Bizə yazın

Baku

-°C

USD

-

Allahın mükafatlandırdığı xalq artisti...  Elman Eldaroğlu yazır..

Sənət aləmi 08 Aprel 2026, 11:03

1813

Aktyorları bir vaxtlar çəkildikləri bədii filmlər, teletamaşalar məşhurlaşdırırdısa, indi bunu teleseriallar əvəz edib. Bu gün sizə müxtəlif seriallardan tanıdığınız, teatr və kino aktrisası, xalq artisti Pərvanə Qurbanova haqqında söhbət açmaq istəyirəm. Pərvanə xanım 2 aprel 1965-ci ildə dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra, 1981-ci ildə Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlayıb. Burada o, böyük sənətkarlardan- Ələddin Abbasov, Rəmziyyə Veysəlova, Sədayə Mustafayeva, Məmməd Bürcəliyev, Zülfüqar Baratzadə kimi görkəmli sənətkarların əhatəsində olub, onlardan dərs alıb, teatrın sirrlərini öyrənib. İndiyədək bu teatrın səhnəsində yüzdən çox əsərdə rol oynayıb...

Deyir ki:- “15 yaşımdan, düz 45 ildir ki, Gəncə teatrında işləyirəm. Gözümü açandan təsadüfən sənətin içinə düşmüşəm. İnşaatçılar sarayına fortepiano kursuna gedirdim. Böyük rejissorumuz rəhmətlik Hilal Həsənovun orda dram dərnəyi vardı. Yeni il şənliyi keçirilirdi, orda sülh göyərçinini oynamaq üçün qız axtarırdılar. Hilal müəllim dedi ki, evdən icazə al, gəl. İstəmirdim, direktorumuz deyəndə ki, kim səhnəyə çıxıb oynasa, onu bir il müddətinə imtahanlardan azad edəcəm, çox sevindim. Onda anam artıq yox idi, atama dedim, icazə verdi. Nə isə, səhnəyə çıxıb şeirimi dedim və hamı məni qucaqlayıb öpürdü, alqışlar susmurdu. Məni maraqlandıran bir o idi ki, imtahanlardan azad olacam. Sonra o dərnəkdən uzaqlaşa bilmədim. Səməd Vurğunun “Komsomol poeması”nı hazırlayırdılar, mənə Humay rolunu verdilər. Gəncə teatrından sənətkarlar gəlmişdilər tamaşamıza. Teatrın baş rejissoru  Yusif  Bağırov, Məmməd Bürcəliyev, Bakıdan da teatr aktyorları gəlmişdilər. Ən yaxşı qız ifaçı kimi mənə mükafat verdilər. Yusif Bağırov məndən soruşdu ki, qızım, teatra gəlmək istəyərsən? Dedim, yox. Dedi, maaş alacaqsan, səhnədə böyük sənətkarlarla oynayacaqsan. Razılaşmadım. Atamı da itirəndən sonra, çox çətin oldu. Evdə iki qardaşım və mən qalmışdıq, yaşamalı idik axı. Qardaşım da əsgərlikdə idi. Axırda getdim, özüm xahiş etdim ki, məni işə götürün. Götürdülər, belə başladı peşəkar səhnədə yolum. İnsanlar var, öz həyat yollarında oldu-olmadı əzabkeşliklərini, əziyyətlə həyat yaşadıqlarını sərgiləyib, ondan istifadə edirlər. Mən məktəbdə oxuyurdum, atamın vəfat etdiyini heç kimə demədim ki, bilməsinlər, kiminsə mənə yazığı gəlməsin...”

Teatr Xadimləri İttifaqının üzvü, “Qızıl Dərviş” mükafatı laureatıdır. On iki il ard-arda Prezident Mükafatına layiq görülüb...

“Ölkəmizdə ilk çəkilən seriallarda mən də rol almışam. Buna görə rejissor Rövşən İsaxa təşəkkür edirəm. Uzun illərdir ki, Gəncə Dövlət Dram Teatrında işləyirəm. Gəncədə tanınmağıma baxmayaraq, seriallardan sonra daha da məşhurlaşdım. Amma ilk çəkildiyim film 1992-ci ildə "Xocalı harayı" filmi olub.”- söyləyir.

