Azərbaycan və Monqolustan prokurorluqları arasında memorandum imzalanıb
Cəmiyyət 06 May 2026, 15:57
142
Azərbaycan və Monqolustan prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycanda rəsmi səfərdədir.
Kamran Əliyevlə monqolustanlı həmkarı arasında baş tutan görüş zamanı ölkələrin siyasi rəhbərliyinin uzaqgörən siyasi baxışları və səmimi münasibətləri nəticəsində dövlətlərin arasında münasibətlərin dinamik inkişaf etdiyi qeyd edilib, hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq əlaqələrinin olması vurğulanıb.
Görüşdə Baş prokuror qonaqlara Azərbaycanın prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması və yeni hüquq institutlarının tətbiqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Həmçinin oxuyun
Səmimi qəbula görə təşəkkürünü bildirən Jarqalsaikxan Banzraq təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qurumlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Həmçinin görüş zamanı Jarqalsaikxan Banzraqa iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təltif olunduğu "Azərbaycan Prokurorluğunun 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.
Görüşdən sonra qonaqlar Azərbaycan Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qırmızı Bazar qəsəbəsi sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir.Komitədən Citypost.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, növbəti tədbir Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsinə köçürülən ailələr arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.Bildirilib ki, qeyd edilən videoçarxlar, mediada mütəmadi olaraq yayımlanır. Böyük Qayıdışa...
06 May 2026, 16:14
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi iyul ayınadək uzadılıb.
06 May 2026, 16:01
Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub
Mayın 6-da Sumqayıt Dövlət Universitetinin (SDU) yeni təyin olunmuş rektoru Nurəli Yusifbəyli universitet kollektivinə təqdim edilib.Bu barədə Citypost.az Elm və Təhsil Nazirliyindən məlumat verilib.Nurəli Yusifbəylinin SDU-ya rektor təyin olunması haqqında ölkə başçısının müvafiq Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıran elm və təhsil nazirinin müavini İdris İsayev rektoru təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.İdris İsayev çıxışında ölkədə təhsil sahəsində həyata keçirilən islahatlardan bəhs edərək bildirib ki, son illər ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, universitetlərin maddi-texniki bazasının gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və rəqəmsallaşmanın tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunub ki, həyata keçirilən bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan ali təhsil müəssisələrinin rəqabət...
06 May 2026, 15:45
LUX Residence-dən şikayət: 86 yaşlı qadının FƏRYADI
86 yaşlı qadın iddia edir ki, "Lux Residence" tikinti şirkəti onu evindən çıxarmağa çalışıb.Oxu24.com xəbər verir ki,Ajans.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər, Yasamal rayonu İ. Qutqaşınlı küçəsi ev 29 ünvanında yaşayan İbrahimova Piruzə Abusət qızını yaşadığı evdən məcburi şəkildə çıxarmağa çalışıb. Sakin iddia edir ki, ərazinin və binanın satılmasından sonra “LUX RESIDENCE” tikinti şirkəti digər bina sakinləri ilə razılığa gəlsə də, onunla bağlı fərqli mövqe sərgiləyib. Bildirilib ki, əvvəlcə sakini məcburi şəkildə evindən çıxarmağa cəhd olunub, etiraz etdikdən sonra isə məsələ məhkəməyə daşınıb.Şikayətçinin sözlərinə görə, ona məxsus mənzilin sahəsi qanun üzrə 76 kvadrat metr olsa da, ilkin mərhələdə...
06 May 2026, 15:03
Uşağa görə bu ailələr ayda 140 manat ala bilər — QAYDASI
Məlum olduğu kimi,Azərbaycanda aztəminatlı ailələrə bir neçə dövlət dəstəyi proqramı mövcuddur.Onlardan biri də 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət verilməsi proqramıdır.Bəs müavinət hansı halda təyin olunur?Oxu24.com xəbər verir ki, ailənin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda bu müavinət verilir.Müavinətin məbləği 140 manat təşkil edir. Sözügedən ödəniş uşağın bir yaşı tamam olan ayın sonunadək verilir.Bu məbləği Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər ala bilər.Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ...
06 May 2026, 14:48
Rusiyaya miqrant axını azalıb
2026-cı ilin birinci rübündə Rusiyaya daxil olan miqrantların sayı 15 faiz azalıb, ləğv edilmiş yaşayış icazələrinin sayı isə təxminən iki dəfə artıb.AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.O bildirib ki, bu ilin yanvar-mart ayları arasında 8 mindən çox yaşayış icazəsi ləğv edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz artım deməkdir. Verilən müvəqqəti yaşayış icazələrinin sayı da 27,5 faiz, daimi yaşayış hüququ alanların sayı isə 27,8 faiz azalıb.Volodin vurğulayıb ki, Dövlət Duması yaz sessiyası ərzində miqrasiya qanunvericiliyini sərtləşdirmək üçün yeni tədbirlər görməyi planlaşdırır. Qanun layihəsi müəyyən bir il ərzində...
06 May 2026, 14:27