Baş prokuror Xankəndidə vətəndaşları qəbul edəcək
Cəmiyyət 13 May 2026, 12:02
243
Mayın 20-də Baş prokuror Xankəndidə vətəndaşları qəbul edəcək.
Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev mayın 20-də, saat 10:00-da Xankəndi şəhər prokurorluğunun inzibati binasında Xankəndi şəhər, Ağdərə, Xocalı, Xocavənd və Şuşa rayon sakinlərinin qəbulunu keçirəcək.
Həmçinin oxuyun
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xankəndi şəhərinə gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev ötən il Slovakiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri, o cümlədən Rixard Raşi ilə görüşünü məmnunluqla xatırladı.Müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişafını vurğulayan dövlətimizin başçısı qarşılıqlı hörmətə, dostluğa və tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin genişlənməsində parlamentlərimiz arasındakı münasibətlərin roluna toxundu.Prezident İlham Əliyev Rixard Raşinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməsinin önəmini qeyd edərək, bildirdi ki, bu, tərəfdaşlığımızın daha bir göstəricisidir.Qəbula görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edən qonaq dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini...
13 May 2026, 11:41
Sumqayıt və Abşeronun bəzi ərazilərində su kəsiləcək
Bakının Binəqədi rayonunun, eləcə də Sumqayıt şəhərinin və Abşeron rayonunun bəzi ərazilərinə suyun verilişində fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.Bildirilib ki, buna səbəb suyun idarə olunmasının daha operativ təşkili məqsədilə magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi və siyirtmələrin qoyulması ilə bağlı aparılan işlərdir.Fasilə mayın 14-ü səhər saatlarından mayın 16-sı günorta saatlarına qədər olacaq....
13 May 2026, 11:33
DİM fənn olimpiadalarının qaliblərinə müraciət edib
Dövlət İmtahan Mərkəzi (DİM) Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.DİM-dən Citypost.az-a verilən xəbərə görə, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər, IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər, beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat,...
13 May 2026, 11:14
Zakir Həsənov Slovakiyada "IDEB 2026" sərgisində iştirak edib
Slovakiyada rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov IDEB (International Defence Exhibition Bratislava) Beynəlxalq Müdafiə və təhlükəsizlik konfransında və sərgisində iştirak edib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, sərgidə təqdim olunan müdafiə sənayesi məhsulları ilə tanışlıqdan sonra “Robot tərəfindən təkmilləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi” və "Patron FPV” PUA-sı vasitəsilə təkərli və tırtıllı texnikaya hücumun nümayişləri izlənilib.Səfər çərçivəsində general-polkovnik Zakir Həsənov Çex Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Yaromir Zuna ilə görüşüb.Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər....
13 May 2026, 11:03
Siyavuş Hüseynli: Səhər proqramlarında psixoloji mövzular artıb
Teleaparıcı, rejissor və “SOY production”nın bədii rəhbəri Siyavuş Hüseynli sosial şəbəkə hesabında səhər verilişləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki,rejossor “Facebook”da yazıb ki, səhər proqramlarında tez-tez psixoloji mövzuların müzakirə edilməsi və müxtəlif şəxslərin bu istiqamətdə danışdırılması artıq adi hal alıb.Siyavuş Hüseynli qeyd edib ki, bu cür məzmunların artması fonunda xəbər kanallarının mövcudluğu daha da önəm qazanır.Əli
13 May 2026, 10:55
Azərbaycanlı alim yüksək medala layiq görülüb
Tədqiqatçı-türkoloq, yazıçı Şahnaz Kamal mükafata layiq görülüb.Citypost.az xəbər verir ki, alim “Facebook” hesabında paylaşım edərək məşhur özbək şairi və Özbəkistan Respublikasının himninin müəllifi Abdulla Oripov adına təsis edilən medala layiq görüldüyünü bildirib.Şahnaz Kamal ona göstərilən etimada görə təşəkkürünü ifadə edib.Yeganə
13 May 2026, 10:49