Bizə yazın

Baku

-°C

USD

-

Hər çürük dişdə sinir çıxarılmır  - Həkim RƏYİ

Tibb 05 May 2026, 10:57

322

Stomatoloji praktikada tez-tez rast gəlinən suallardan biri diş müalicəsi zamanı sinirin (pulpanın) çıxarılıb-çıxarılmaması ilə bağlıdır. Qeyd etmək vacibdir ki, hər çürük dişdə sinirin götürülməsi tələb olunmur.

Citypost.az-ın məlumatına görə, əgər diş pulpası sağlamdırsa və iltihab əlamətləri yoxdursa, bu zaman yalnız kariyes toxuması təmizlənir və diş plombla bərpa edilir.

 Bu yanaşma həm dişin canlılığını qoruyur, həm də uzunmüddətli funksional nəticə verir.

Lakin pulpa zədələnmiş, infeksiyalaşmış və ya iltihab prosesi başlamışdırsa, artıq konservativ müalicə kifayət etmir. Belə hallarda endodontik müalicə aparılır, yəni dişin siniri çıxarılır və kök kanalları xüsusi üsullarla işlənərək doldurulur.

Nəticə etibarilə, qərar hər bir pasiyent üzrə fərdi olaraq klinik müayinə və diaqnostik nəticələr əsasında verilməlidir. Əsas məqsəd mümkün olduğu qədər dişin təbii quruluşunu və canlılığını qorumaqdır.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hamilə qala bilməyən qadın nə vaxt həkimə müraciət etməlidir?  

Mütəxəssislərin fikrincə, ailə qurduqdan sonra müntəzəm qorunmasız cinsi həyat olmasına baxmayaraq 1 il ərzində hamiləlik baş vermirsə, qadın mütləq həkimə müraciət etməlidir. 35 yaşdan yuxarı qadınlarda isə bu müddət daha qısadır – əgər 6 ay ərzində hamiləlik baş vermirsə, gecikmədən müayinəyə başlamaq tövsiyə olunur.Citypost.az xəbər verir ki, həkimlər bildirir ki, bəzi hallarda daha erkən müraciət də vacibdir. Əgər menstrual sikldə pozğunluqlar, gecikmələr, qeyri-adi qanaxmalar, güclü ağrılar və ya qarının aşağı hissəsində kəskin sancılar müşahidə olunursa, bu hallar vaxt itirmədən araşdırılmalıdır. Belə əlamətlər endometrioz və ya adenomioz kimi xəstəliklərin göstəricisi ola bilər və gələcəkdə sonsuzluq riskini artırır.Erkən diaqnoz və düzgün müalicə...

04 May 2026, 14:40

Hamilə qadın diş çəkdirə bilərmi? – Stomatoloqdan açıqlama  

Hamiləlik dövründə diş problemləri yarandıqda bir çox qadını düşündürən əsas suallardan biri dişin çəkdirilib-çəkdirilə bilməməsidir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, zəruri hallarda hamilə qadınlara diş çəkilişi aparıla bilər.stomatologiya sahəsində çalışan həkimlər bildirir ki, qərar hər bir halda fərdi şəkildə, diaqnoz əsasında verilir. Əgər dişin saxlanılması mümkün deyilsə və iltihab, infeksiya və ya güclü ağrı varsa, dişin çəkilməsi həm ana, həm də döl üçün daha təhlükəsiz hesab oluna bilər.Bu proses zamanı istifadə olunan analgetiklər və keyitmə vasitələri hamiləlik dövrünə uyğun seçilir. Yəni adi hallardan fərqli olaraq, dərmanların növü və dozası xüsusi diqqətlə müəyyən edilir.Həkimlər xüsusilə vurğulayır ki, belə müdaxilələr yalnız...

04 May 2026, 10:39

Qaraciyər fibrozu nədir və geri dönə bilərmi?  

