Rəsmi Bakı: Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub
Siyasət 17 Aprel 2026, 13:45
491
Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub.
APA-nın Antalyaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev V Antalya Diplomatiya Forumunda "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri bu gün qlobal enerji təhlükəsizliyinə xidmət edir və eyni zamanda, region ölkələrinin maraqlarını təmin edir.
O qeyd edib ki, Ermənistan–Azərbaycan münaqişəsinin həlli regional baxımdan xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan bu prosesdə liderlik nümayiş etdirib və münaqişə artıq keçmişdə qalıb. Ölkəmiz siyasi, hərbi və hərbi-siyasi vasitələrlə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib”.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır və ötən ilin avqustunda ABŞ rəhbərliyinin iştirakı ilə müvafiq saziş ilkin olaraq paraflanıb.
Hikmət Hacıyev bildirib ki, 30 il ərzində ATƏT-in Minsk qrupu tərəfindən regiona kənardan tətbiq edilən həll modeli nəticəsiz qalıb: “Bu, bir daha göstərir ki, regionda real nəticələrə yalnız yerli sahiblik və liderlik yolu ilə nail olmaq mümkündür”.
Həmçinin oxuyun
O əlavə edib ki, hazırda regionda yeni status-kvo formalaşıb və Cənubi Qafqaz sülh mərhələsinə daxil olub. Bununla yanaşı, Hikmət Hacıyev yaxın coğrafiyada yeni münaqişə ocaqlarının yarandığını da qeyd edib.
Hikmət Hacıyev regional bağlantı layihələrinin əhəmiyyətinə də toxunaraq bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə Transxəzər nəqliyyat layihələrini inkişaf etdirir.
Onun sözlərinə görə, bu istiqamətdə Bakı–Tbilisi–Qars dəmir yolu mühüm rol oynayır və Zəngəzur dəhlizi əlavə imkanlar yarada bilər.
Prezidentin köməkçisi vurğulayıb ki, regional sahiblik təcrid demək deyil, əksinə, bu yanaşma digər regionlarla əməkdaşlıq üçün geniş platforma yaradır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər
Aprelin 17-də İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a bildirilib ki, görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində sülh və sabitliyin gücləndirilməsi, eləcə də ticarət əlaqələrinin qurulması və genişləndirilməsi ilə bağlı son proseslər məmnunluqla qeyd edilib.Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Baş katibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib.Sədrlər 2025-ci ilin oktyabrında Cenevrədə baş tutmuş görüşdən sonra parlament nümayəndə heyətləri arasında beynəlxalq təşkilatlar...
17 Aprel 2026, 15:53
Prezident İlham Əliyev Əhməd Əl Şaraanı Azərbaycana səfərə dəvət edib
Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı Azərbaycana səfərə dəvət edib.Citypost.az xəbər verir ki, dəvət məmnunluqla qəbul olunub.Qeyd edək ki, bu gün Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.
17 Aprel 2026, 12:29
Politoloq: ABŞ-ın qlobal təsiri zəifləyir, yeni güc mərkəzləri formalaşır
Politoloq Zaur İbrahimli ABŞ və Səudiyyə Ərəbistanı münasibətləri və qlobal geosiyasi proseslərlə bağlı açıqlama verib.O bildirib ki, ABŞ-dan asılılıq dövrünün tədricən başa çatdığı barədə fikirlər artıq müxtəlif beynəlxalq dairələrdə səslənir. Açıqlamada Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhanın “ABŞ-dan asılılıq dövrü bitdi” məzmunlu fikirlərinə istinad olunub.Z. İbrahimli qeyd edib ki, ABŞ-ın regional və qlobal siyasəti, xüsusilə İsrail və İranla bağlı mövqeyi onun beynəlxalq təsirinə uzunmüddətli dövrdə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, ABŞ-ın bəzi müttəfiqləri alternativ geosiyasi mərkəzlərə yönəlməyə başlayır.Politoloq əlavə edib ki, Çin artıq qlobal ticarət və çoxtərəfli əməkdaşlıqda daha fəal rol oynayır və bu, ABŞ-ın...
17 Aprel 2026, 12:15
Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.
17 Aprel 2026, 11:53
İlham Əliyev Şimali Kiprin Prezidenti ilə görüşdü
Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.Citypost.az xəbər verir ki. bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
17 Aprel 2026, 11:33
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb
Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşü başlayıb.APA xəbər verir ki, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutur.Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər.
17 Aprel 2026, 11:05