Bəli, Pərvanə Qurbanovanın milli kinomuzda xidmətləri az olmayıb. Onun çəkildiyi filimlərdən "Sarı gəlin", “Acılar bitməz”, “Cavad xan” filmlərini, o cümlədən “Pərvanələrin rəqsi”, “Döngələr”, “Toy gecəsi”, “Yuxu kimi” və “Köhnə çamadanlar” adlı teleserialları nümunə göstərmək olar...

Deyir ki:- “Ata-anasız qaldığıma görə ali təhsil ala bilmədim. Ancaq bu gün özünü bilməyən, ümumiyyətlə sənətdən xəbəri olmayan, ali təhsil alıb təsadüfən teatra düşən istedadsız insanları görəndə təsəlli tapıram. Əlbəttə, ali təhsilim olsaydı daha yaxşı olardı. Amma nə etmək olar, qismət deyilmiş...”

Gəncəni çox sevir. Bakıya köçməyə dəfələrlə imkanı yaransa da Gəncəni tərk etməyib. Gəncədən ayrı qala bilmədiyini, söyləyir. Elə bilir ki, Gəncədən uzaq düşsə, kökü susuz qalan ağac kimi tez quruyar...

“Övlad kimi də yarım qalmışdım, qadın kimi də. 15 yaşından üzərinə valideyn yükünü götürüb çəkən qızcığaz nə zaman rahat nəfəs ala bildi ki... İndi də balamıza “burda belə etmə, belə məsləhətdir”- deyirik. Mənə bunları deyənim olmadı, özüm yıxılıb, özüm durdum həyatda. Heç əlimdən tutanım, “qorxma, qalx” deyənim də yox idi. Aktrisa olmağın da çətinliyi üstəlik. Üst-başımın köhnəliyini də üzümə vuranlar olurdu aktrisa həmkarlarımdan. “Belə gözəl-göyçək qız nimdaş palto içində” deyən aktrisaya dönüb “təzə gödəkçəniz sizə çox yaraşır, mübarəkdir” demişəm. İndi bu yaşımda bəlkə onu bacarmaram. Çox şükür hər günə...”- söyləyir.

Bəli, həyat çox qəribədir. Necə deyərlər, kimisinə cənnətdir, kimisinə isə cəhənnəm. Amma nə yaxşı ki, yaman günün ömrü az olur. Bəlkə də, məhz qeyrətinə, bir vaxtlar qatlaşdığı çətinliklərə görə, Allah Pərvanə xanımı mükafatlandırıb, ona tamaşaçı məhəbbəti qazandırıb…

Elman Eldaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kırımda Nuriyyə Hüseynova Türk dünyasının sənət kraliçası adlandırıldı

Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar artist Nuriyyə Hüseynova Krım Xəbər Agentliyinə müsahibə verib. O, sənət yolu, muğamın beynəlxalq səhnədəki yeri və türk dünyasının ortaq mədəni irsi barədə fikirlərini bölüşüb.Sənətçi Ordubad rayonunun Dırnıs kəndində böyüdüyünü, ailəsində musiqiyə xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, anası klassik Azərbaycan musiqilərini ifa edir, babası isə tardan istifadə edirdi: “Musiqiyə və muğama sevgim uşaqlıq illərimdən başlayıb.”Nuriyyə Hüseynova uşaqlıq xatirələrindən danışaraq Sovet dövründə babası ilə birlikdə gizlicə “Türkiyənin Səsi” radiosunu dinlədiklərini bildirib. Onun sözlərinə görə, bu mühit onun musiqi dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.Sənətçi daha sonra yaradıcılıq yolundan bəhs edərək festivalda qazandığı uğurdan sonra Bakıya gəldiyini,...

