Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
Cəmiyyət 14 May 2026, 11:30
466
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib.
Bu barədə Citypost.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb.
Həmçinin oxuyun
Qeyd olunub ki, respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin may ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Akif İslamzadə xəstəxanadan evə buraxılıb
Akif İslamzadə müalicə aldığı xəstəxanadan evə buraxılıb.Bu barədə APA-ya müğənninin özü məlumat verib."Dünən evə buraxılmışam, özümü yaxşı hiss edirəm", - Akif İslamzadə bildirib.Qeyd edək ki, o, bir neçə gün öncə səhhətində yaranan problemlər səbəbilə Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.
14 May 2026, 11:25
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Prezident İlham Əliyev Paraqvay Prezidenti Santyaqo Penyanı təbrik edib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli cənab Prezident,Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq münasibətlərinin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm"....
14 May 2026, 11:02
Xor, vokal və balaban ixtisasları üzrə tədris proqramları yenilənib
Xor, vokal və balaban ixtisasları üzrə tədris proqramları yenilənibCitypost.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.Qeyd edilib ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir.Bildirilib ki, Mərkəz tərəfindən daha öncə fortepiano, violin, tar, kamança, qanun, qarmon ixtisasları üzrə tədris proqramları hazırlanıb.Prosesin davamı olaraq xor, vokal və balaban sinifləri üçün tədris proqramları müasir tələblərə uyğunlaşdırılaraq yenilənib....
14 May 2026, 10:43
Ədalət Verdiyev: Ermənistan silahları “metallom”dur
Fransa növbəti dəfə Cənubi Qafqazda yerləşmək ucun fəaliyyətlətini intensivləsdirib. Bu məqsədlə zəif bənd olaraq Ermənistan seçilib. Əslində Fransa Birinci Dünya Müharibəsindən sonra, daha dəqiq desək 1918-1921-ci illərdə Ermənistanın təhlükəsizliyinə zəmanət vermək bəhanəsi ilə Cənubi Qafqazda yerləşmişdi. Təhlükəsizlik zəmanətiəri barədə qondarma ölkəyə vəd də vermişdi, sənəd də imzalamışdı. Bu "zəmanət" məsələsi ermənilərdən Fransanın regional maraqları naminə istifadəsi və Ermənistanın ağır itkiləri ilə yadda qaldı.İndi də sanki eyni tarix, eyni ssenari eyni ardıcıllıqla təkrarlanır. Tək fərq ondan ibarətdir ki, Azərbaycan o dövrdəki Azərbaycan deyil, regionda Fransa deyil, Türk Dövlətləri Təşkilatı söz sahibidir, "Şuşa Bəyannaməsi" isə istənilən pis niyyəti beşiyində boğmağa imkan verir. Odur...
14 May 2026, 10:31
Fərhad Mehdiyevdən yol nişanlanmasına etiraz
Fərhad Mehdiyev yol nişanlanmaları və sürücülərə tətbiq olunan cərimələrlə bağlı narazılığını ifadə edib.Citypost.az xəbər verir ki, Beynəlxalq hüquq üzrə professor sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, avtomobil yollarının nişanlanması hələ də köhnə sovet yanaşmasına uyğun şəkildə yetərsiz qalır.O qeyd edib ki, yollarda nişanların əsasən asfalt üzərində çəkilməsi sürücülər üçün ciddi problemlər yaradır. Professorun sözlərinə görə, xüsusilə sıx nəqliyyat şəraitində sürücülərin yerdəki istiqamət nişanlarını görməsi mümkün olmur. Halbuki sürücülərin görə biləcəyi əsas nişanlar yol kənarındakı dirəklərdə yerləşdirilməlidir.Fərhad Mehdiyev bildirib ki, bəzi hallarda yerdə yalnız “düzünə hərəkət” işarəsi olduğu halda, dirək üzərində “düzünə və sağa” istiqamətini göstərən nişan yerləşdirilir və sürücülər...
14 May 2026, 10:23
İlham Əliyev Ağakərim Səmədzadəyə vəzifə verdi
Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.Citypost.az xəbər verir ki, Prezidenti İlham Əliyev bununla əlaqədar Sərəncam imzalayıb.A.Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.O, bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.
14 May 2026, 10:21