Bizə yazın

Baku

-°C

USD

-

Baş gicəllənməsinin səbəbləri və dərmansız müalicə üsulları  

Tibb 13 May 2026, 11:06

381

Baş gicəllənməsi (vertigo) müxtəlif səbəblərdən yarana bilən və gündəlik həyatı ciddi şəkildə çətinləşdirən şikayətlərdən biridir.

Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu hal tək bir xəstəlik deyil, bir çox fərqli patoloji vəziyyətin əlaməti kimi ortaya çıxa bilər.

Həkimlərin bildirdiyinə görə, baş gicəllənməsinin səbəbləri arasında beyində qan dövranının pozulması, beyin daxili həcmli törəmələr, şişlər, kistalar və qan sızmaları kimi ciddi nevroloji problemlər yer ala bilər. Bundan əlavə, psixogen mənşəli baş gicəllənmələri də geniş yayılmış səbəblərdən biridir.

Mütəxəssislər xüsusilə vurğulayırlar ki, baş gicəllənməsinin ən çox rast gəlinən formalarından biri daxili qulaqda yerləşən müvazinət sisteminin pozulması ilə bağlıdır. Bu vəziyyət BPPV (Benign paroksizmal pozisyonal vertigo) kimi tanınır və ani baş hərəkətləri zamanı güclü fırlanma hissi ilə özünü göstərə bilər.

Həkimlərin sözlərinə görə, bu cür hallarda xəstələrdə narahatlıq, təşviş, panik hisslər və uzun müddətdə nevrotik şikayətlər də inkişaf edə bilər. Bu isə gündəlik həyat keyfiyyətini ciddi şəkildə aşağı salır və xəstənin normal fəaliyyətini məhdudlaşdırır.

Lakin mütəxəssislər qeyd edirlər ki, bəzi müvazinət pozuntularında vəziyyət düşündüyündən daha sadə üsullarla müalicə oluna bilər. Xüsusilə xüsusi mövqe dəyişmə manevrləri vasitəsilə bir çox xəstədə 5–10 dəqiqə ərzində, dərmansız şəkildə simptomların aradan qalxması mümkündür.

Həkimlərin fikrincə, bu prosedurlar düzgün diaqnoz qoyulduqda çox effektiv olur və xəstələrin böyük bir hissəsində təkrarlayan baş gicəllənmələrinin qarşısını almağa kömək edir.

Mütəxəssislər bildirirlər ki, baş gicəllənməsi olan şəxslər özbaşına dərman qəbul etməməli, mütləq şəkildə həkim müayinəsindən keçməlidirlər. Çünki bəzi hallarda bu simptom ciddi nevroloji xəstəliklərin ilkin əlaməti ola bilər və vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

IVF uğursuzluqlarında nə vaxt reproduktiv genetikaya müraciət edilməlidir?  

Reproduktiv sağlamlıq və sonsuzluq problemləri ilə bağlı hallarda həkimə nə zaman müraciət edilməli olduğu barədə suallar son illər daha çox aktuallıq qazanıb. Reproduktiv genetika üzrə mütəxəssislər bildirirlər ki, bəzi klinik vəziyyətlərdə vaxtında diaqnostika və genetik müayinələr müalicə prosesinin effektivliyini artırır.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, iki və ya daha çox təkrarlanan hamiləlik itkiləri (düşüklər) olan hallarda reproduktiv genetika üzrə müayinə tövsiyə olunur. Bu vəziyyətlərdə səbəbin müəyyənləşdirilməsi üçün immunoloji və genetik testlər aparıla bilər.Həkimlər bildirirlər ki, 35 yaşa qədər bir və daha çox uğursuz süni mayalanma (IVF) cəhdi olan qadınlarda da əlavə müayinələrə ehtiyac yarana bilər. 35 yaşdan sonra isə iki...

13 May 2026, 11:12

Stomatoloq: “Pasiyentlər yalnız ağrı zamanı müraciət edir”

Stomatoloji sağlamlığa münasibət cəmiyyətdə hələ də bir sıra hallarda yanlış vərdiş və yanaşmalar üzərində formalaşır. Müşahidələr göstərir ki, bir çox insanlar diş və ağız boşluğu problemlərinə yalnız ağrı hiss etdikdən sonra diqqət yetirir, profilaktik müayinələri isə ya tamamilə nəzərə almır, ya da uzun müddət təxirə salır. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, bu cür yanaşma sonradan daha ciddi fəsadlara, hətta diş itkisinə qədər gedib çıxa bilər.Stomatoloq İsgəndər İsgəndərli Oxu24.com-a açıqlamasında bildirib ki, problemin əsas kökündə insanların stomatoloji xidmətə münasibətində formalaşmış yanlış stereotiplər dayanır. Onun sözlərinə görə, pasiyentlərin böyük əksəriyyəti stomatoloqa yalnız kəskin ağrı başladıqda və ya vəziyyət artıq dözülməz həddə çatdıqda...

