Bizə yazın

Baku

-°C

USD

-

Etibar Əliyev: ABŞ–İran atəşkəsi Nobel Sülh mükafatı müzakirələrini gündəmə gətirdi

Siyasət 08 Aprel 2026, 11:25

395

Sabiq deputat Etibar Əliyev ABŞ, İsrail və İran arasında əldə olunan iki həftəlik atəşkəs barədə fikirlərini bölüşüb.

Citypost.az xəbər verir ki, sabiq deputat bildirib ki, atəşkəs yeni geosiyasi paradiqma deyil və tarixdə oxşar proseslərin mövcud olduğunu qeyd edib.

Etibar Əliyev xatırladıb ki, 1973-cü ildə Vyetnam müharibəsi dövründə ABŞ Dövlət katibi Henri Kissincer və Vyetnam nümayəndəsi Le Dık Txo atəşkəs prosesindəki roluna görə Sülh üzrə Nobel mükafatına layiq görülmüşdülər. Lakin Le Dık Txo ədalətli sülh əldə olunmadığını əsas gətirərək mükafatdan imtina etmişdi.

O əlavə edib ki, ABŞ siyasi rəhbərləri arasında Nobel Sülh mükafatına maraq tarixən mövcuddur və Teodor Ruzvelt, Vudro Vilson, Cimi Karter, Henri Kissincer və Barak Obama kimi liderlərin bu mükafatı aldığını xatırladıb.

Sabiq deputat qeyd edib ki, Donald Trampın da bu mükafata maraqlı ola biləcəyi ehtimal edilir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Elman Vəliyev: Münaqişənin əsas qalibi Çin ola bilər

Konflikt analitik Elman Vəliyev ABŞ, İran və İsrail arasında baş verən gərginliklərə dair fikirlərini açıqlayıb.Citypost.az xəbər verir ki, analtik bildirib ki, münaqişənin əsas qalibinin Çin olduğu iddia edilə bilər.Elman Vəliyevin sözlərinə görə, Çin bu prosesdə dolayı təsir imkanlarını genişləndirərək ABŞ-ın hərbi və iqtisadi mövqelərinə təzyiq yarada bilib. Hörmüz boğazının bağlanması qlobal neft bazarında ciddi dalğalanmalara səbəb olub və bu vəziyyət beynəlxalq enerji şirkətlərini ABŞ administrasiyasına təzyiq göstərməyə vadar edib.Analitik vurğulayıb ki, ABŞ tərəfi münaqişə zamanı İranın bəzi hərbi və siyasi fiqurlarına qarşı əməliyyatlar həyata keçirsə də, əsas strateji nəticələr tam əldə olunmayıb.İranın Hörmüz boğazı üzərində təsir imkanlarını göstərməsi qlobal enerji...

08 Aprel 2026, 11:45

Əfsələddin Ağalarov: ABŞ-ın qlobal təsiri zəifləyir, İran yeni balans qazanır

Azxeber.com-un baş redaktoru, jurnalist Əfsələddin Ağalarov ABŞ və İran arasında yaranmış vəziyyətlə bağlı fikirlərini açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, ABŞ-ın İkinci Dünya müharibəsindən sonra formalaşdırdığı qlobal hegemonluq modelində zəifləmə müşahidə olunur və hazırkı proseslər bunu daha da qabardır.Əfsələddin Ağalarov qeyd edib ki, əvvəlcə İrana “kapitulyasiya sənədi” imzalatdırmağı hədəfləyən tərəf sonda 10 maddəlik atəşkəslə razılaşmağa məcbur olub.Müzakirə olunan əsas məqamlardan biri uranın zənginləşdirilməsi, Hörmüz boğazında gəmilərin hərəkəti və sanksiyaların gələcək taleyidir.Jurnalist vurğulayıb ki, İranın Hörmüz boğazından keçən gəmilərdən rüsum əldə etməsi və müəyyən nəzarət mexanizmləri tərəflər arasında yeni balansın formalaşdığını göstərir.Ə.Ağalarov əlavə edib ki, müharibədən sonra kompensasiya və üstünlük...

