Bizə yazın

Baku

-°C

USD

-

Qrenlandiyanın Baş naziri ABŞ ilə danışıqlarda irəliləyiş olduğunu bildirib

Dünya 13 May 2026, 11:29

249

Qrenlandiyanın Baş naziri Yens Frederik Nilsen Kopenhagendə keçirilən Demokratiya Sammitində Danimarka, Qrenlandiya və ABŞ arasında aparılan danışıqlarda müəyyən irəliləyişin olduğunu bildirib.

Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, “düzgün istiqamətdə bir neçə addım” atılsa da, hələlik konkret razılaşma əldə olunmayıb.

Məlumata görə, ABŞ-ın Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək niyyəti müzakirə edilir və tərəflər yanvar ayından bəri bir neçə görüş keçirib.

Qrenlandiya və Danimarka rəsmiləri isə adanın statusu ilə bağlı istənilən dəyişikliklərin geniş ictimai və siyasi müzakirə tələb etdiyini bildirirlər.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Serbiya NATO ilə ilk hərbi təlimlərini keçirir  

Serbiya tarixində ilk dəfə olaraq NATO ölkələri ilə birgə hərbi təlimlər keçirib. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, respublikanın Müdafiə Nazirliyi öz saytında məlumat verib.Bəyanatda deyilir: "NATO-Serbiya adlanan təlimdə Serbiya Ordusu və İtaliya, Rumıniya və Türkiyə silahlı qüvvələrindən təxminən 600 hərbçi, eləcə də Böyük Britaniya, İtaliya, Almaniya, Rumıniya, ABŞ, Serbiya, Türkiyə, Fransa və Monteneqrodan olan hərbi planlaşdırıcılar və müşahidəçilər iştirak edir".Təlimlərə Serbiyanın Üçüncü Ordu Briqadasının komandir müavini polkovnik Branislav Stevanoviçin rəhbərlik etdiyi dəqiqləşdirilir.Təlimlər taktiki səviyyədə keçirilir və 23 maya qədər davam edəcək. Departamentin məlumatına görə, təlimlər nəticəsində Serbiya və NATO əsgərlərinin "təcrübə mübadiləsi" apara və birgə əməliyyat bacarıqlarını inkişaf...

13 May 2026, 11:32

Tayland hantavirus səbəbindən turistlərə qarşı yoxlamaları sərtləşdirir

Tayland hakimiyyəti hantavirus riskinə görə Cənubi Amerikadan gələn turistlər üçün sərhəd yoxlamalarını sərtləşdirib.Citypost.az “The Nation”a istinadən xəbər verir ki, 13 Cənubi Amerika ölkəsindən gələn sərnişinlər xüsusi tibbi nəzarətdən keçirilir.İndiyədək 470 turist yoxlanılıb və heç birində virusa yoluxma faktı aşkarlanmayıb.Məlumata görə, Argentinadan Kabo-Verdeyə gedən Hollandiyaya məxsus kruiz gəmisində hantavirusla bağlı ölüm hallarının qeydə alınması fonunda Ümumdünya Səhiyyə Təşkilatı 11 yoluxma və 3 ölüm barədə məlumat yayıb.Yeganə...

13 May 2026, 11:26

Axtarılan qaçaq maliyyəçi Trampdan əfv istəyir

Malayziyada 1MDB dövlət investisiya fondu ilə bağlı korrupsiya qalmaqalında iştirakda ittiham olunan qaçqın maliyyəçi, ABŞ prezidenti Donald Trampdan əfv istəyib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,  “Jho Low” kimi tanınan iş adamı Low Taek Jho ABŞ Ədliyyə Nazirliyinə müraciət edərək “cəza müddəti bitdikdən sonra əfv” olunmasını xahiş edib. O, 1MDB fondu ilə bağlı milyardlarla dolların mənimsənilməsi işində ittiham olunur.İddialara görə, Low 2009–2015-ci illər arasında fond rəsmiləri ilə birlikdə 4,5 milyard dollardan çox vəsaitin yönləndirilməsində iştirak edib. O, ittihamları rədd etsə də, hazırda azadlıqdadır və uzun illərdir axtarışdadır.1MDB qalmaqalı Malayziya siyasətinə ciddi təsir göstərib və bir sıra yüksək vəzifəli şəxslərin, o...

13 May 2026, 11:20

Şahzadə Ketrin xərçəngdən sonra ilk xarici səfərinə çıxdı

Böyük Britaniya şahzadəsi Ketrin xərçəng diaqnozundan sonra ilk rəsmi xarici səfərinə çıxıb.Citypost.az France24-ə istinadən xəbər verir ki,şahzadə İtaliyaya iki günlük səfər edərək erkən uşaqlıq inkişafı sahəsinə həsr olunmuş proqramlarda iştirak edir. Bu, onun 2024-cü ildə xərçəng xəstəliyi diaqnozu qoyulduqdan sonra həyata keçirdiyi ilk rəsmi xarici səfər kimi qeydə alınıb.Səfər çərçivəsində Ketrin uşaqların erkən təhsili və inkişafı ilə bağlı beynəlxalq təcrübələrin öyrənilməsinə yönəlmiş tədbirlərə qatılır. O, xüsusilə “Reggio Emilia” yanaşmasının tətbiqi və bu modelin uşaqların inkişafına təsiri ilə bağlı müzakirələrdə iştirak edəcək.Kensington sarayının məlumatına görə, şahzadənin səfəri onun erkən uşaqlıq dövrü üzrə apardığı fəaliyyətlərin davamı kimi qiymətləndirilir. Bildirilir ki, Ketrin 2025-ci...

13 May 2026, 11:18

Kuba XİN rəhbəri ABŞ-ın 100 milyon dollarlıq yardım vədini “yalan” adlandırıb

Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya ABŞ-ın ölkəyə guya 100 milyon dollar humanitar yardım təklif etməsi ilə bağlı məlumatları “uydurma” adlandırıb.Xarici medianın məlumatına görə, nazir bildirib ki, bu yardım barədə Kubada heç kimin məlumatı yoxdur.O, ABŞ dövlət katibi Marko Rubionun açıqlamalarını “100 milyon dollarlıq yalan” kimi qiymətləndirib və vəsaitin kim tərəfindən, hansı formada və hansı məqsədlə veriləcəyini sual edib.Rodriqes Parrilya həmçinin ABŞ-ı Kubaya qarşı yanacaq blokadasını aradan qaldırmağa çağırıb. (APA)...

13 May 2026, 08:45

Fitso: Veto hüququnun ləğvi Aİ-nin sonunun başlanğıcı ola bilər

Slovakiyanın Baş naziri Robert Fitso hesab edir ki, Avropa İttifaqında üzv ölkələrin veto hüququnun ləğvi birliyin dağılmasının başlanğıcı ola bilər.Citypost.az xəbər verir ki, Fitso bu barədə Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşündə danışıb.“Slovakiya üçün bu prinsipial məsələdir. Əsas mövzularda veto hüququnun ləğvi Avropa İttifaqının sonunun başlanğıcı olar”, – deyə Baş nazir bildirib.Hökümət başçısı qeyd edib ki, Slovakiya yeni ölkələrin Aİ-yə qəbulunu dəstəkləyir, lakin namizəd dövlətlər bütün tələbləri yerinə yetirməlidirlər.O, eyni zamanda Brüsselin Serbiyaya münasibətdə ədalətsiz yanaşdığını düşündüyünü də vurğulayıb. (APA)...

13 May 2026, 08:33