Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Cəmiyyət 05 May 2026, 12:05
345
İnnovasiya fəaliyyəti üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 272-yə çatıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Citypost.az bildirilib ki, agentliyə KOB subyektlərindən “Startap” şəhadətnaməsinin verilməsi üçün daha 13 müraciət daxil olub. Müraciətlərə “Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 9-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib.
“Startap” şəhadətnamələri “Yumo Technology” MMC-nin avtoservis və avtomobilə qulluq xidmətləri üçün marketpleys, “Myad Solutions” MMC-nin “Admein.az” layihəsi (taksilərdə interaktiv reklam platforması), “Mergen Aİ” MMC-nin “HAL-X” ixtisaslaşdırılmış süni intellekt modeli, “AD Libitum Solutions” MMC-nin parkinq və buraxılış-nəzarət sistemləri üçün proqram təminatı, “Baysart” MMC-nin “Süni İntellektlə İncəsənət” platforması, “Tanz Technologies” MMC-nin süni intellekt əsaslı müştərilər üçün vahid kommunikasiya (“Omnichannel”) platforması, “İnnovation Media Services” MMC-nin “İnnMedia” layihəsi (media qurumları üçün agent əsaslı süni intellekt həlli), “Devlab” MMC-nin süni intellekt əsaslı kadr seçimi və inkişaf platforması, fiziki şəxs Arif Həsənovun süni intellekt əsaslı əmlak alqı-satqı platforması layihələri üçün təqdim edilib.
Həmçinin oxuyun
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mağazadan 12500 manatlıq qızıl oğurlanıb
Neftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanılıb.Citypost.az-a DİN-ə istinadən xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.Araşdırmalar zamanı adıçəkilən şəxsin qohumuna məxsus mağazadan 12500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
05 May 2026, 12:53
Dini ekstremist materiallar yaymaqda ittiham edilən şəxsə hökm oxunub
Dini ekstremist materialların hazırlanması, saxlanılması və yayılması, habelə dini nifrət və düşmənçiliyin salınmasında təqsirləndirilən Sayadov Orxan Fazil oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.APA xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.İttihama görə, Orxan Sayadov barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) və 283.1-1-ci (dini nifrət və düşmənçiliyin salınması dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddələri ilə ittiham irəli...
05 May 2026, 12:46
Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.Azərbaycanın rayonlarında gözlənilən havaAzərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda...
05 May 2026, 12:41
Sumqayıtda "Heydər Əliyev xatirələrdə" adlı tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib.Citypost.az xəbər ki, tədbirdə Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin, Sumqayıt Regional Mərkəzinin və FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Əvvəlcə, Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə veloyürüş keçirilib. Heydər Əliyev Mərkəzinin qarşısından start götürən veloyürüş Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin önündə başa çatıb.Sonra tədbir iştirakçıları Mərkəzin inzibati binasında Ulu Öndərin büstünün önünə gül...
05 May 2026, 12:32
Mətbuat Şurası medianı müsahiblərə həssas yanaşmağa çağırıb
"Media orqanları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər. Əlbəttə, bu onların müstəsna hüququdur və heç şübhəsiz, geniş izləyici və oxucu auditoriyası toplamağa hesablanıb. Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur. Narazılıq, xüsusən, həmin hissələrin sosial şəbəkələrdə paylaşılması zamanı meydana çıxır".Citypost.az xəbər verir ki, bu, Azərbaycan Mətbuat Şurasının yaydığı məlumatda əksini tapıb.Qeyd olunub ki, sosial şəbəkə istifadəçiləri münasibətlərini, bir qayda olaraq, müsahiblərin yanaşmalarına, onların haqqında söz açdıqları məsələ ilə bağlı söylədikləri digər fikirlərə diqqət yetirmədən, yaxud yalnız irəliyə çıxarılmış sərlövhəyə köklənərək bildirirlər:"Təcrübə göstərir ki, adətən belə durumlarda əsl mahiyyət kənarda...
05 May 2026, 12:24
Naxçıvanda məktəblərə yeni direktor təyinatları aparılıb
Naxçıvanda şagird sayı 500-dən artıq olan məktəblərə yeni direktor təyinatları aparılıb"Report"un yerli bürosu xəbər verir ki, ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin nəticələrinə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən artıq olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə yeni təyinatlar həyata keçirilib.Müsabiqənin müsahibə mərhələsi çərçivəsində 4 vakant vəzifə üzrə ümumilikdə 11 namizəd müraciəti qeydə alınıb.Müsabiqənin seçim mərhələsi başa çatdıqdan sonra ardıcıllıq gözlənilməklə müsahibə mərhələsinə dəvət olunmuş 6 nəfər iştirak hüququ qazanıb.Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, təşkilatçılıq və idarəçilik, ünsiyyət və əməkdaşlıq, problemlərin həlli və qərarvermə, eləcə də rəqəmsal, texnoloji, sosial və...
05 May 2026, 12:11