FHN Akademiyasında növbəti praktiki-maarifləndirici tədbir keçirildi
Cəmiyyət 06 May 2026, 17:40
75
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.
Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, tədbirdə FHN Akademiyasının rəisinin birinci müavini polkovnik Fuad Mehbalıyev, Fövqəladə Hallar Nazirliyi “İzotop” xüsusi kombinatının direktoru Ramin Paşayev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisinin birinci müavini Fuad Mehbalıyev görüşün əhəmiyyətindən danışaraq bu cür tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verdiyini bildirib. O qeyd edib ki, nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması təhsil prosesinin əsas prioritet istiqamətlərindən biridir və bu səpkili görüşlər kursantların xidmətə hazırlanmasında, peşəkar dünyagörüşünün və operativ qərarvermə bacarıqlarının formalaşmasında mühüm rol oynayır.
Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyi “İzotop” xüsusi kombinatının direktoru Ramin Paşayev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Kombinat direktoru bildirib ki, “İzotop” xüsusi kombinatı radiasiya təhlükəsizliyinin təmin olunması, radioaktiv maddələrin təhlükəsiz idarə olunması, saxlanılması və daşınması, həmçinin bu sahədə nəzarət və monitorinq funksiyalarını həyata keçirir. Çıxışda qeyd olunub ki, müasir dövrdə radiasiya təhlükəsizliyinin təmin edilməsi fövqəladə halların qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə peşəkar kadrların hazırlanması xüsusi önəm daşıyır.
Həmçinin oxuyun
R.Paşayev, həmçinin fövqəladə hallar zamanı radiasiya risklərinin minimuma endirilməsi, operativ müdaxilə tədbirlərinin təşkili və əhalinin təhlükəsizliyinin qorunması istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, eləcə də müasir texnologiyaların istifadəsi sözügedən istiqamətdə fəaliyyətin səmərəliliyini artırır.
İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
III Respublika Hüquq Olimpiadasına start verilib
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş III Respublika Hüquq Olimpiadasının açılış mərasimi keçirilib.Citypost.az xəbər verir ki, tədbir Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı və Baş Prokurorluğun dəstəyi ilə reallaşıb.Açılış mərasimində Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov üçüncü ildir keçirilən Respublika Hüquq Olimpiadasının təqdirəlayiq ənənə olduğunu qeyd edib. O bildirib ki, belə tədbirlər tələbələrin nəzəri və təcrübi biliklərinin artmasına imkan yaradır.BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev həm də hüquq islahatlarının banisidir:”Ümimilli...
06 May 2026, 17:55
Şahin Bağırov Naxçıvanda vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Naxçıvan şəhərində vətəndaşları qəbul edib.Citypost.az komitəyə istinadən xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak edib.Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda sakinlərin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib....
06 May 2026, 17:50
Heydər Əliyev və mədəni dəyərlər mövzusunda konfrans keçirilib
Bakıda "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Ümummilli Lider Heydər Əliyev üçün milli-mənəvi dəyərlər sadəcə qorunmalı irs deyil, xalqın varlığını təsdiq edən, onu zamanın sınaqlarından keçirən və gələcəyə aparan əsas güc mənbəyi olub.Qeyd edilib ki, ana dilinə sevgi, ədəbiyyata, musiqiyə və milli adət-ənənələrə bağlılıq Ulu Öndərin siyasətində xüsusi yer tutub. Bu dəyərlər yalnız keçmişin yadigarı kimi deyil, həm də müasir dövlət quruculuğunun və mənəvi inkişafın əsas sütunları kimi dəyərləndirilib.Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, "Simurq" Azərbaycan...
06 May 2026, 17:28
"Yol hərəkəti haqqında" qanun dəyişdi
Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.Citypost.az xəbər verir ki, yeniləniş qanuna əsasən, bundan sonra İnzibati Xətalar Məcəlləsinin 346.1-ci, 346.2-ci, 346.4–346.9-cu, 346-1.1–346-1.4-cü və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda tərtib edilmiş inzibati xəta haqqında qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayacaq.
06 May 2026, 16:57
Səməd Bəşirli Metin Çeliklə görüşdü
Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib.Citypost.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.Bildirilib ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Türkiyənin İsparta Ticarət və Sənaye Palatası İdarə heyətinin sədri Metin Çelik ilə görüşündə edilib.Görüşdə Azərbaycan ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti və genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkə arasında biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.Müzakirələr zamanı sənaye, kənd təsərrüfatı, turizm və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, iş adamları arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin təşviqi imkanları diqqətə çatdırılıb.Tərəflər qeyd ediblər...
06 May 2026, 16:35
Əli Əsədov qazla bağlı yeni qərar imzaladı
Nazirlər Kabineti "Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 001/2026/AZ)"i təsdiqləyib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərarda qeyd olunur ki, sənəd 6 ay sonra qüvvəyə minəcək. Həmin Texniki Reqlament onun qüvvəyə mindiyi tarixdən əvvəl istismara verilməmiş, istehsal prosesində olan və ölkədə istehlak bazarında dövriyyəyə buraxılacaq qurğu və avadanlıqlara tətbiq olunacaq.Texniki Reqlament aşağıdakı qurğu və avadanlıqları əhatə edəcək:Bundan əlavə, Texniki Reqlament aşağıda göstərilən qurğu və avadanlıqlara tətbiq olunmur:- buxar təzyiqi 0,07 MPa-dan yuxarı olan buxar qazanları və suyun temperaturu 115 °C-dən artıq olan suqızdırıcı qazanlar;- bu Texniki Reqlamentə 1 nömrəli...
06 May 2026, 16:15