Məmməd Arazın həmyerlisi...
Söz adamı 05 May 2026, 10:17
2681
Əlabbas Bağırsoy- 69
Onunla Yardımlıda- yazıçı Aslan Quliyevin evində tanış olmuşuq. Doğrudur, sonradan yollarımız nadir hallarda kəsişib, amma haqqında topladığım məlumatlara, bir də təəssüratlarıma əsaslanıb onun obrazını yaratmağa özümdə güc tapacağıma inanıram. Axı, mayın 5-i növbəti ad gününü qeyd edəcək...
Bəli, bu dəfəki söhbəimin qəhrəmanı yazıçı, publisist, esseist Əlabbas Bağırsoydur. 1957-ci il may ayının 5-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Orta təhsilə həmin kənddə yiyələnib. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb.1978-ci ildə əmək fəaliyyətinə Şahbuz rayonunun Mahmudava kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi başlayıb. 1982-ci ildən sonra isə Bakı şəhər Tramvay-Trolleybus İdarəsinin yataqxanasında tərbiyəçi müəllim, Azərbaycan Dövlət Universitetinin nəşriyyatında korrektor, redaktor, dövri nəşrlər redaksiyasının müdiri, Evraziya Mətbuat Fondunda koordinator, Respublika Uşaq Təşkilatının orqanı "Arzu" qəzetində baş redaktor vəzifələrində işləyib. Sonradan Bakı şəhər metropolitenində mətbuat xidmətinin rəhbəri, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentində dövlət qulluqçusu kimi istehlakçıların və sahibkarların məlumatlandırılması bölməsinin müdiri və mətbuat xidmətinin rəhbəri vəzifələrində çalışıb. 2018-ci ildən Azərbaycan Dövlət Metrologiya İnstitutunun mətbuat xidmətinin rəhbəridir...
Yazıçı dostu Aslan Quliyev onu belə xarakterizə edir: “Əlabbas Məmməd Arazın yerlisidir. Düz, dürüst adamdır. Onu Azərbaycanda “Köhnə kişi” povesti məşhurlaşdırıb. Əslində özü də köhnə kişidir. Köhnə kişilər kimi dostluqda sadiq, duz-çörək qədri bilən, tanımadığı, bilmədiyi adamlardan belə yaxşılığını əsirgəməyən. Zamanında haqsızlıqlara çox məruz qalıb. Ədəbiyyatımızın incilərindən sayılan “Köhnə kişi” uzun müddət çap növbəsi gözləyib. Qarşısını kəsiblər, ağrılar, acılar, sıxıntılar yaşayıb. Amma heç vaxt ruhdan düşməyib, qələmə, sözə, yazıya sadiq qalıb. Gec də olsa yazıları işıq üzü görüb. “Qiyamçı” romanında xalqının faciələrindən ustalıqla söz açıb. Bu roman Milli Kitab Müsabiqəsinin xüsusi mükafatına layiq görülüb. Əsərdə Qarabağ hadisələrindən xeyli əvvəl tərk edilmiş ucqar sərhəd kəndində on il tək-tənha yaşayan, dağlar kimi qalın-qayım, sərt və inadkar Təbrizin – Ağ Gədiyin ramolunmaz bəbirinin başına gələn qəribə əhvalatlardan söhbət açılır. Real bədii zəmini olan yarımifik olaylar müəllifin xarabazara çevrilmiş Əyriqarın timsalında təsvir etdiyi kəndlərə söylədiyi ağıdı. Daha sonra “Qaraqovaq çölləri”, “Sonun başlanğıcı” roman və povestləri ilə ədəbiyyatımızda öz sözünü deyib. Bu gün də yazır və çap olunur...”
...Onun dünyaya gəldiyi gün həftənin 2-ci gününə- çərşənbə axşamına təsadüf edib. Çərşənbə axşamı doğulanlar məlumatı tez qavramaq qabiliyyəti ilə seçilirlər. Hər şeyi planlaşdırmağı və pulu məharətlə idarə etməyi bacarırlar. Ümumiyyətlə, bu insanların çoxu işdə çox uğurla inkişaf edir. Onların böyük yumor hissi, parlaq xarakterləri var...
