Bizə yazın

Baku

-°C

USD

-

Anar Xəlilov: Azərbaycan–Çexiya əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir

Siyasət 29 Aprel 2026, 09:09

330

Azərbaycanın Çexiya ilə əməkdaşlığı Avropa ilə Cənubi Qafqaz arasında körpü rolunu oynamaqla yanaşı, regional sabitlik və inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir

Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyaraq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında daha da möhkəmlənməkdədir. Bu əlaqələr yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, həm də iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiya mühiti, eləcə də mədəni və humanitar sahələri əhatə edən geniş spektri özündə birləşdirir. 

Bu baxımdan Çexiya Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin onunla Qəbələdə keçirdiyi təkbətək və geniş tərkibdə görüşü, liderlərin bəyanatları əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirərək tərəflər arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir. Onu da qeyd edim ki, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində mühüm rol oynayıb. Bu sənəd tərəflər arasında əməkdaşlığın yalnız mövcud səviyyəsini təsdiqləməklə kifayətlənməyib, eyni zamanda gələcək inkişaf üçün konkret istiqamətləri müəyyən edən mühüm siyasi və hüquqi çərçivə yaradıb.

Energetika sahəsi Azərbaycan ilə Çexiya arasında münasibətlərin əsas dayaqlarından biri hesab olunur və qarşılıqlı iqtisadi maraqların təmin edilməsində mühüm rol oynayır. 

Azərbaycan zəngin neft və təbii qaz ehtiyatlarına malik olan ölkə kimi uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşlardan sayılır. Bu əməkdaşlıq xüsusilə enerji resurslarının ixracı və təchizat zəncirlərinin şaxələndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan neftinin Çexiyaya ixracı bu ölkənin enerji balansında mühüm paya sahibdir və sənaye sektorunun dayanıqlı enerji təminatına dəstək verir. Eyni zamanda, Azərbaycanın Avropa bazarına təbii qaz tədarükü son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur ki, bunlardan 10-u Avropa İttifaqının üzv dövlətləridir. Bu fakt Azərbaycanın Avropa enerji sistemində artan rolunu və etibarlı təchizatçı kimi mövqeyini daha da gücləndirir. Bundan əlavə, Azərbaycanın Çexiyaya yaxın yerləşən digər Avropa ölkələrinə də qaz ixrac etməsi regionun ümumi enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Azərbaycanla Çexiya arasında əməkdaşlıq təkcə iqtisadi, enerji təhlükəsizliyi ilə məhdudlaşmır, eyni zamanda müdafiə sənayesi kimi strateji istiqaməti də əhatə edir.

Bu isə Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin nə qədər dərin və çoxşaxəli xarakter daşıdığını aydın şəkildə göstərir. Xüsusilə son illərdə müdafiə sənayesi sahəsində qarşılıqlı maraq və əməkdaşlıq imkanlarının genişlənməsi diqqət çəkir. Prezident İlham Əliyev Qəbələdə Andrey Babişlə mətbuata bəyanatında bu məsələyə xüsusi toxunaraq bildirdi ki, uzun müddət ərzində bu sahədə uğurlu əməkdaşlıq aparılır. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alır və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Cənab Prezident İlham Əliyevin bu fikirləri iki ölkə arasında müdafiə ahəsində əməkdaşlığın artıq yeni mərhələyə qədəm qoyduğunu göstərir. Məlumdur ki, Azərbaycan son illərdə müdafiə qabiliyyətinin gücləndirilməsinə və bu sahədə yerli istehsalın genişləndirilməsinə xüsusi önəm verir. Bu yanaşma yalnız milli təhlükəsizliyin təmin edilməsində deyil, həm də sənaye və texnologiya sektorunun inkişafında mühüm rol oynayır. Bu baxımdan, müdafiə sənayesində böyük təcrübəyə malik olan Çexiya ilə əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır. Çexiyanın bu sahədə formalaşmış sənaye infrastrukturu, müasir texnoloji imkanları və zəngin təcrübəsi birgə layihələrin uğurla həyata keçirilməsinə əlverişli şərait yaradır. Hesab edirəm ki, bu istiqamətdə əldə olunacaq nailiyyətlər tərəfdaşlığın strateji əhəmiyyətini daha da artıracaq və iki ölkə arasında münasibətlərin gələcək inkişafına mühüm təkan verəcək.

Anar Xəlilov,

Sabirabad RİHB aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulu Məhərrəmli: Ukrayna xalqının döyüş əzmi qırılmayıb

Professor Qulu Məhərrəmli Facebook paylaşımında bildirib ki, Putin Rusiyasının təcavüzündən sonra Ukrayna dünyanın ən döyüşkən ordularından birinə çevrilib. Citypost.az xəbər verir ki, professorun sözlərinə görə, müharibə ölkəni böyük dağıntı və məhrumiyyətlərə düçar etsə də, xalqın döyüş əzmini, iradəsini və azadlıq ruhunu qıra bilməyib.O qeyd edib ki, Ukrayna ordusunda xidmət edən çoxsaylı qadınların şücaəti də bu dözümlülüyün və mübarizə əzminin göstəricisidir. Qulu Məhərrəmlinin fikrincə, bu qadınlar ataları, qardaşları və ərləri ilə birlikdə azad Ukraynanın qəhrəmanlıq tarixini yazırlar....

