Bizə yazın

Baku

-°C

USD

-

Nadir Azəri: Avropa Parlamentinin “qətnaməsi” bütövlükdə Cənubi Qafqazda sabitliyə qarşı atılmış addımıdr  

Siyasət 05 May 2026, 09:58

4933

“Bu, danılmaz bir həqiqətdir ki, bəzi Qərb dairələri, o cümlədən Avropa Parlamenti zaman-zaman Azərbaycana qarşı məkrli və iyrənc addımlar atıb. Bu çirkin siyasət bu gün də davam edir”. 

Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib. 

Onun sözlərinə görə, Avropa Parlamentinin 30 aprel tarixində qəbul etdiyi “qətnamə” də məhz bu xəttin növbəti təzahürü, növbəti iyrənc siyasi gedişdir: “Həmin sənəddə əks olunan iddiaların heç birinin əsası yoxdur və bu, tamamilə açıq-aydın görünür. Azərbaycan torpaqları 30 il işğal altında olarkən bu işğala qarşı kar, kor və lal olan Avropa Parlamentinin həmin ünsürləri nə Xocalı faciəsi, nə də xalqımıza qarşı törədilən digər qətliamlarla bağlı bir kəlmə belə demədi. Bu gün isə utanmazcasına saxta qətnamələr qəbul edir, ölkəmizin ərazisinə qanunsuz daxil olmuş terrorçuları “siyasi məhbus” kimi dünyaya sırımağa çalışırlar. Bu, tamamilə qəbuledilməzdir”.

Nadir Azərinin fikrincə, bu “qətnamə” əslində təkcə Azərbaycana qarşı deyil: “Bu, birinci növbədə Avropanın özünə, ikinci növbədə Ermənistana, üçüncü növbədə isə bütövlükdə Cənubi Qafqaza qarşı yönəlmiş bir kağız parçasıdır. Ötən il Ağ Evdə Donald Trampın vasitəçiliyi ilə Ermənistan–Azərbaycan sülh sazişinin paraflanmasından sonra regionda mühüm irəliləyişlər əldə olunub və hazırda Ermənistan rəhbərliyi də sülh müqaviləsinin imzalanmasında maraqlı görünür. Belə bir məqamda Avropa Parlamentinin bu addımı açıq şəkildə Cənubi Qafqaza daimi sülhün gəlməsinə mane olmaq cəhdidir”.

Nadir Azəri bildirib ki, bu cür addımlar eyni zamanda Ermənistanda yenidən işğalçılıq meyillərini alovlandırmağa, regionda təsir imkanlarını itirən bəzi qlobal aktorların yenidən səhnəyə qayıtmasına və bölgəyə nəzarəti ələ keçirməsinə xidmət edir. “Görünən odur ki, Avropa Parlamentində bu cür qərarlara səs verənlər Avropanın deyil, məhz həmin bəlli güclərin maraqlarına işləyirlər”, – deyə o vurğulayıb.

N.Azəri xatırladıb ki, mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Avropa Parlamentinin sülh əleyhinə mövqeyini açıq şəkildə ifşa edib və bu cür addımların əsl mahiyyətini detalları ilə ortaya qoyub: “Prezident vurğulayıb ki, Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə, açıq şəkildə sabotajla məşğul olur və son beş ildə Azərbaycan əleyhinə yalan və təhqirlərlə dolu 14 qətnamə qəbul edib. Dövlət başçısı bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edərək beynəlxalq hüququ özü təmin etdiyi halda, bəzi Avropa qurumlarının ikili standartlara əsaslanan bu mövqeyi tamamilə qəbuledilməzdir və siyasi riyakarlığın bariz nümunəsidir. O, eyni zamanda Azərbaycanın bütün təzyiqlərə baxmayaraq sülh gündəliyinə sadiq qaldığını və regionda sabitliyin təmininə xidmət etdiyini xüsusi olaraq vurğulayıb”.

N.Azəri sonda bildirib ki, bütün bu xarici təsir və sifarişlərə baxmayaraq, Azərbaycan öz yolundan dönən deyil: “Azərbaycanın yaratdığı reallıqlar Cənubi Qafqazın sabahına xidmət edir. Ölkəmiz sülh siyasətinə sadiq qalmaqla yanaşı, ona qarşı yönəlmiş bütün xəyanətləri dəf etməyə qadirdir və bunu qətiyyətlə edəcək.”

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vüqar Rəhimzadə: Bakı qlobal şəhərsalma mərkəzinə çevriləcək

Azərbaycan COP29 tədbirindən sonra iştirakçılarının sayına görə ikinci böyük və qlobal əhəmiyyətə malik tədbirə ev sahibliyi edəcək. Artıq hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Paytaxt Bakımız 180 ölkədən 32 mindən çox iştirakçını bir araya gətirib “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyinə hazırdır.Dövlət başçısı İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək tədbirlə bağlı görülən işlərlə tanış oldu. Qeyd olundu ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas...