12 May 2026, 13:11

Həkimlərdən valideynlərə xəbərdarlıq: boğaz ağrısına...

Mütəxəssislər valideynləri uşaqlarda boğaz ağrısı zamanı ev şəraitində edilən yanlış müdaxilələrdən çəkinməyə çağırırlar. Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, xüsusilə “boğaz silmək” kimi tanınan üsullar valideynlərin ən çox etdiyi səhvlərdən biri hesab olunur və bəzi hallarda ciddi fəsadlara səbəb ola bilər.Pediatrlar bildirirlər ki, tibbi bilik və bacarığı olmayan şəxslərin udlaq və badamcıq nahiyəsinə müdaxilə etməsi qəti şəkildə tövsiyə olunmur. Kobud və nəzarətsiz şəkildə aparılan bu müdaxilələr həmin nahiyənin zədələnməsinə, selikli qişanın qıcıqlanmasına və infeksiyanın daha da ağırlaşmasına səbəb ola bilər.Həkimlərin fikrincə, uşaqlarda boğaz ağrısı müxtəlif səbəblərdən yarana bilər. Bu səbəblər arasında virus infeksiyaları, bakterial xəstəliklər, allergik reaksiyalar və digər sağlamlıq...

12 May 2026, 12:50

Mədə xorası tam sağalırmı? — Həkimlər əsas riskləri  açıqlayır  

Mədə xorası uzun illər boyunca ən təhlükəli həzm sistemi xəstəliklərindən biri hesab olunub. Xüsusilə 20-30 il əvvəl bu xəstəlik səbəbindən dünyada minlərlə insan əməliyyat olunurdu. Lakin müasir tibbin inkişafı nəticəsində bu gün mədə xorası əvvəlki qədər qorxulu diaqnoz hesab edilmir və əksər hallarda tam müalicə oluna bilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, mədə xorasının yaranmasının əsas səbəblərindən biri Helicobacter pylori infeksiyası adlı bakteriyadır. Vaxtilə səbəbi tam məlum olmayan bir çox mədə problemlərinin məhz bu mikrobla əlaqəli olduğu sonradan müəyyən edilib. Hazırda düzgün diaqnoz və müalicə vasitəsilə bu bakteriyanın aradan qaldırılması mümkün olduğu üçün dünyada mədə xorası ilə bağlı ağırlaşmaların...

12 May 2026, 10:38

Həkimlərdən valideynlərə CİDDİ xəbərdarlıq: Ketotifen...  

Son dövrlər bəzi valideynlərin uşaqları yatızdırmaq məqsədilə Ketotifen preparatından istifadə etməsi mütəxəssislərin narahatlığına səbəb olub. Citypost.az xəbər verir ki,  Həkimlər bildirirlər ki, bu dərman yuxu preparatı deyil və uşaqlarda sakitləşdirici və ya yatızdırıcı vasitə kimi istifadəsi düzgün hesab olunmur.Pediatrların sözlərinə görə, Ketotifen əsasən allergik xəstəliklərin müalicəsində istifadə olunan antihistamin dərmandır. Preparatın bəzi hallarda yuxugətirici təsir göstərməsi isə onun əsas funksiyası deyil, əlavə və arzuolunmaz təsirlərindən biri hesab olunur.Mütəxəssislər qeyd edirlər ki, bəzi valideynlər uşaqlarda yaranan yuxu problemlərini aradan qaldırmaq üçün bu preparatdan istifadə etməyə çalışırlar. Lakin həkim nəzarəti olmadan belə dərmanların verilməsi uşağın sağlamlığı üçün risk yarada bilər. Çünki preparatın təsiri...

12 May 2026, 09:00

Süni bud oynağı nə qədər xidmət edir? – Mütəxəssisdən vacib açıqlama  

Bud oynağında yaranan ciddi zədələnmələr, xüsusilə də artrit və osteoartrit kimi xəstəliklər insanın gündəlik həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilir. Ağrı, hərəkət məhdudiyyəti və yerimədə çətinlik bir çox hallarda xəstələri süni bud oynağı əməliyyatına məcbur edir. Bəs bu protezlər nə qədər müddət xidmət edir və əməliyyatdan sonra hansı hallara diqqət edilməlidir?Citypost.az-ın məlumatına görə,ortoped-travmatoloqlar bildirirlər ki, bud oynağı insan bədənində ən çox yüklənən oynaqlardan biridir.Zaman keçdikcə oynaq qığırdağı aşınır və sümüklər bir-birinə sürtünməyə başlayır. Bu zaman xəstələrdə davamlı ağrı, axsama, hərəkətdə sərtlik və oturub-durmaqda çətinlik yaranır.Mütəxəssislərin sözlərinə görə, dərman və fizioterapiya artıq effekt vermədikdə ən effektiv üsullardan biri bud oynağının...

11 May 2026, 12:35