Qaraciyər fibrozu qaraciyər fibrozu qaraciyərin normal, yumşaq və elastik toxumasının uzunmüddətli zədələnmə nəticəsində birləşdirici toxuma ilə əvəz olunmasıdır. Bu proses adətən xroniki iltihab və davamlı xəstəliklər fonunda baş verir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, fibroz mərhələli şəkildə inkişaf edir və 4-cü mərhələ (F4) artıq qaraciyər sirrozu-na keçid mərhələsi hesab olunur. Bu mərhələdə qaraciyərin funksiyası ciddi şəkildə pozula bilər.Xəstəliyin yaranma səbəbləri müxtəlifdir. Ən çox rast gəlinən səbəblər arasında hepatit B və hepatit C kimi virus mənşəli hepatitlər yer alır. Bundan əlavə, qaraciyər yağlanması, şəkərli diabet, metabolik pozuntular və uzun müddət bəzi dərmanların qəbulu da fibroz riskini artırır.Sevindirici məqam isə odur...

01 May 2026, 11:45

Gec diaqnoz qoyulan nevroloji xəstəlik: diqqət edilməli əlamətlər  

Nadir rast gəlinən və əksər hallarda gec diaqnoz qoyulan nevroloji xəstəliklərdən biri Myasthenia gravis-dir. Bu xəstəlik sinir və əzələ arasındakı əlaqəni pozaraq orqanizmdə getdikcə artan zəifliyə səbəb olur.Citypost.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, gün ərzində artan halsızlıq və tez yorulma bu xəstəliyin əsas xüsusiyyətlərindəndir. Xüsusilə göz qapağının aşağı düşməsi, iki görmə, pilləkən qalxarkən çətinlik, səsin zəifləməsi və qida udarkən yaranan problemlər diqqət tələb edən əlamətlər sırasındadır. Bu simptomlar adətən fiziki aktivlikdən sonra daha da güclənir.Xəstəlik otoimmun xarakter daşıyır, yəni immun sistemi səhvən öz orqanizminə qarşı reaksiya verir və sinir-əzələ ötürülməsini zəiflədir. Buna baxmayaraq, müasir tibbdə tətbiq olunan müalicə üsulları...

01 May 2026, 08:46

Analiz vermədən qəbul oluna bilən vitaminlər hansılardır? 

Bəzi hallarda insanlar vitamin qəbul etmək istəsələr də, əvvəlcədən laborator analiz verməyə üstünlük vermirlər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, bu zaman nisbətən təhlükəsiz hesab edilən və geniş istifadə olunan bəzi vitamin və minerallar mövcuddur, lakin yenə də dozaya diqqət vacibdir.Ən çox tövsiyə olunanlardan biri Vitamin D-dir. Adətən gündə 1000–2000 IU aralığında qəbul edilən bu vitamin sümüklərin sağlamlığına, dərinin və saçların vəziyyətinə müsbət təsir göstərir.Eyni zamanda immun sistemin dəstəklənməsində və hormonal balansda rol oynayan vacib bir prohormon kimi çıxış edir.Digər mühüm əlavələrdən biri Omega-3 yağ turşuları-dır. Balıq məhsullarını az qəbul edən insanlarda Omega-3 ürək-damar sağlamlığını dəstəkləyir, beyin funksiyalarına müsbət təsir göstərir və...

30 Aprel 2026, 14:00

Əlləri tez-tez yumaq həmişə faydalıdırmı?  

Əllərin yuyulması gigiyena və infeksiyalardan qorunma baxımından ən vacib vərdişlərdən biridir.Citypost.az xəbər verir ki, gündəlik həyatımızda əllərimiz çoxsaylı səthlərlə təmasda olur və bu zaman müxtəlif bakteriya və viruslar dəriyə keçə bilir. Xüsusilə yeməkdən əvvəl, tualetdən sonra, ictimai yerlərdən gəldikdə və xəstə insanlarla təmasdan sonra əllərin yuyulması infeksiyaların qarşısını almaqda mühüm rol oynayır.Lakin bu faydalı vərdişin həddindən artıq tətbiqi də müəyyən problemlərə səbəb ola bilər. Əlləri çox tez-tez və ya düzgün olmayan vasitələrlə yumaq dərinin təbii qoruyucu qatını zəiflədir. Nəticədə dəri quruyur, çatlayır və qıcıqlanma yaranır. Bu zaman dəri daha həssas olur və əksinə, mikrobların daxil olması üçün daha əlverişli mühit...

30 Aprel 2026, 08:52