Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib 

Cəmiyyət 08 Aprel 2026, 11:25

424

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib.

Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbul olunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin səfərlərinin xalqlarımızı və ölkələrimizi daha da yaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialını möhkəmləndirdiyini dedi.

Dövlətimizin başçısı birgə investisiya fondunun imkanlarından tam istifadə ediləcəyinə ümidvarlığını bildirdi, bir neçə layihənin artıq işlənmə mərhələsində olduğunu vurğuladı və Azərbaycanla Qazaxıstanın üçüncü ölkələrə birgə investisiya yatırmaq potensialına toxundu.

Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin Azərbaycana səfərinin uğurlu olacağına ümidvarlığını ifadə etdi.

Qəbula görə minnətdarlığını bildirən Qazaxıstanın xarici işlər naziri dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduqlarını dedi.

Yermek Koşerbayev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş etdi.

Qonaq Qazaxıstanda Azərbaycan Prezidentinə çox böyük hörmətlə yanaşıldığını vurğuladı.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin bir çox sahədə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, logistika, investisiyalar, enerji, həmçinin yaşıl enerji və digər istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı Orta Dəhliz, Trans-Xəzər Yaşıl Enerji Dəhlizi və fiber-optik xətti layihələrinə toxunuldu, bu çərçivədə Azərbaycanla Qazaxıstanın uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulandı.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesinin və Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin regional əməkdaşlıq və nəqliyyat bağlantıları baxımından rolu qeyd edildi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu tərəfdaşlığı vurğulandı və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda zəlzələ oldu 

Xəzərdə zəlzələ qeydə alınıb.Bu barədə Citypost.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.Maqnitudası 5.3 olan yeraltı təkan yerli vaxtla 13:05-də 70 km dərinlikdə baş verib.Zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.

08 Aprel 2026, 13:30

Prezident Naxçıvanla bağlı fərman imzaladı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.Citypost.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.Fərmana əsasən isə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək. İndiyə qədər bu səlahiyyət sadəcə Nazirlər Kabinetində idi.Kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının bir-biri arasında dəyişdirilməsi halları istisna olmaqla, kateqoriya daxilində torpaqların məqsədli təyinatının...

08 Aprel 2026, 13:20

İlham Əliyev bu nazirliyin əsasnaməsini dəyişdi

Prezident İlham Əliyev "Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.Fərmana əsasən, Nazirlik onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin...

08 Aprel 2026, 13:09

“ZƏNGƏZUR LAYİHƏSİNİN HÖRMÜZ BOĞAZINA ALTERNATİV OLMASI...” – Zahid Oruc yazır 

Cənubi Qafqaz regionu son illərdə fundamental geosiyasi transformasiya mərhələsinə daxil olub. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar region dövlətlərinin xarici siyasət kursunu, iqtisadi prioritetlərini və təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişib.Yeni geosiyasi dinamika və dəyişikliklər fonunda Gürcüstanın siyasəti, eləcə də Azərbaycan–Gürcüstan münasibətlərinin gələcəyi xüsusi diqqət tələb edir. Çünki Cənubi Qafqaz həmişə tektonik areallardan biridir. Məhz ona görə də Azərbaycan lideri, “qlobal layları tərpətdik”, deyir. Faktiki olaraq, İkinci Qarabağ müharibəsi yeni dünya nizamının baş siqnalıdır.İlk növbədə, yaxın tarixə nəzər yetirilsə, aydın görünür ki, Gürcüstan son illər xarici siyasətində kəskin dönüş edərək, Mixeil Saakaşvili hakimiyyəti zamanı Qərbə tam inteqrasiya və himayə...

08 Aprel 2026, 13:01

Metronun “28 May” və “Nizami” stansiyaları arasında tunelin inşası zamanı avtobuslar pulsuz işləyə bilər 

Bakı metrosunda xətləri ayrılması layihəsi icra edilərkən “28 May” və “Nizami” stansiyaları arasında avtobusların ödənişsiz fəaliyyət göstərməsi məsələsi müzakirə edilir.Citypost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.“Bu məsələ yalnız Metropolitenə bağlı deyil. Proses üzrə bütün aidiyyəti qurumlar kompleks şəkildə işləyir. Bütün bunlar öncədən ictimaiyyətə elan ediləcək”, - deyə o əlavə edib....

08 Aprel 2026, 12:52

Sabahın hava proqnozu açıqlanıb 

Aprelin 9-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi...

08 Aprel 2026, 12:34