Bizə yazın

Baku

-°C

USD

-

Məhəmməd Əsədullazadə: Körfəz ölkələrinin İrana qarşı addımları düşmən hərəkətidir

Siyasət 01 May 2026, 08:03

1603

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə sosial şəbəkədə paylaşımında İran və region ölkələri ilə bağlı diqqətçəkən açıqlama verib.

Citypost.az xəbər verir ki, siyasətçi  bildirib ki, İrana qarşı qonşusu olan ərəb ölkələri düşmən kimi davranıb. Onun sözlərinə görə, İranda rejimin Azərbaycana qarşı münasibəti daima qeyri-konstruktiv olub, buna baxmayaraq, ikitərəfli münasibətlər davam edib və Azərbaycan İranla qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişafında maraqlı olub. Şərhçi qeyd edib ki, Azərbaycan ABŞ-İsrail tərəfindən İrana qarşı hücumlara neytral qalıb və hətta İrana ilk humanitar yardım göndərib. O əlavə edib ki, İran və Azərbaycan prezidentləri arasında daimi telefon təmasları olub.

M. Əsədullazadə vurğulayıb ki, İranın qonşuları olan BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn və Qətərin ABŞ-İsrailin yanında yer alaraq öz ərazilərindən hərbi əməliyyatlara icazə verməsi beynəlxalq hüququn pozulması və qonşuluq dəyərlərinin tapdanmasıdır. Onun fikrincə, körfəz ölkələrinin İrana qarşı fəaliyyəti birmənalı şəkildə düşmən hərəkətidir.Qonşular arasında müharibə baş verə bilər və sonradan barışıq da mümkündür. O, bunu Azərbaycan və Ermənistan arasında baş vermiş müharibə və hazırkı sülh prosesi ilə müqayisə edib. Bununla belə, o hesab edir ki, körfəz ölkələri İrandan onlara heç bir təhdid olmadan bu hərbi əməliyyatlara öz ərazilərindən dəstək veriblər. Onun sözlərinə görə, həmin ölkələr İranın mülki obyektləri vurduğunu iddia etsələr də, həmin obyektlərdə İsrail və ABŞ hərbçiləri olub.

M. Əsədullazadə bildirib ki, uzaq bir regiondan bir ölkə gəlib sənin qonşunu vurursa və sən də buna yardım edirsənsə, bu artıq qonşuluq münasibətləri baxımından təhlükə kimi qiymətləndirilməlidir. O əlavə edib ki, körfəz ərəb ölkələri yalnız İranla deyil, digər qonşularına qarşı da düşmən mövqe sərgiləyiblər.Ermənistanın Rusiya tərəfindən dəstəklənməsi zamanı Azərbaycanda buna qarşı kəskin etirazlar olub və bu dəstək rəsmi şəkildə inkar edilsə də, mövcud olub. O qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı Moskva məcburi şəkildə neytral mövqe tutub. Həmçinin, İranın Ermənistanla əməkdaşlığı da Azərbaycanda sərt tənqid edilib. İrandan Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinə heç bir təhdid olmadığı halda, bu ölkələrin qonşularına qarşı belə addımlar atması bağışlanmazdır. O əlavə edib ki, İrandakı rejim bəyənilməyə bilər, lakin bu, belə davranışlara əsas vermir.

M. Əsədullazadə fikrini belə yekunlaşdırıb: “Məsələn, Fransa Azərbaycana qarşı gəlib Gürcüstan ərazisindən hücum edirsə, biz Gürcüstana necə baxmalıyıq?!”

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vüqar Rəhimzadə: Bakı qlobal şəhərsalma mərkəzinə çevriləcək

Azərbaycan COP29 tədbirindən sonra iştirakçılarının sayına görə ikinci böyük və qlobal əhəmiyyətə malik tədbirə ev sahibliyi edəcək. Artıq hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Paytaxt Bakımız 180 ölkədən 32 mindən çox iştirakçını bir araya gətirib “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyinə hazırdır.Dövlət başçısı İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək tədbirlə bağlı görülən işlərlə tanış oldu. Qeyd olundu ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas...

15 May 2026, 17:44

İlham Əliyev: Qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır.

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir.APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.“Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək”, - dövlət başçısı qeyd edib.