26 May 2026, 11:56

Əməkdar artist Sahib Paşazadə Özbəkistanda mükafatlandırılıb 

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tanınmış tarzən, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə Özbəkistan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Ziyoli Avlod” Mədəniyyət və Təhsil Mərkəzi tərəfindən təltif edilib.Muğam Mərkəzindən Citypost.az-a bildirilib ki, Əməkdar artist bu təltifə Özbəkistanla mədəni və təhsil sahəsində göstərdiyi xidmətlərə görə layiq görülüb.Mərkəzin direktoru Ənvər Xojinazarov tarzənə “Ziyali Avlod - Millat İftixorı” medalını təqdim edib. Mükafatlandırma mərasimində hər iki mərkəzin rəhbərləri gələcəkdə daha sıx əməkdaşlıq etmək və birgə memorandum imzalamaq barədə razılığa gəliblər.Sahib Paşazadə öz növbəsində sənətinə və xidmətlərinə göstərilən diqqətə görə mərkəzin rəhbərliyinə təşəkkür edərək Ənvər Xojinazarovu Azərbaycana səfərə və Beynəlxalq Muğam Mərkəzini ziyarətə dəvət edib....

25 May 2026, 17:28

Sumqayıt Teatrından uşaqlara bir iyun sürprizi 

1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrı balaca tamaşaçılar üçün maraqlı səhnə əsəri təqdim edəcək.Teatrdan Citypost.az-a bildirilib ki, yazıçı Kərim Həsənovun “Sehrli yaylıq” əsəri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşası teatrsevərlərin ixtiyarına veriləcək.Nağıl-fantastika janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Zaur Rəşidov, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti isə Fazilə Rzayevadır.Səhnə əsərində balaca Eldarın başına gələn maraqlı və düşündürücü hadisələrdən bəhs olunur. Tamaşa vasitəsilə uşaqlara faydalı işlərlə məşğul olmaq, mobil telefondan və sosial şəbəkələrdən asılılığın zərərlərini anlamaq, dərslərə məsuliyyətlə yanaşmaq, ailəyə, dövlətə və cəmiyyətə yararlı vətəndaş kimi formalaşmaq kimi mühüm...

25 May 2026, 17:13

Əməkdar artist mükafata layiq görüldü

Əməkdar artist Münəvvər Əliyeva bu gün yubiley yaşını qeyd edir.Citypost.az xəbər verir ki, Bu münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sənətçiyə “Yubiley” mükafatı təqdim olunub.Tədbirdə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yubilyarı təbrik edərək ona cansağlığı və yeni sənət uğurları arzulayıb.Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək Münəvvər Əliyevanın Azərbaycan teatr sənətində yaratdığı obrazlar qalereyasının xüsusi yer tutduğunu bildirib. O, aktrisaya gələcək fəaliyyətində uğurlar arzulayıb.Tədbirin sonunda yubilyara Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl gül” mükafatı təqdim olunub.Məlumat üçün bildirək ki, Münəvvər Sabir qızı Əliyeva 25 may 1971-cı ildə Sumqayıt şəhərində anadan olub.O,...

25 May 2026, 09:00

Bəstəkar Elnar Məmmədovun xatirəsi anılıb 

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnar Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.Azərbaycan Bəstəkarlar İttifaqından Citypost.az-a verilən məlumata görə, tədbirdə İttifaqın sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə Elnar Məmmədovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılıq yolundan və musiqi irsimizə verdiyi töhfələrdən bəhs edib.Tədbirdə çıxış edən natiqlər Elnar Məmmədovun sənət dünyası və şəxsiyyəti ilə bağlı fikirlərini bölüşüblər.Konsertin proqramında Elnar Məmmədovun və digər görkəmli bəstəkarların əsərləri səsləndirilib....

22 May 2026, 17:43

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın fərdi sərgisinin açılışı olub.Citypost.az xəbər verir ki, sərginin açılış mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər."Yuxular teatrı" ("The Theater of Dreams") adlı sərgidə müəllifin bir sıra əsərləri ilk dəfə ictimaiyyətə təqdim olunub.Açılış mərasimindən əvvəl jurnalistlərə açıqlama verən Ronald Kompanoka bildirib ki, bu hadisə onun üçün böyük əhəmiyyət daşıyır və sərginin Avropanın mühüm mədəniyyət mərkəzlərindən birində keçirilməsi xüsusi önəm kəsb edir. Rəssam qeyd edib ki, layihəni digər sərgilərdən fərqləndirən əsas cəhət onun yalnız ənənəvi təqdimat formatı ilə məhdudlaşmaması, müxtəlif mədəni yanaşmaları...

22 May 2026, 08:11