Xankəndi şəhərinin baş planı bu tarixdə təqdim ediləcək
Cəmiyyət 13 May 2026, 14:31
240
Xankəndi Qarabağın əsas şəhərlərindən biri olacaq.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
Həmçinin oxuyun
Xankəndidə keçirilən Milli Biznesin İnkişafı Forumunda çıxış edən E. Yusubov bildirib ki, şəhərin baş planı yaxın vaxtlarda hazır olacaq və bu barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək: “Hazırda şəhərin inkişaf konsepsiyası qərb şirkətləri tərəfindən hazırlanır. Plan çərçivəsində Xankəndinin “gənclər şəhəri” kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Şəhərdə təhsil və sosial infrastrukturun genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Xüsusilə, Qarabağ Universiteti üçün geniş ərazi ayrılıb və burada təhsil alan tələbələr üçün müasir, rahat şəraitin yaradılması planlaşdırılır. Eyni zamanda burada tələbə və müəllim heyətinin ümumi şəhər əhalisinin təxminən 12–15 faizini təşkil edəcəyi qeyd olunur. Layihəyə əsasən, Xankəndi şəhərinin gələcəkdə təxminən 80 min nəfərlik əhaliyə malik müasir şəhər kimi formalaşdırılması nəzərdə tutulur. Bir sözlə, Xankəndi müasir şəhərə çevriləcək və burada həyata keçirilən bütün layihələr şəhərin qısa zamanda dayanıqlı inkişafına uyğun şəkildə icra olunur”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Slovakiya Prezidenti iyulda Azərbaycana səfər edəcək
Rixard Raşinin bu səfəri Azərbaycan və Slovakiya arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə birgə mətbuat konfransında deyib.“Bu gün apardığımız müzakirələrdə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi ilə bağlı ortaq fikrə sahibik”, - Sahibə Qafarova bildirib.Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Milli Məclisin sədri ölkələr arasında iqtisadi, ticari, enerji, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdiyini, humanitar sahədə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulayıb.Sahibə Qafarova bu gün parlamentlər arasında əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumuna diqqət çəkərək, bu sənədin parlamentlər arasında daha çox...
13 May 2026, 13:50
İyunun 1-də yaz imtahan sessiyası başlayır
Elm və təhsil naziri Emin Əmrullayev Ali və orta ixtisas təhsili müəssisələrində 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.Bu barədə Citypost.az-a Nazirlikdən məlumat verilib.Əmrdə qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsilalma forması üzrə 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası 1 iyun tarixində başlamaqla 5 həftə müddətində keçiriləcək.Ali və orta ixtisas təhsili müəssisələrində qiyabi təhsilalma forması üzrə imtahan sessiyalarının keçirilmə vaxtı ali və orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyən ediləcək və 1 həftə müddətində keçiriləcək.Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını,...
13 May 2026, 13:40
Zəvvarların səfər qrafikləri məlum olub
Həcc ziyarətinə hər biri 4 qrupdan ibarət olmaqla, ümumilikdə, zəvvarları daşıyacaq 7 təyyarə yola düşəcək.Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.O bildirib ki, hər biri 180 nəfərdən ibarət birinci və ikinci zəvvar təyyarəsi mayın 17-də, üçüncü və dördüncü zəvvar təyyarələri mayın 18-də, beşinci və altıncı zəvvar təyyarələri mayın 19-da, yeddinci zəvvar təyyarəsi isə mayın 21-də Həcc ziyarətinə yola düşəcək: “Hər təyyarədə 4 zəvvar qrupu olacaq. Səhər və axşam olmaqla, gündə iki təyyarə yola düşəcək, mayın 21-i isə bir təyyarə yola düşəcək. Onlar ilk olaraq Ciddə şəhərində düşüb, avtobuslarla...
13 May 2026, 13:26
İSTİRAHƏT ZAMANI DÜNYASINI DƏYİŞƏN SİYASƏTÇİ...
Sirus Xudadat oğlu Təbrizli 1942-ci il mayın 9-da Təbriz şəhərində doğulub. Ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi.Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu - 90-cı illərin əvvəlində Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başlayır.1992-ci ildə Sirus Təbrizlinin də daxil olduğu və tarixə "91-lər" olaraq düşən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan...
13 May 2026, 13:11
Elxan Əzizov yüksək vəzifəyə təyin olundu
Elxan Əzizov “AzInTelecom” MMC-nin baş direktoru təyin edilib.Citypost.az “apa.az”a istinadla xəbər verir ki,E.Əzizov bu təyinata qədər qurumda baş direktor vəzifəsinin müvəqqəti icraedicisi olub. Xatırladaq ki, ötən ilin oktyabr ayında “AzInTelecom”un idarəetmə strukturunda dəyişiklik edilib. Bununla qurum kollektiv idarəetmə formasından fərdi idarəetmə sisteminə keçib. Yeni struktura əsasən qurumda İdarə Heyəti, İdarə Heyətinin sədri və onun üzvləri vəzifələri ləğv edilib. Nəticədə İdarə Heyətinin sədri vəzifəsini baş direktor vəzifəsi ilə əvəzlənib....
13 May 2026, 12:58
Bu tarixdə Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
13 May 2026, 12:45