Pərvanə Vəliyeva: Azərbaycan–İtaliya strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir
Siyasət 06 May 2026, 15:22
1651
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri xanım Ciorcia Meloni arasında Bakıda keçirilmiş görüş Azərbaycan–İtaliya münasibətlərinin mahiyyətini, prioritet istiqamətlərini və regional kontekstdə əhəmiyyətini əhatə edən geniş və rəsmi xarakterli bir tədbir idi.
Görüş sonrası Ölkə Başçısı cənab İlham Əliyev bəyənatla çıxış edərək, Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olmasını və bu faktın hələ 2014 və 2020-ci illərdə imzalanmış müvafiq sənədlərlə təsbit olunduğunu vurğulamışdır. Bu sənədlər formal xarakter daşımır, əksinə, real əməkdaşlıqla müşayiət olunur. İki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir və qarşılıqlı etimad və dostluq münasibətləri möhkəmlənməkdədir.
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və bu əməkdaşlıq davamlı şəkildə genişlənir. İki ölkə arasında münasibətlərin inkişafı nəticəsində ticarət dövriyyəsi milyardlarla dollar səviyyəsinə çatmışdır. Azərbaycan İtaliyanın enerji təminatında mühüm rol oynayır, həmçinin İtaliya bazarı Azərbaycan ixracı üçün əsas istiqamətlərdən biri hesab olunur. Bu müsbət hallar, ölkələrarası iqtisadi münasibətlərin strateji xarakter daşımasının göstəricisidir.
Azərbaycan və İtaliyanın enerji sahəsində əməkdaşlığı da xüsusi nəzərə çarpan səviyyədə inkişaf etmişdir. Belə ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır və İtaliya bu əməkdaşlıqda əsas giriş nöqtələrindən biridir. Həmçinin enerji layihələri (xüsusilə qaz ixracı) iki ölkəni daha da yaxınlaşdırır. Bu kontekstdə Azərbaycan Avropa ilə Asiya arasında enerji körpüsü rolunu oynayır və Etibarlı təchizatçı kimi mövqeyini gücləndirir.
Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Belə ki, İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Ötən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur.
Məlumdur ki, dünyada artan qeyri-sabitlik fonunda etibarlı tərəfdaşlıqlar daha da önəmli olur. Azərbaycan–İtaliya əlaqələri belə sabit və etibarlı münasibətlərə nümunədir. Bu, xüsusilə, yaxın Şərq və regiondakı gərginliklər və Avropanın enerji təhlükəsizliyi məsələləri ilə əlaqəlidir.
Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
İtaliya Respublikası Nazirlər Şurasının sədri xanım Ciorcia Meloninin Azərbaycana səfəri ölkələrimizin münasibətlərin dərinliyini nümayiş etdirməklə yanaşı, strateji əməkdaşlığın inkişafına yeni impuls verəcəkdir. Bu səfərin əsas perspektivləri isə ölkələrarası enerji və nəqliyyat layihələrinin genişləndirilməsi, infrastruktur və investisiya sahəsində əməkdaşlığın yüksəlməsi, regional sabitlik və təhlükəsizlik məsələlərində koordinasiyanın güclənməsi və humanitar və mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəkdir.
Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar.
Azərbaycan–İtaliya münasibətləri yalnız ikitərəfli deyil, Avropa miqyasında strateji əhəmiyyət daşıyır, eyni zamanda əməkdaşlığın mərkəzində enerji, iqtisadiyyat və geosiyasi sabitlik dayanır. Bu səfər həm də iki ölkə arasında tərəfdaşlığın yeni mərhələyə keçdiyini təsdiqləyir
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fərid Əkbərli: “Bakıda keçirilən forum ölkənin nüfuzunu göstərir”
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Bakıda keçirilir. Dünyada ən mühüm urbanizasiya platformalarından biri sayılan bu forum, şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələrə ev sahibliyi edir. Tədbir Azərbaycanın beynəlxalq ictimaiyyətlə inteqrasiyasının növbəti təzahürü kimi dəyərləndirilir.Naxçıvandan olan mədəniyyət işçisi və ictimai fəal Fərid Əkbərli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.Oxu24.com-a açıqlama verən Fərid Əkbərlinin sözlərinə görə, belə beynəlxalq tədbirlərin Bakıda təşkil olunması ölkənin beynəlxalq arenada mövqeyinin və nüfuzunun bariz göstəricisidir.İctimai fəal vurğulayıb ki, forum çərçivəsində şəhərlərin inkişafı, dayanıqlı yaşayış, urbanizasiya və ictimai iştirakçılıq kimi mühüm mövzular müzakirəyə çıxarılır. Onun fikrincə, bu cür beynəlxalq platformalar müxtəlif ölkələrdən...
