Bizə yazın

Baku

-°C

USD

-

Əli Əsədov qazla bağlı yeni qərar imzaladı 

Cəmiyyət 06 May 2026, 16:15

216

Nazirlər Kabineti "Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 001/2026/AZ)"i təsdiqləyib.

Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərarda qeyd olunur ki, sənəd 6 ay sonra qüvvəyə minəcək. Həmin Texniki Reqlament onun qüvvəyə mindiyi tarixdən əvvəl istismara verilməmiş, istehsal prosesində olan və ölkədə istehlak bazarında dövriyyəyə buraxılacaq qurğu və avadanlıqlara tətbiq olunacaq.

Texniki Reqlament aşağıdakı qurğu və avadanlıqları əhatə edəcək:

Bundan əlavə, Texniki Reqlament aşağıda göstərilən qurğu və avadanlıqlara tətbiq olunmur:

- buxar təzyiqi 0,07 MPa-dan yuxarı olan buxar qazanları və suyun temperaturu 115 °C-dən artıq olan suqızdırıcı qazanlar;

- bu Texniki Reqlamentə 1 nömrəli əlavədə verilmiş Siyahıya daxil edilmiş qurğu və avadanlıqlar istisna olmaqla, sənaye müəssisələrində texnoloji proseslərdə istifadəsi nəzərdə tutulan qurğu və avadanlıqlar;

- qazdan mühərrik yanacağı qismində istifadə edən qurğular.

 

Qazla işləyən qurğu və avadanlıqların təhlükəsizliyi üzrə Texniki Reqlament təsdiqləndi

Qazla işləyən qurğu və avadanlıqların təhlükəsizliyi üzrə Texniki Reqlament təsdiqləndi

Qazla işləyən qurğu və avadanlıqların təhlükəsizliyi üzrə Texniki Reqlament təsdiqləndi

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

 "Yol hərəkəti haqqında" qanun dəyişdi 

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.Citypost.az xəbər verir ki, yeniləniş qanuna əsasən, bundan sonra İnzibati Xətalar Məcəlləsinin 346.1-ci, 346.2-ci, 346.4–346.9-cu, 346-1.1–346-1.4-cü və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda tərtib edilmiş inzibati xəta haqqında qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayacaq.

06 May 2026, 16:57

Səməd Bəşirli Metin Çeliklə görüşdü

Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib.Citypost.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.Bildirilib ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Türkiyənin İsparta Ticarət və Sənaye Palatası İdarə heyətinin sədri Metin Çelik ilə görüşündə edilib.Görüşdə Azərbaycan ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti və genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkə arasında biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.Müzakirələr zamanı sənaye, kənd təsərrüfatı, turizm və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, iş adamları arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin təşviqi imkanları diqqətə çatdırılıb.Tərəflər qeyd ediblər...

06 May 2026, 16:35

 Qırmızı Bazar qəsəbəsi sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir.Komitədən Citypost.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, növbəti tədbir Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsinə köçürülən ailələr arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.Bildirilib ki, qeyd edilən videoçarxlar, mediada mütəmadi olaraq yayımlanır. Böyük Qayıdışa...

06 May 2026, 16:14

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb 

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi iyul ayınadək uzadılıb.

06 May 2026, 16:01

Azərbaycan və Monqolustan prokurorluqları arasında memorandum imzalanıb 

Azərbaycan və Monqolustan prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycanda rəsmi səfərdədir.Kamran Əliyevlə monqolustanlı həmkarı arasında baş tutan görüş zamanı ölkələrin siyasi rəhbərliyinin uzaqgörən siyasi baxışları və səmimi münasibətləri nəticəsində dövlətlərin arasında münasibətlərin dinamik inkişaf etdiyi qeyd edilib, hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq əlaqələrinin olması vurğulanıb.Görüşdə Baş prokuror qonaqlara Azərbaycanın prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması və yeni hüquq institutlarının tətbiqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.Səmimi qəbula görə təşəkkürünü...

06 May 2026, 15:57

Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub 

Mayın 6-da Sumqayıt Dövlət Universitetinin (SDU) yeni təyin olunmuş rektoru Nurəli Yusifbəyli universitet kollektivinə təqdim edilib.Bu barədə Citypost.az Elm və Təhsil Nazirliyindən məlumat verilib.Nurəli Yusifbəylinin SDU-ya rektor təyin olunması haqqında ölkə başçısının müvafiq Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıran elm və təhsil nazirinin müavini İdris İsayev rektoru təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.İdris İsayev çıxışında ölkədə təhsil sahəsində həyata keçirilən islahatlardan bəhs edərək bildirib ki, son illər ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, universitetlərin maddi-texniki bazasının gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və rəqəmsallaşmanın tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunub ki, həyata keçirilən bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan ali təhsil müəssisələrinin rəqabət...

06 May 2026, 15:45