29 Aprel 2026, 10:42

Teymur İsmayılov: Azərbaycan–Çexiya əlaqələrində strateji əməkdaşlıq güclənir

Azərbaycan–Çexiya münasibətlərinin gələcək inkişaf trayektoriyası siyasi dialoq və qarşılıqlı etimad əsasında qurulub2026-cı il aprelin 27-də İlham Əliyev ilə Andrey Babiş arasında keçirilən yüksək səviyyəli görüş və ardından mətbuata verilən bəyanat Azərbaycan–Çexiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu səfər iki ölkə arasındakı əməkdaşlığın dinamik inkişaf etdiyini göstərməklə yanaşı, Azərbaycanın Avropa ilə əlaqələrinin daha da dərinləşdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı siyasi, iqtisadi və humanitar sahələri əhatə edən geniş məzmunu ilə diqqət çəkdi və gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdi.Çıxış zamanı dövlət başçısı xüsusi vurğuladı ki, Azərbaycan ilə Çexiya arasında münasibətlər möhkəm siyasi dialoq və qarşılıqlı etimad əsasında qurulub....

29 Aprel 2026, 09:09

Ceyhun Məmmədov: Azərbaycan–Çexiya strateji tərəfdaşlığı genişlənir

Millət vəkili Ceyhun Məmmədov Citypost.az-a açıqlamasında Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfərini iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsi kimi qiymətləndirib.Deputat bildirib ki, bu səfər həm siyasi, həm iqtisadi, həm də regional əməkdaşlıq baxımından mühüm məqamlarla yadda qalıb və bir daha göstərib ki, Azərbaycan bu gün Avropa ölkələri üçün etibarlı və vacib tərəfdaş kimi qəbul olunur. Xüsusilə enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolunun getdikcə artdığı vurğulanıb.Ceyhun Məmmədov qeyd edib ki, səfər zamanı Çexiya mediasında, o cümlədən “Çex Radiosu”nda Azərbaycanla enerji əməkdaşlığının önəminin geniş şəkildə vurğulanması təsadüfi deyil və bu, ölkəmizin beynəlxalq nüfuzunun artdığını göstərir.Millət vəkili işğaldan azad edilmiş...

29 Aprel 2026, 09:00

Nadir Azəri: Bu səfərlər Azərbaycanın strateji tərəfdaş olduğunu göstərir

“Müasir dünyada artan gərginliklər, siyasi qarşıdurmalar və hərbi toqquşmalar fonunda sabitlik və etimad mühiti formalaşdırmaq heç də asan deyil. Belə mürəkkəb şəraitdə həm Qərbin, həm də Şərqin etibarını qazanmaq yalnız ardıcıl və balanslı siyasət nəticəsində mümkündür. Azərbaycan isə son illərdə həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən milli maraqlara əsaslanan siyasət ölkənin regional sabitlik və əməkdaşlıq baxımından rolunu artırıb”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.O qeyd edib ki, son bir həftə...

29 Aprel 2026, 08:55

Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır

Xarici siyasət uğurlarımızdan bəhs edərkən Azərbaycanın əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyi, qarşılıqlı səfərlər fonunda artan nüfuzu xüsusi vurğulanır. Buna əmin olmaq üçün təkcə çari ilin ötən dövründə paytaxt Bakımızın ev sahibliyi etdiyi tədbirlərin, həmçinin bu və ya digər ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana davamlı səfərlərinə diqqət yetirmək kifayətdir. Bu, ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, Prezident İlham Əliyevə göstərilən böyük etimadın nümayişidir. Bu reallıq hər zaman böyük qürur hissi ilə qeyd olunur ki, əgər əvvəlki illərdə Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üçün bu və ya digər ölkələrə səfərlər edilirdisə, bu gün Azərbaycanın müxtəlif...

28 Aprel 2026, 17:10

Taleh Əliyev: ABŞ–İran danışıqları dalan vəziyyətindədir

Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev ABŞ–İran danışıqları ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, iki ölkə arasında aparılan danışıqlar prosesinin dalana dirənməsi fonunda nəticəsiz və səmərəsiz müzakirələrin davam etdirilməsi təəccüb doğurur. Onun sözlərinə görə, tərəflərin bu danışıqlardan konkret gözləntiləri sual altındadır.Taleh Əliyev qeyd edib ki, İran tərəfinin əsas məqsədi danışıqların ABŞ tərəfindən mümkün hərbi əməliyyatların bərpasına qədər uzadılması, bu müddətdə isə ordu birliklərinin yenidən komplektləşdirilməsi, raket və dron sistemlərinin döyüş hazırlığına gətirilməsi və ölkə daxilində sabitliyin təmin olunması üçün resursların maksimum səfərbər edilməsidir.Politoloqun sözlərinə görə, ABŞ tərəfi isə bu proses fonunda digər strateji öhdəliklərini...

28 Aprel 2026, 11:08