15 May 2026, 17:44

İlham Əliyev: Qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır.

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir.APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.“Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək”, - dövlət başçısı qeyd edib.

15 May 2026, 15:39

Zaur İbrahimli: ABŞ və Çin dünyanı bölə bilmədi

ABŞ və Çin arasında keçirilən Pekin danışıqları tərəflər arasında ciddi razılaşma ilə nəticələnməyib. Görünən odur ki, Çin istədiklərini əldə edə bilmədiyi üçün tərəflər arasında rəqabət daha da güclənəcək.Citypost.az xəbər verir ki, bu fikirləri politoloq Zaur İbrahimli sosial şəbəkə hesabında paylaşdığı qısa açıqlamada bildirib.Politoloqun sözlərinə görə, ABŞ və Çin bundan sonra bir-birini birbaşa hərbi əməliyyatlara keçmədən geosiyasi, iqtisadi və strateji müstəvidə üstələməyə çalışacaqlar.“Pekin Tayvansız dünyanı bölmək istəmir”, – deyə Z.İbrahimli vurğulayıb.Ekspert hesab edir ki, Pekin görüşləri iki ölkə arasında münasibətlərin yumşalmasına deyil, daha sərt rəqabət mərhələsinə keçidə səbəb olacaq.Əli...

15 May 2026, 10:30

M.Əsədullazadə: Çin özünü daha güclü göstərir

ABŞ Prezidenti Donald Trampın Çinə iki günlük səfəri və aparılan danışıqlar ümumilikdə müsbət istiqamətdə davam edir. Tərəflər arasında əsas fikir ayrılığı isə Tayvan məsələsində qalır. ABŞ-ın Tayvanla bağlı Çinə ciddi güzəştlərə gedəcəyi gözlənilmir. Çin sədri Si Sinpinqin Tayvan məsələsində Donald Trampa açıq etiraz və xəbərdarlıq etməsi regionda yeni eskalasiya ehtimalını artırır.Citypost.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.O qeyd edib ki, Çin Tayvana qarşı dəniz blokadası tətbiq edə bilər. Bununla yanaşı, Vaşinqton və Pekin əsasən iqtisadi və ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm razılaşmalar əldə etməyə çalışırlar.Ekspertin sözlərinə...

15 May 2026, 10:12

Sabiq deputat: Fransa Türkiyəyə qarşı təxribat hazırlayır

Fransa son dövrlər Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələrdə təkcə diplomatik deyil, həm də praktiki fəallığını artırır. Ermənistan və yunan Kipri ilə strateji müttəfiqlik, hərbi əməkdaşlıq haqqında sazişlərin bağlanması, həmçinin Cənubi Kiprdə “humanitar missiyalar” adı altında Fransa hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı yeni sazişin imzalanmasına hazırlıq bunu bir daha təsdiqləyir.Citypost.az xəbər verir ki, bu fikirləri sabiq deputat, siyasətçi Qulamhüseyn Əlibəyli sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.Onun sözlərinə görə, bu sazişlərin əsas məqsədi Fransanın Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələri hərbi baxımdan öz təsir dairəsinə salmaq, eyni zamanda Türkiyənin ətrafında geosiyasi “çəmbəri daraltmaqdır”.Q.Əlibəyli qeyd edib ki, Türkiyənin Cənubi Qafqazda söz sahibi...

15 May 2026, 10:04

Politoloq: ABŞ–Çin görüşü yeni riskləri ortaya çıxardı

Amerika–Çin görüşünün maraqlı detalları gün üzünə çıxmağa davam edir:Pekində 14–15 may tarixlərində keçirilən görüşlər xeyli yaddaqalan olub.Nəzərə alsaq ki, bu, Donald Trumpın 2017-ci ildən sonra Çinə ilk rəsmi səfəri və Xi Jinping ilə ilk böyük görüşü idi. Rəsmi açıqlamalarda “stabil münasibətlər”, “əməkdaşlıq” və “dostluq” vurğulansa da, pərdəarxasında tam fərqli mənzərə yaşanıb. New York Post və Daily Beast-in  məlumatlarına görə, görüşlər zamanı ciddi xaos, təhlükəsizlik qalmaqalları və protokol böhranları baş verib. İkitərəfli görüş başlamazdan əvvəl çinli jurnalistlərin böyük qrupu qəfil şəkildə zala daxil olub. Qarışıqlıq zamanı Ağ Evin öncədən gəlmiş komandasından olan qadın əməkdaş yerə yıxılıb və insanların ayaqları altında qalıb. ABŞ...

15 May 2026, 09:27