Radioloqu yandıran şüa - Qurban Yaquboğlu yazır..
Söz adamı 07 May 2026, 10:45
346
Milli Onkologiya Mərkəzinin həkimi, nəhayət, vəfat etdi. "Nəhayət" sözü ötən qeyri-müəyyən zaman kəsimində acı təəssüfü ifadə eləməkdən ötrü ortadadı. Eyni zamanda aprelin 30-da baş vermiş müdhiş hadisənin - pis bir "ilk"in 6 gün sonra son nöqtəyə çatışını bildirir.
Tək bizdə yox, bütün dünyada hələ də ən çarəsiz diaqnozların qoyulduğu bir ünvan sayılan onkoloji xəstəxanada törədilmiş olayın sanki unudulmaqda olan özəti yenidən gündəmə gəldi. Təfərrüat? Yox, bu dəfə təfərrüata varmaq imkan xaricindədi.
Xəstəxanaya gəlib qumbarayla özünü və həkimi partladan Mübariz (bu, Azərbaycanda sevilən adlardandı) kimdi, nəçidi, doğrudanmı qazidi, Qarabağa müharibəsinin 1-cisində, yoxsa 2-cisində iştirak edib və edibmi? Bilmirik.
Mübarizi qumbaraya əl atmağa məcbur edən qəzəbin motivi barədə də rəsmi və ya qeyri-rəsmi heç bir növdən tutarlı məlumatımız yoxdu.
Nə edək? Elə hadisələr var, orda var yoxdan çox-çox az olur.
Sosial şəbəkədə həkim-radioloqun ölümünə təəssüflənən nə qədər statusa, şərhə rast gəlinir, nadir mütəxəssislərdəndi deyilir.
Yeri gəlmişkən, əcəba, bizim tibb təhsilimiz doğrudanmı hansısa sahədə kadr yetrişdirməkdə bu qədər acizdi; o qədər aciz ki, hadisəyə acıyanların əsas arqumenti məhz budu: nadir mütəxəssis imiş!
Burda cavabı, necə deyərlər, "əlaqədar təşkilatlar"ın öhdəsinə buraxaq, hərçənd onlar cavab verməsələr də inciyən deyilik. Çünki cavab verilməyəciyini bəri başdan təxmin edə bilirik.
Bir şey işıq kimi aydındı, nə həkim, nə pasiyent xəstəxanaya ölməyə və ödürməyə gəlmir. Əksinə, yaşamağa və yaşatmağa gəlirlər! Amma bu dəfə tam əksinə, ikisi də palatada öldü. Sadə və məlum məntiqlə ən bəd halda onlardan biri, yəni pasiyent ölməli, həkim sağ qalmalıydı.
Yenə həmin sadə və məlum məntiqlə pasiyent "həkimin əlində" ölə bilərdi. Yenə tərsinə!
Heç bilmək olurmu ki, bu dəfə kim kimi öldürüb, birinci "atəş" nə zaman, hansı şəraitdə açılıb?..
Pasiyentlə həkimin ölümü arasında zaman məsafəsi (6 gün!) nə qədər uzansa da, onları səbəb-nəticə zəncirindən qoparıb aralamaq mümkün olmur ki olmur.
İnsanlar çarəsiz diaqnoza dözürlər, çarəsiz durumu zor-xoş qəbul edirlər - axırı ölmək deyil?! Ədalətsizliyə, haqsızlığa tab gətirmək çətindi. Şeytan çarxını fırladan da budu.
Qurban Yaquboğlu
Jurnalist, yazıçı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zaur Əliyev: Şiltberqerin əsərində Azərbaycan türklərinin kimliyi və tarixi təsviri
Azərbaycan türkləri söz verdisə, canı bahasına olsa da, o sözü yerinə yetirər:- Alman əsgər və səyyah İohann ŞiltberqerSizlərə maraqlı bir kitab təqdim edirəm. Müəllifi alman Marko Polosu kimi tanınan İohann Şiltberqerin yazdığı bu kitab onun 30 il Şərqdə yaşaması və gördükləri əsasında hazırlanıb. Kitabın tam adı “Bavariyalı İohann Şiltberqerin Avropa, Asiya və Afrikada əsarəti və səyahətləri, 1394-1427” və PDF forması https://archive.org/details/bondagetravelsof00schirich ilə tanış ola bilərsiniz. Qeyd edim ki, bu kitab Azərbaycan barədə qiymətli əsərlərdən sayılır, çünki müəllifi buranın müxtəlif şəhərlərində (Təbriz, Bakı, Şamaxı) olmuş və Qarabağın yaylaqlarında qalıb. Orta əsr Azərbaycanının coğrafiyası, etnik tərkibi və adət-ənənələri haqqında müəllif bir birindən dəyərli məlumatları...
06 May 2026, 10:20
Bizim Firudin müəllim... Elman Eldaroğlu yazır...
