşlərin və aparılan maarifləndirici fəaliyyətin nəticəsi olaraq cari ilin fevral ayında televiziya kanallarının aparıcıları tərəfindən Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən istifadə sayında ciddi azalma müşahidə olunmuşdur. Belə ki, 15 televiziya kanalının aparıcıları tərəfindən dekabr ayında xarici sözlərdən 1366, yanvar ayında 1460 istifadə halı müəyyən olunmuşdursa, fevral ayında bu say 864-ə düşmüşdür.
Audiovizual Şura belə monitorinqlərin davamlı olacağını qeyd etməklə yanaşı, yayımçılara bu sahədə redaksiya nəzarətinin gücləndirilməsinin vacibliyini bir daha bildirir, redaksiya nümayəndələri və aparıcılar tərəfindən xarici sözlərin istifadəsinin azaldılması istiqamətində daha intensiv iş aparmalarını tövsiyə edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakı Türk Şəhidliyində Çanaqqala zəfərinin ildönümü qeyd edilib
Çanaqqala zəfərinin 111-ci ildönümü və 18 Mart Çanaqqala şəhidlərini Anım Günü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi anım mərasimi keçirib.Citypost.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.Qeyd edilib ki, səfirlik əməkdaşları, Hərbi attaşelik, müşavirliklər, aidiyyəti qurumlar, QHT nümayəndələri və vətəndaşlar Bakı Türk Şəhidliyini və Şəhidlər xiyabanını ziyarət ediblər.Mərasim çərçivəsində səfir Birol Akgün abidələr önünə çələng qoyub, şəhid məzarlarını ziyarət edərək qərənfillər düzüb və Şəhidlik xatirə dəftərini imzalayıb.Çıxışlarda bildirilib ki, Çanaqqala zəfəri tarixdə mühüm yer tutur və qəhrəmanların fədakarlığı heç zaman unudulmur. Tədbir iştirakçıları Mustafa Kamal Atatürk başda olmaqla bütün şəhidlərin xatirəsini ehtiramla yad ediblər....
18 Mart 2026, 17:23
Zaur Mikayılov Abşeronda vətəndaşlarla görüşüb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov martın 18-də Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Abşeron, Zəngilan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.Bu barədə Citypost.az-a ADSEA-dan bildirilib.Daha sonra Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.Müraciətlər əsasən içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan təlabatın ödənilməsi, işə qəbul və digər məsələlərlə bağlı olub.Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb....
18 Mart 2026, 17:12
Novruz bayramı və Şixəli Qurbanovun müəmmalı taleyi
Şixəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə nail oldu. Azərbaycan Respublikası Mərkəzi Komitəsinin Birinci katibi Vəli Axundov onun təhlükəli işlər gördüyü barədə xəbərdar etmişdi. Şixəli Qurbanov isə hərəkətlərinə görə özü cavabdehlik daşıdığını bildirib. Təntənəli şəkildə keçirilən bayramdan sonra Ş.Qurbanov aidiyyatı quruma izahat verməyə çağırılıb. O, Novruz bayramının tarixi və heç bir dinlə bağlı olmadığına dair sübutlar gətirərək 22 səhifəlik izahat yazıb. 1967-ci ildə may ayının 24-də Ş.Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim “müalicə” məqsədilə onun damağına iynə vurmuş və Ş.Qurbanov anidən ölmüşdür. Deyilənə...
18 Mart 2026, 16:59
Bayram günlərində internet xidmətləri gücləndiriləcək
Azərbaycanda fəaliyyət göstərən telekommunikasiya operator və provayderlərinə Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərində xidmət keyfiyyətinin qorunması və davamlılığının təmin edilməsi ilə bağlı tövsiyələr ünvanlanıb.Bu barədə Citypost.az İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.Qeyd edilib ki, bayram günlərində abunəçilərə fasiləsiz xidmət göstərilməsi, eləcə də yarana biləcək texniki nasazlıqlara operativ müdaxilə edilməsi məqsədilə növbətçi heyətlərin təşkili təmin olunmalıdır.Eyni zamanda operator və provayderlərə şəbəkələrdə planlı dəyişiklik, modernizasiya və quraşdırma işlərinin (qəza halları istisna olmaqla) bayram günlərinə qədər yekunlaşdırılması tövsiyə edilib. Bayram günlərində yarana biləcək nasazlıqların qısa müddətdə aradan qaldırılması üçün isə zəruri texniki və təşkilati hazırlığın təmin olunmasının vacibliyi vurğulanıb.Agentlik, həmçinin xidmətin...
18 Mart 2026, 16:50
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.Citypost.az xəbər verir ki, mətndə deyilir:"Hörmətli həmvətənlər!Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapır.Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli...
18 Mart 2026, 16:42
Azərbaycan əhalisinin sayı açıqlandı
Ölkə əhalisinin sayı ilin əvvəlindən 1689 nəfər və ya 0,02 faiz artaraq 2026-cı il fevral ayının 1-i vəziyyətinə 10 milyon 264 min 40 nəfərə çatıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Qeyd olunub ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
18 Mart 2026, 16:32