FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
Cəmiyyət 13 May 2026, 12:21
213
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.
FHN-dən Citypost.az-a verilən xəbərə görə, tədbirdə Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Zaur Kərimov, FHN Akademiyasının rəisinin birinci müavini polkovnik Fuad Mehbalıyev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisinin birinci müavini Fuad Mehbalıyev görüşün əhəmiyyətindən söz açıb, bu cür tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması təhsil prosesinin əsas prioritet istiqamətlərindən biridir və bu səpkili görüşlər kursantların xidmətə hazırlanmasında, peşəkar dünyagörüşünün və operativ qərarvermə bacarıqlarının formalaşmasında mühüm rol oynayır.
Həmçinin oxuyun
Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Zaur Kərimov bildirib ki, sözügedən qurum FHN-in fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin operativ idarə olunmasını həyata keçirən struktur qurumudur. O, Mərkəzin strukturu, iş prinsipləri, fəaliyyətində istifadə edilən müasir proqram təminatları, GIS (Coğrafi İnformasiya Sistemi), rabitə və monitorinq sistemləri, həmçinin “112” qaynar telefon xəttinin iş prinsipi barədə ətraflı məlumat verib.
İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq
Qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.Qida Təhlükəsizliyi Agentliyindən Citypost.az-a verilən məlumata görə, bunlardan 76-da həm kəsim, həm satış, 27-də qurbanlıq heyvanların yalnız satışı, 31-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq.Bildirilib ki, həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək.Həmçinin ölkə ərazisində...
13 May 2026, 12:26
Sabahın hava proqnozu açıqlanıb
Mayın 14-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı,...
13 May 2026, 12:18
Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib
Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Zəfər parkını ziyarət edib.Citypost.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Slovakiya Milli Şurasının sədri Zəfər abidəsinin önünə əklil qoyub.Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib....
13 May 2026, 12:03
Baş prokuror Xankəndidə vətəndaşları qəbul edəcək
Mayın 20-də Baş prokuror Xankəndidə vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev mayın 20-də, saat 10:00-da Xankəndi şəhər prokurorluğunun inzibati binasında Xankəndi şəhər, Ağdərə, Xocalı, Xocavənd və Şuşa rayon sakinlərinin qəbulunu keçirəcək.Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xankəndi şəhərinə gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun...
13 May 2026, 12:02
Prezident İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev ötən il Slovakiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri, o cümlədən Rixard Raşi ilə görüşünü məmnunluqla xatırladı.Müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişafını vurğulayan dövlətimizin başçısı qarşılıqlı hörmətə, dostluğa və tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin genişlənməsində parlamentlərimiz arasındakı münasibətlərin roluna toxundu.Prezident İlham Əliyev Rixard Raşinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməsinin önəmini qeyd edərək, bildirdi ki, bu, tərəfdaşlığımızın daha bir göstəricisidir.Qəbula görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edən qonaq dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini...
13 May 2026, 11:41
Sumqayıt və Abşeronun bəzi ərazilərində su kəsiləcək
Bakının Binəqədi rayonunun, eləcə də Sumqayıt şəhərinin və Abşeron rayonunun bəzi ərazilərinə suyun verilişində fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.Bildirilib ki, buna səbəb suyun idarə olunmasının daha operativ təşkili məqsədilə magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi və siyirtmələrin qoyulması ilə bağlı aparılan işlərdir.Fasilə mayın 14-ü səhər saatlarından mayın 16-sı günorta saatlarına qədər olacaq....
13 May 2026, 11:33