08 Aprel 2026, 11:31

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayır.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında qeyd olunub.Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir."Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq.Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır", - bəyanatda vurğulanıb....

08 Aprel 2026, 11:06

Elxan Şahinoğlu: “ABŞ–İsrail və İran qarşıdurmasında qalib yoxdur”

Səhər saatlarından jurnalistlərin eyni sualla müraciət etdiyini qeyd edən politoloq Elxan Şahinoğlu feysbuk səhifəsindəə bildirib ki, ABŞ–İsrail və İran arasında baş verən qarşıdurmada tərəflərdən heç biri qəti qələbə qazanmayıb.Onun sözlərinə görə, hər iki tərəf qazandığını iddia etsə də, real mənzərə fərqlidir: “Nə ABŞ və İsrail Tehrana, nə də İran bu ölkələrin paytaxtlarına bayrağını sancıb. Müharibə nəticəsində ABŞ və İsrail İranın uranı zənginləşdirmə imkanlarını illərlə geri saldı, hərbi sənayesinə zərbələr vurdu, körpülər və istehsal müəssisələri dağıdıldı. Lakin İran rejimi böyük itkilərə baxmayaraq ayaqda qalmağı bacardı.”E.Şahinoğlu əlavə edib ki, İran daxilində SEPAH-ın yenidən uranı zənginləşdirmə və ballistik raket istehsalını bərpa etməsi vəziyyəti...

08 Aprel 2026, 11:04

Asif Nərimanlı: ABŞ–İran atəşkəsində “qalib” sualı açıq qalır

ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması “kim qalib gəldi” sualı ətrafında müzakirələrə səbəb olub. Hər iki tərəf özünü “qalib” elan etsə də, reallıq ziddiyyətlidir.Citypost.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı sosial şəbəkə hesabında ABŞ və İran arasında yaranmış vəziyyəti şərh edərkən bildirib.Onun fikrincə, İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ üzərində qələbə qazandıqlarını düşünür və Vaşinqtonun Tehranın 10 maddəlik planını qəbul etməyə məcbur qaldığını iddia edir. Həmin iddiaya görə, İranın Hörmüz boğazı üzərində nəzarəti davam edəcək, uranın zənginləşdirilməsi qəbul olunacaq, sanksiyalar və qətnamələr ləğv ediləcək, ABŞ qüvvələri regiondan çıxacaq və “Hizbullah”a qarşı əməliyyatlar dayandırılacaq.Bu şərtlərin atəşkəs...

08 Aprel 2026, 10:49

Sayman Aruz: ABŞ–İran atəşkəsi müvəqqəti balansdır, sülh deyil

Yazıçı Sayman Aruz ABŞ–İran arasında imzalanan iki həftəlik atəşkəsə dair fikirlərini açıqlayıb.Citypost.az xəbər verir ki, yazıçı bildirib ki, mövcud razılaşma müharibənin sonu deyil, sadəcə taktiki və qeyri-sabit fasilədir.Onun sözlərinə görə, əsas şərt İranın Hörmüz boğazını açması, ABŞ-ın isə hərbi əməliyyatları dayandırmasıdır. Sayman Aruz qeyd edib ki, Hörmüz boğazı dünya neft ticarətinin təxminən 20 faizini təmin edir və müharibə dövründə yüzlərlə tanker və böyük həcmdə neftin bloklanması qlobal enerji bazarına ciddi təsir göstərib.Atəşkəsdən sonra neft qiymətlərində nisbətən eniş müşahidə olunub və bu, razılaşmanın əsasən enerji logistikası ilə bağlı olduğunu göstərir. ABŞ-ın məqsədi boğazda nəqliyyat axınını tənzimləmək və qlobal enerji böhranını yumşaltmaqdır....

08 Aprel 2026, 10:30