Doxsan bir il fərqlə məşhur Ziqmund Freydlə eyni gündə doğulublar. Freyd təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyəsi ilə tanınsa da, onu da müstəqil ölkəmizin ilk təhsil naziri kimi tanıyırlar. Biri dünya elminin inkişəfında vacib xidmətlər göstərib, o biri isə Azərbaycan təhsilində test üsulunun tətbiqində əhmiyyətli rol oynayıb... Cəmi bir il nazir işləyib, amma bir ömürlük xalq məhəbbəti qazanıb. Adı çəkiləndə, ünvanına xoş sözlər deyilir. Ortaq türk dili söhbəti ilk dəfə ortaya atılanda, aləm bir-birinə dəymişdi. Necə deyərlər, ara sakitləşəndə mükəmməl bir fikir söylədi: “H”, “Ə”, “Ö”, “Ü” və s. hərfləri ana dilindən yığışdırmaq olmaz!..Ölkənin görkəmli alimlərindəndir- alimlər isə iki cür...
06 May 2026, 10:11
Güntay Tölge: Sabir Rüstəmxanlı – 80 yaşında böyük ziyalı
Sabir Rüstəmxanlının şeir kitabını ilk dəfə olaraq Tehranda bir dostumdan alıb oxumuşdum. Kril Əlifbasında. Adı hafizəmdə qalmışdı. Sonra sanıram 1987-ci il idi. Kəndimizdə ağ-qara televizionumuzda Bakının proqramlarını izlərkən, yaraşıqlı və xalis türk görünümlü gənc bir kişinin söhbətini gördüm. Fərman Kərimzadə haqqında danışarkən TV səhifəsinin altında danışan bu yaraşıqlı kişinin adını kril əlifbasında çətinliklə oxudum: Sabir Rüstəmxanlı. Demək Tehranda ceb kitabı şəklində bir dostumdan aldığım o kitabın yazarı Sabir Rüstəmxanlı bu yaraşıqlı kişi imiş. Bu, Sabir Rüstəmxanlı ilə ilk TV dalqasında görüşmüşlüyüm oldu. Bir neçə il keçdi. Yenə də Rüstəmxanlını Milli Məclisdə danışarkən TV-də gördüm. Bu dəfə mitinqlərdə...
05 May 2026, 10:39
Məmməd Arazın həmyerlisi...
Əlabbas Bağırsoy- 69Onunla Yardımlıda- yazıçı Aslan Quliyevin evində tanış olmuşuq. Doğrudur, sonradan yollarımız nadir hallarda kəsişib, amma haqqında topladığım məlumatlara, bir də təəssüratlarıma əsaslanıb onun obrazını yaratmağa özümdə güc tapacağıma inanıram. Axı, mayın 5-i növbəti ad gününü qeyd edəcək... Bəli, bu dəfəki söhbəimin qəhrəmanı yazıçı, publisist, esseist Əlabbas Bağırsoydur. 1957-ci il may ayının 5-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Orta təhsilə həmin kənddə yiyələnib. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb.1978-ci ildə əmək fəaliyyətinə Şahbuz rayonunun Mahmudava kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi başlayıb. 1982-ci ildən sonra isə Bakı şəhər Tramvay-Trolleybus İdarəsinin yataqxanasında tərbiyəçi müəllim, Azərbaycan Dövlət...
05 May 2026, 10:17
Elman Eldaroğlu: Fuad Poladov – sənət və şəxsiyyət yaddaşı
Deyirlər ki, ən güclü futbolçular məhəllə komandlarında yetişirlər. Amma heç bir peşəkar komanda bu işi görə bilmir. Kişilik də elədir. Yəni heç bir toplum, heç bir təhsil növü, heç bir elm ocağı adamdan KİŞİ düzəldə bilmir. Gərək KİŞİ doğulasan…Bəli, hər ömrün əvvəli olduğu kimi bir sonu da var. Hər kəs nə vaxtsa qazandıqlarını, lap elə sonuncu arzu və istəklərini də bu dünyada qoyub gedir. Özüylə apara biləcəyi yalnız çiyinlərində gəzdirdiyi əməllərin siyahısı olur. Xeyir əməllərin siyahısını sağ, bəd əməllərin isə sol çiynində. Onun çiyinlərində nə apardığını Allahdan başqa kimsə bilə bilməz. Bu dünyada qoyub getdiklərindən isə hamının məlumatı var. Azərbaycan...
04 May 2026, 10:35
“Güclü dövlət – güclü mədəniyyət” tezisi bu konsepsiyanın ideoloji nüvəsini təşkil edir
“Azərbaycan Mədəniyyəti- 2040” Azərbaycan Respublikası Mədəniyyət Konsepsiyası yeni dövrdə azərbaycançılıq ideologiyasının sistemli həyata keçirilməsi üçün uğurlu yol xəritəsidir.Bu konseptual yanaşma İlham Əliyevin müxtəlif platformalarda – xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasında tarixi çıxışı və beynəlxalq trubunalarda səsləndirdiyi milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin müasir çağırışlarla uzlaşdırılması və qlobal mədəni inteqrasiyada fəal iştirak prinsiplərinə əsaslanır. Prezidentin dəfələrlə vurğuladığı “güclü dövlət – güclü mədəniyyət” tezisi bu konsepsiyanın ideoloji nüvəsini təşkil edir: yəni milli kimliyin dayağı kimi mədəniyyətin qorunması ilə yanaşı, onun innovativ inkişafı və dünyaya təqdim olunması strateji hədəf kimi müəyyənləşdirilir. Bu kontekstdə “Mədəniyyət 2040” yalnız bir inkişaf proqramı deyil, həm də azərbaycançılıq ideyasının...
01 May 2026, 16:15