May ayında səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
Cəmiyyət 05 May 2026, 11:13
399
May ayında səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb.
Bu barədə Citypost.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ("ASAN Xidmət") məlumat verilib.
Bildirilib ki, 4-26 may tarixində Beyləqanda, Şəmkirdə, Biləsuvarda, İsmayıllıda, Zaqatalada və Xudatda, 4-15 may tarixində Xızıda, 4-21 may tarixində Ağdamda, 19-26 may tarixində Xırdalanda və 25-26 may tarixində Zəngilanda vətəndaşlara səyyar xidmət göstəriləcək.
"Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.
Həmçinin oxuyun
Səyyar ASAN xidmət avtobusları həftəiçi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Xızı, Beyləqan və Zəngilanda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.
Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“881” Çağrı Mərkəzi apreldə 20 minə yaxın zəngi cavablandırıb
Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.Bu barədə Citypost.az-a Ədliyyə Nazirliyindən bildirilib.Məlumata görə, Çağrı Mərkəzi iş vaxtı ərzində fasiləsiz olaraq Nazirliyin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərinin cavablandırılmasını və yönləndirilməsini həyata keçirir.Aprel ayı ərzində “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, notariat, qeydiyyat, penitensiar sahə, bələdiyyələrin fəaliyyəti, məhkəmə ekspertizası, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 19.912 müraciətdən 19.600-ü cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 91.51 faiz olub, habelə vətəndaş müraciətləri ilə bağlı orta xidmət müddəti 1 dəqiqə...
05 May 2026, 11:25
I sinfə qəbulla bağlı 30 alternativ qeydiyyat mərkəzi yaradılıb
2026-2027-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə 30 alternativ qeydiyyat mərkəzi fəaliyyətə başlayıb.Bu barədə Citypost.az xəbər verir ki, BŞTİ-dən məlumat verilib.Bildirilib ki, birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər."www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət etmək tövsiyə olunur.Təhsil müəssisələrindəki alternativ qeydiyyat mərkəzləri Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə...
05 May 2026, 10:54
FHN DSX-nin hərbi hissəsində təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsi “N” saylı hərbi hissədə birgə təlim keçirib.Nazirlikdən Citypost.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində keçirilən təlimə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.Bildirilib ki, təlimin keçirilməsində məqsəd hərbi hissənin şəxsi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı...
05 May 2026, 10:43
Tural İrfan: “Tarif Şurası” adının dəyişdirilməsini təklif edirəm
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Tural İrfan “Tarif Şurası” ilə bağlı sərt açıqlama verib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, şuranın adı onun funksiyasını düzgün ifadə etmir və qurumun mahiyyəti tənzimləmə yox, əsasən qiymətlərin artırılması ilə bağlı təsəvvür yaradır:“Hər bir şuranın, təşkilatın adı onun funksiyasını düzgün ifadə etməlidir. ‘Tarif Şurası’ adı bu şuranın mahiyyətinə uyğun deyil. Çünki belə şuralar yalnız qiymətqaldırma funksiyasını deyil, tənzimləmə funksiyasını icra etməlidir. Müəyyən qiymətləri qaldırdığı kimi, müəyyənini də endirməlidir. Amma bizim şura heç formal olaraq da nəyinsə qiymətini endirmir. Sözügedən şura tənzimləmək yox, qiymətləri qaldırmaqla məşğuldur. Heç görmüsünüzmü bu şura nəyinsə qiymətini endirsin?”Tural...
05 May 2026, 10:30
Nərgiz Şərifova müavin təyin olundu
Nərgiz Talıb qızı Şərifova Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, Nərgiz Şərifova 2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb. O, 1-ci dərəcə dövlət qulluqçusudur.
05 May 2026, 10:26
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ayın 14-dək ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların bu ayın 14-dək ödənilməsi nəzərdə tutulub.Citypost.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilib.Rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyalarının isə bu ayın 20-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
05 May 2026, 10:10