Bizə yazın

Baku

-°C

USD

-

Tural İrfan: Həkimə əl qaldırmaq insanlığa zərbədir

Cəmiyyət 07 May 2026, 08:11

6696

Həkimi tənqid etmək, məhkəməyə vermək, ondan şikayət etmək olar. Mən də rüşvətə meyl edən, səhlənkarlıq göstərənləri arada tənqid edirəm. Amma həkimi döymək, öldürmək, söymək, aşağılamaq əsla olmaz. Hətta müharibələrdə belə səhiyyə, tibb işçilərinə toxunulmur. Həkimlik müqəddəs peşədir. "Həkim" ərəbcə hikmətli, hikmət sahibi deməkdir. Allahın bir adı da Həkimdir. Qədimdə ensiklopedik biliyə, sirli məsələlərə vaqif olan şəxslərə həkim deyirdilər.

Hippokrata müsəlman şərqində Büroqrat Həkim, İbn Sinaya Qərbdə Avicenna deyiblər. İbn Rüşd də Avropada Averroes olaraq həkim kimi tanınıb, əsərləri uzun müddət tədris olunub. Bu şəxslərə zamanında və hətta indiki dövrdə ikinci peyğəmbər kimi baxırlar. Çünki Allah hər adama, hər oxuyana hikmət vermir. Hikmət, yəni həkimlik ilahi vergidir. Quranda Allah Loğmana hikmət verdiyini qeyd edir. 

İnsan həm fiziki həm də ruhani olaraq çox mürəkkəb yaradılmış varlıqdır. Onda həm mələklərə, həm də heyvanlara məxsus özəlliklər var. Onun mənəviyyatı, ruhani aləmi kimi fiziki aləmi də mürəkkəbdir. İmam Əli deyirdi ki, insan əslində kainatın kiçik nümunəsidir. Yəni, onun varlığını, hüceyrələrini, fəaliyyət sxemini böyütsək kainatın xüsusiyyətlərinin şəklini görəcəyik. Belə bir mürəkkəb canlının fiziki, (bəzən həm də ruhani!) aləmini öyrənən, onun cisminin normal fəaliyyətini nizama sala bilən, xəstəliyinə çarə tapan, əlac edən, bir çox hallarda da onu ölümün cəngindən xilas edən məhz həkimlərdir.

Oxusa, təhsil alsa belə çox adama bu sənətlə məşğul olmaq nəsib olmur. İşin ixtiyar tərəfi ilə yanaşı ilahi təqdir tərəfi də var. Dərdi verən Allah dəvanı da verir. Xəstələndirən Allah həkimi də yaradıb ki, insan zəif olduğunu, lakin hikmət sayəsində xilas ola biləcəyini bir daha dərk etsin. 

Həkimlər heç də təsadüfən ağ geyinmirlər. Düzdür bunun tibbi tələbatla əlaqəsi var. Lakin mənəvi, hikmət tərəfi də var. Həmişə mələklər ağ paltarda təsvir və təsəvvür olunur... İnsanlığı kamil olan həkim elə mələk kimidir. Çünki onun missiyası yalnız xilas etməkdir.

Adicə bir kondisioner ustasını, maşın ustasını hamı qəsəbədə, kənddə necə hörmətlə qəbul edir. Çünki gərəkli cihazın təmirçisidir, bərpa edənidir. Həkim isə bütün xilqətin əşrəfi olan insanın təmirçisi, çox zaman xilaskarıdır. Odur ki, həkimlərə hər zaman ehtiram göstərilməlidir. Səni xilas edə bilməsə də başqalarının xilaskarıdır...

Tural İrfan

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

FHN intensiv yağışlarla bağlı tədbirlər həyata keçirir 

Xəbər verildiyi kimi, ötən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında intensiv yağışlar yağıb, düşən yağıntının miqdarı 103 mm qeydə alınıb ki, bu da aylıq normanın 523 %-ni təşkil edir.FHN Mətbuat xidmətindən  verilən məlumata görə, bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində, Sumqayıt şəhəri və Abşeron rayonunda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.İşlər bir sıra istiqamətlərdə...

17 May 2026, 18:35

Sabah 27 dərəcə isti olacaq - PROQNOZ 

Bakıda və Abşeron yarımadasında mayın 18-də fasilələrlə yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16°, bəzi...

17 May 2026, 14:10

Yağışlarla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti intensiv iş rejimindədir 

Bakıda müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə üstələyən yağıntının kollektorlar tərəfindən kənarlaşdırılması gecikmələr müşahidə edilir.Nəticədə , bəzi ərazilərdə su yığılması halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir....

17 May 2026, 13:36

İlham Əliyev Tokayevi doğum günü münasibətilə təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Dövlət başçısı Prezident Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına daim rifah və tərəqqi arzulayıb.Qazaxıstan Prezidenti göstərilən diqqətə və səmimi təbriklərə görə minnətdarlığını bildirib.Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Dövlət başçıları, həmçinin mayın 15-də qədim Türküstan şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü məmnunluqla xatırlayıb, həmin tədbirin Türk dünyasında həmrəyliyin və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından önəmini...

17 May 2026, 12:00

İlham Əliyev Keniya Prezidentini ilə görüşüb 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Keniyanın Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.CityPost.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

17 May 2026, 10:43

Zimbabvenin Vitse-prezidenti WUF13-də iştirak üçün Azərbaycana gəlib 

Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.CityPost.az  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

17 May 2026, 10:10