İlk dəfə onun "Kişilik" adlı hekayəsi 1979-cu ildə "Ulduz" jurnalında işıq üzü görüb. Həmin dövrdən başlayaraq hekayə, povest və romanları müntəzəm olaraq mətbuatda çap olunur. Ötən əsrin 80-ci illərində daha bir neçə hekayəsi gün işığına çıxsa da, onun bir yazıçı kimi ədəbi uğuru daha çox Azərbaycan poetik nəsrinin ən gözəl örnəklərindən sayılan, lakin qələmə alındığı vaxtdan doqquz il sonra, 1989-cu ildə "Azərbaycan" jurnalında dərc edilən "Köhnə kişi" povesti ilə bağlıdır. Bu əsər onun yaradıcılıq pasportu olub. Bir sıra bədii əsərlərin müəllifidir. Haqında "Əlabbas: Sözün köhnə kişisi”, "Altmışıncı aşırım" kitabları və Türkiyədə "Temrin" adlı ədəbiyyat dərgisi dərc edilib...
Müsahibələrinin birində deyir:- “Söyləsəm ki, müstəqillik illərində ədəbiyyatımız üzərinə düşən missiyanı 100 faiz yerinə yetirib, yalan olar. Əslində heç bir missiya 100 faiz yerinə yetirilmir. İstənilən bir işdə məqsədə yalnız müəyyən qədər nail olmaqdan söhbət gedə bilər. Ədəbiyyatda da belədir. Xüsusilə hadisələrə obyektiv qiymət vermək baxımından böyük müddət tələb olunur. Amma həm də demək olmaz ki, əsrin sözügedən dörddə biri gədərki müddətdə ədəbiyyat dayanıb-durub, inkişaf eləmir. Şəxsən mənim də azərbaycanlı müəlliflərin imzasında oxumaq istədiyim əsərlər olub, təəssüf ki, oxuya bilməmişəm. Tapa bilməmişəm o əsərləri. Məsələn, Çingiz Aytmatov sağ olsaydı, istərdim görüm, ötən illərin mənzərəsini o necə yaradardı? O ranqlı yazıçılar Azərbaycanda da olub, hayıf ki, onların təqdimatında arzuladığım o əsəri oxuya bilmədim. Yaxud bizdə “Əcəl zəngi” niyə yaranmadı? Səbəb, doğrudanmı təkcə odur ki, bu cür movzularda qələm çalanların sayı hədsiz azdır? Ya o cür əsərlərin təbliğatı bizdə lazımi səviyyədə qurulmur? Bir həqiqət var ki, bizdə iki-üç nəfərdən savayı, qələm sahiblərinin heç biri müharibə üzü görməyib. Bəlkə də, “Əlvida silah” və “Əcəl zəngi” Heminqueyə ona görə dünya şöhrəti qazandırdı ki, o, od-alovunun içindən yad bir diyarda, İspaniyada müharibəni öz ayaqları ilə keçib getdi. Yaralandı, bir də qayıtdı. Robert Cordan kimi mükəmməl bir obraz yaradana qədər sanitar batalyonunda da olsa, sona qədər qalmağı bacardı. Bizdə isə istedadlı qələm dostumuz Nemət Veysəllidən başqa, bunu heç kim edə bilmədi. Söhbət Füzulidən düşmüşkən, Nemət elə orda, dədə-baba ocağında sılaha və qələmə sarılıb vuruşurdu. Yalnız təxəyyülün qüdrəti ilə şedevr yaratmaq olmaz. Yaxud Aqil Abbasın bir neçə əsəri də ona görə uğurlu alındı ki, az-çox o da göz şahidi olduqlarını ədəbiyyata gətirə bildi...”
Xülasə, mayın 5-i onun ad günüdür, bu dəfə 69 yaşı tamam olur. Mələklərin numerologiya sistemində 69 rəqəmi harmoniya, ilahi əlaqə, tarazlıq, mənəvi maariflənmə, yaradıcılıq və ehtiras simvolu hesab olunur. Həmçinin bolluq, uğur və xoşbəxtliyi təcəssüm etdirir. Əlabbas Bağırsoyu yeni yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram...
Elman Eldaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR
Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət, ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.Sabir Rüstəmxanlı əbədidir.Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım. Bir nəfər barəsində aparılan...
