Bizə yazın

Baku

-°C

USD

-

İyunun 1-də yaz imtahan sessiyası başlayır 

Cəmiyyət 13 May 2026, 13:40

103

Elm və təhsil naziri Emin Əmrullayev Ali və orta ixtisas təhsili müəssisələrində 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.

Bu barədə Citypost.az-a Nazirlikdən məlumat verilib.

Əmrdə qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsilalma forması üzrə 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası 1 iyun tarixində başlamaqla 5 həftə müddətində keçiriləcək.

Ali və orta ixtisas təhsili müəssisələrində qiyabi təhsilalma forması üzrə imtahan sessiyalarının keçirilmə vaxtı ali və orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyən ediləcək və 1 həftə müddətində keçiriləcək.

Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməli, imtahanların təşkilində və gedişatında nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görməli, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə yekun hesabat təqdim etməlidirlər.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini, bu hallara yol vermiş şəxsləri müəyyənləşdirərək onlar barəsində tədbirlərin görülməsini təmin etsin və nəticə barədə Nazirliyi məlumatlandırmalı, imtahan sessiyasının gedişatı barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumatın verilməsini təmin etməli, ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə müvafiq arayışı Nazirliyə müzakirə üçün təqdim etməlidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Slovakiya Prezidenti iyulda Azərbaycana səfər edəcək 

Rixard Raşinin bu səfəri Azərbaycan və Slovakiya arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə birgə mətbuat konfransında deyib.“Bu gün apardığımız müzakirələrdə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi ilə bağlı ortaq fikrə sahibik”, - Sahibə Qafarova bildirib.Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Milli Məclisin sədri ölkələr arasında iqtisadi, ticari, enerji, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdiyini, humanitar sahədə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulayıb.Sahibə Qafarova bu gün parlamentlər arasında əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumuna diqqət çəkərək, bu sənədin parlamentlər arasında daha çox...

13 May 2026, 13:50

Zəvvarların səfər qrafikləri məlum olub 

Həcc ziyarətinə hər biri 4 qrupdan ibarət olmaqla, ümumilikdə, zəvvarları daşıyacaq 7 təyyarə yola düşəcək.Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.O bildirib ki, hər biri 180 nəfərdən ibarət birinci və ikinci zəvvar təyyarəsi mayın 17-də, üçüncü və dördüncü zəvvar təyyarələri mayın 18-də, beşinci və altıncı zəvvar təyyarələri mayın 19-da, yeddinci zəvvar təyyarəsi isə mayın 21-də Həcc ziyarətinə yola düşəcək: “Hər təyyarədə 4 zəvvar qrupu olacaq. Səhər və axşam olmaqla, gündə iki təyyarə yola düşəcək, mayın 21-i isə bir təyyarə yola düşəcək. Onlar ilk olaraq Ciddə şəhərində düşüb, avtobuslarla...

13 May 2026, 13:26

İSTİRAHƏT ZAMANI DÜNYASINI DƏYİŞƏN SİYASƏTÇİ...  

Sirus Xudadat oğlu Təbrizli 1942-ci il mayın 9-da Təbriz şəhərində doğulub.  Ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi.Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu - 90-cı illərin əvvəlində Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başlayır.1992-ci ildə Sirus Təbrizlinin də daxil olduğu və tarixə "91-lər" olaraq düşən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan...

13 May 2026, 13:11

Elxan Əzizov yüksək vəzifəyə təyin olundu

Elxan Əzizov “AzInTelecom” MMC-nin baş direktoru təyin edilib.Citypost.az “apa.az”a istinadla xəbər verir ki,E.Əzizov bu təyinata qədər qurumda baş direktor vəzifəsinin müvəqqəti icraedicisi olub. Xatırladaq ki, ötən ilin oktyabr ayında “AzInTelecom”un idarəetmə strukturunda dəyişiklik edilib. Bununla qurum kollektiv idarəetmə formasından fərdi idarəetmə sisteminə keçib. Yeni struktura əsasən qurumda İdarə Heyəti, İdarə Heyətinin sədri və onun üzvləri vəzifələri ləğv edilib. Nəticədə İdarə Heyətinin sədri vəzifəsini baş direktor vəzifəsi ilə əvəzlənib....

13 May 2026, 12:58

Bu tarixdə Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

13 May 2026, 12:45

 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq

Qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.Qida Təhlükəsizliyi Agentliyindən Citypost.az-a verilən məlumata görə, bunlardan 76-da həm kəsim, həm satış, 27-də qurbanlıq heyvanların yalnız satışı, 31-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq.Bildirilib ki, həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək.Həmçinin ölkə ərazisində...

13 May 2026, 12:26