17 May 2026, 19:34
Vüqar Rəhimzadə: Bakı qlobal şəhərsalma mərkəzinə çevriləcək
Azərbaycan COP29 tədbirindən sonra iştirakçılarının sayına görə ikinci böyük və qlobal əhəmiyyətə malik tədbirə ev sahibliyi edəcək. Artıq hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Paytaxt Bakımız 180 ölkədən 32 mindən çox iştirakçını bir araya gətirib “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyinə hazırdır.Dövlət başçısı İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək tədbirlə bağlı görülən işlərlə tanış oldu. Qeyd olundu ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas...
15 May 2026, 17:44
İlham Əliyev: Qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır.
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir.APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.“Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək”, - dövlət başçısı qeyd edib.
15 May 2026, 15:39
Zaur İbrahimli: ABŞ və Çin dünyanı bölə bilmədi
ABŞ və Çin arasında keçirilən Pekin danışıqları tərəflər arasında ciddi razılaşma ilə nəticələnməyib. Görünən odur ki, Çin istədiklərini əldə edə bilmədiyi üçün tərəflər arasında rəqabət daha da güclənəcək.Citypost.az xəbər verir ki, bu fikirləri politoloq Zaur İbrahimli sosial şəbəkə hesabında paylaşdığı qısa açıqlamada bildirib.Politoloqun sözlərinə görə, ABŞ və Çin bundan sonra bir-birini birbaşa hərbi əməliyyatlara keçmədən geosiyasi, iqtisadi və strateji müstəvidə üstələməyə çalışacaqlar.“Pekin Tayvansız dünyanı bölmək istəmir”, – deyə Z.İbrahimli vurğulayıb.Ekspert hesab edir ki, Pekin görüşləri iki ölkə arasında münasibətlərin yumşalmasına deyil, daha sərt rəqabət mərhələsinə keçidə səbəb olacaq.Əli...
15 May 2026, 10:30
M.Əsədullazadə: Çin özünü daha güclü göstərir
ABŞ Prezidenti Donald Trampın Çinə iki günlük səfəri və aparılan danışıqlar ümumilikdə müsbət istiqamətdə davam edir. Tərəflər arasında əsas fikir ayrılığı isə Tayvan məsələsində qalır. ABŞ-ın Tayvanla bağlı Çinə ciddi güzəştlərə gedəcəyi gözlənilmir. Çin sədri Si Sinpinqin Tayvan məsələsində Donald Trampa açıq etiraz və xəbərdarlıq etməsi regionda yeni eskalasiya ehtimalını artırır.Citypost.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.O qeyd edib ki, Çin Tayvana qarşı dəniz blokadası tətbiq edə bilər. Bununla yanaşı, Vaşinqton və Pekin əsasən iqtisadi və ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm razılaşmalar əldə etməyə çalışırlar.Ekspertin sözlərinə...
15 May 2026, 10:12
Sabiq deputat: Fransa Türkiyəyə qarşı təxribat hazırlayır
Fransa son dövrlər Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələrdə təkcə diplomatik deyil, həm də praktiki fəallığını artırır. Ermənistan və yunan Kipri ilə strateji müttəfiqlik, hərbi əməkdaşlıq haqqında sazişlərin bağlanması, həmçinin Cənubi Kiprdə “humanitar missiyalar” adı altında Fransa hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı yeni sazişin imzalanmasına hazırlıq bunu bir daha təsdiqləyir.Citypost.az xəbər verir ki, bu fikirləri sabiq deputat, siyasətçi Qulamhüseyn Əlibəyli sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.Onun sözlərinə görə, bu sazişlərin əsas məqsədi Fransanın Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələri hərbi baxımdan öz təsir dairəsinə salmaq, eyni zamanda Türkiyənin ətrafında geosiyasi “çəmbəri daraltmaqdır”.Q.Əlibəyli qeyd edib ki, Türkiyənin Cənubi Qafqazda söz sahibi...
15 May 2026, 10:04