20 May 2026, 11:53
Fatimə Novruzova: “Yalan insanı öz həqiqətindən uzaqlaşdırır”
İnsan həyatda çox seçimlərlə qarşılaşır. Bu seçimlərdən ən önəmlilərindən biri isə doğru ilə yalan arasında edilən seçimdir. Bəzən bir söz insanın taleyini dəyişə, bir həqiqət münasibətləri qoruya, bir yalan isə illərlə qurulan etibarı məhv edə bilər. Müasir dövrdə insanlar çox zaman həqiqəti gizlətməyi çıxış yolu hesab etsələr də, dürüstlük hər zaman insanın mənəvi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri olaraq qalır. Mənim fikrimcə, yalan yalnız başqasını aldatmaq deyil, həm də insanın öz vicdanına qarşı etdiyi ən böyük haqsızlıqdır. Məhz buna görə “Yalan mənim üçün nədir?” sualı mənim daxili dünyamda xüsusi məna daşıyır.Citypost.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin...
19 May 2026, 10:21
O, rəhbər olmaq üçün doğulub... Elman Eldaroğlu yazır...
"Yardımlı Xeyriyyə Cəmiyyəti"nə rəhbərlik etdiyim vaxtlarda Yardımlı rayon Mərkəzi Xəstəxanasında çox olmuşam. Həmin vaxtlar hər il ramazan bayramında oraya həkim briqadaları apararaq cərrahiyyə əməliyyatlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla yerli sakinin təmənasız şəfa tapmasında vasitəçi olmuşam. Onda mərkəzi xəstəxananın baş həkimi, hörmətli eloğlum Rasim Əkbərov, direktoru isə Mir Əbülfəz ağa idi. Haqqında söhbət açmaq istədiyim Ravil Qənbərov ilə isə tanışlığım olmayıb. Buna baxmayaraq, 2025-ci ildə Yardımlı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ravil bəy haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, mayın 14-ü Ravil Qənbərovun ad günüdür. Gənclərə diqqət göstərmək biz yaşlı nəslin borcudur...Ravil bəy 1988-ci ilin may ayına düşən şənbə...
14 May 2026, 08:56
Ağrı və iradənin dialoqu. Şəmsi Qoca yazır...
Gecənin ən qatı sükutunda, saatın əqrəbləri "üç"ün üzərində donub qalanda, otağın küncündə iki kölgə üz-üzə gəldi. Biri ağır, boğucu və amansız idi – Ağrı. Digəri isə yorğun, amma gözlərində sönməz bir atəş daşıyan İradə.Ağrı qəddar bir gülümsəmə ilə pıçıldadı:— "Hələ də yorulmadınmı? Artıq bir il yarımdır ki, mən sənin bədənində hər hüceyrəyə bir zəncir vurmuşam. Gecələrini yuxusuzluğa, gündüzlərini isə mənə məhkum etmişəm. Niyə hələ də o qələmi əlindən yerə qoymursan? Görürsən ki, mən hər gün bir az daha böyüyürəm, sən isə hər gün bir az daha kiçilirsən."İradə sakit, amma sarsılmaz bir səslə cavab verdi:— "Sən mənim bədənimi zəncirləyə bilərsən, amma...
11 May 2026, 12:29
Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər ? Zaur Əliyev yazır...
Bülbül – Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Şuşada anadan olmuşdur. 1914-cü ildə Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında böyük rol oynayır. O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun “Seyfəlmülk ” adlı opera tamaşasında çıxış edir. Murtuza Məmmədov "Bülbül" adını Gəncədə alıb. Cavad Xanın nəvəsi Şirinbəyim xanım Ziydxanlı o adı verib.1920-ci ildə 28 mayı Gəncədə böyük coşğu ilə keçirildiyi zaman orda mahnı ifa edir. Belində silahla Bülbül Azərbaycan himnin ifa edir. Qeyd edim ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə, Bülbül onları "Azərbaycan marşı" və milli mahnılarla qarşılayan şəxslərdən biri idi. Rusların Gəncəni bombalaması,...
11 May 2026, 12:07
Əhmədağa Muğanlınin 100 illiyi: “İllər keçəcək, onu filmləri yaşadacaq”
Bu gün Əhmədağa Muğanlının 100 illiyidir…“Kaş oğlu Araz Qurbanov atasının 100 illiyi ilə bağlı hər hansı bir tədbir keçirib, oxucularını dəvət edəydi. Heç olmazsa, mərasim evlərinin birində ehsan süfrəsi açıb, Əhmədağasevərləri bir araya gətirəydi…”XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun, Əhmədağa Muğanlının və s. yazarlarımızın adlarını çəkə bilərik...Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin...
11 May 2026, 11:50