15 May 2026, 15:39

Zaur İbrahimli: ABŞ və Çin dünyanı bölə bilmədi

ABŞ və Çin arasında keçirilən Pekin danışıqları tərəflər arasında ciddi razılaşma ilə nəticələnməyib. Görünən odur ki, Çin istədiklərini əldə edə bilmədiyi üçün tərəflər arasında rəqabət daha da güclənəcək.Citypost.az xəbər verir ki, bu fikirləri politoloq Zaur İbrahimli sosial şəbəkə hesabında paylaşdığı qısa açıqlamada bildirib.Politoloqun sözlərinə görə, ABŞ və Çin bundan sonra bir-birini birbaşa hərbi əməliyyatlara keçmədən geosiyasi, iqtisadi və strateji müstəvidə üstələməyə çalışacaqlar.“Pekin Tayvansız dünyanı bölmək istəmir”, – deyə Z.İbrahimli vurğulayıb.Ekspert hesab edir ki, Pekin görüşləri iki ölkə arasında münasibətlərin yumşalmasına deyil, daha sərt rəqabət mərhələsinə keçidə səbəb olacaq.Əli...

15 May 2026, 10:30

M.Əsədullazadə: Çin özünü daha güclü göstərir

ABŞ Prezidenti Donald Trampın Çinə iki günlük səfəri və aparılan danışıqlar ümumilikdə müsbət istiqamətdə davam edir. Tərəflər arasında əsas fikir ayrılığı isə Tayvan məsələsində qalır. ABŞ-ın Tayvanla bağlı Çinə ciddi güzəştlərə gedəcəyi gözlənilmir. Çin sədri Si Sinpinqin Tayvan məsələsində Donald Trampa açıq etiraz və xəbərdarlıq etməsi regionda yeni eskalasiya ehtimalını artırır.Citypost.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.O qeyd edib ki, Çin Tayvana qarşı dəniz blokadası tətbiq edə bilər. Bununla yanaşı, Vaşinqton və Pekin əsasən iqtisadi və ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm razılaşmalar əldə etməyə çalışırlar.Ekspertin sözlərinə...

15 May 2026, 10:12

Sabiq deputat: Fransa Türkiyəyə qarşı təxribat hazırlayır

Fransa son dövrlər Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələrdə təkcə diplomatik deyil, həm də praktiki fəallığını artırır. Ermənistan və yunan Kipri ilə strateji müttəfiqlik, hərbi əməkdaşlıq haqqında sazişlərin bağlanması, həmçinin Cənubi Kiprdə “humanitar missiyalar” adı altında Fransa hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı yeni sazişin imzalanmasına hazırlıq bunu bir daha təsdiqləyir.Citypost.az xəbər verir ki, bu fikirləri sabiq deputat, siyasətçi Qulamhüseyn Əlibəyli sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.Onun sözlərinə görə, bu sazişlərin əsas məqsədi Fransanın Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələri hərbi baxımdan öz təsir dairəsinə salmaq, eyni zamanda Türkiyənin ətrafında geosiyasi “çəmbəri daraltmaqdır”.Q.Əlibəyli qeyd edib ki, Türkiyənin Cənubi Qafqazda söz sahibi...

15 May 2026, 10:04

Politoloq: ABŞ–Çin görüşü yeni riskləri ortaya çıxardı

Amerika–Çin görüşünün maraqlı detalları gün üzünə çıxmağa davam edir:Pekində 14–15 may tarixlərində keçirilən görüşlər xeyli yaddaqalan olub.Nəzərə alsaq ki, bu, Donald Trumpın 2017-ci ildən sonra Çinə ilk rəsmi səfəri və Xi Jinping ilə ilk böyük görüşü idi. Rəsmi açıqlamalarda “stabil münasibətlər”, “əməkdaşlıq” və “dostluq” vurğulansa da, pərdəarxasında tam fərqli mənzərə yaşanıb. New York Post və Daily Beast-in  məlumatlarına görə, görüşlər zamanı ciddi xaos, təhlükəsizlik qalmaqalları və protokol böhranları baş verib. İkitərəfli görüş başlamazdan əvvəl çinli jurnalistlərin böyük qrupu qəfil şəkildə zala daxil olub. Qarışıqlıq zamanı Ağ Evin öncədən gəlmiş komandasından olan qadın əməkdaş yerə yıxılıb və insanların ayaqları altında qalıb. ABŞ...

15 May 2026, 09:27