Azərbaycanda bunu edənlər 1500 manat cərimə olunacaq — VƏKİL DETALLARI AÇIQLADI
Hüquq 14 May 2026, 12:01
383
Azərbaycanda bu şəxslər CƏRİMƏLƏNƏCƏK!—Yeni qaydalar AÇIQLANDI
Xüsusi icra məmurları ilə bağlı qanunvericiliyə yeni dəyişikliklər təklif edilir. Təklif olunan qaydalara əsasən, and içmədən və rəsmi reyestrə daxil olunmadan fəaliyyət göstərən şəxslər 1500 manatadək cərimələnəcək.
Bundan başqa, xüsusi icra məmuruna məxsus geyim formasını və ya rəsmi nişanını qanunsuz şəkildə istifadə edən şəxslər 700 manatadək cərimə ediləcək. Reyestrdəki məlumatlarda dəyişiklik olduqda bu barədə vaxtında məlumat verməyən xüsusi icra məmurlarına isə 500 manat məbləğində cərimə tətbiqi nəzərdə tutulur.
Vəkil Emil Aslanov mövzu ilə bağlı Oxu24.com-a verdiyi açıqlamada bildirib ki, həmin qanunla xüsusi icra məmuru məhkəmələrin və digər orqanların qərarlarının icrasını həyata keçirmək üçün şəhadətnamə almış fiziki şəxslər olacaqdır.
Vəkil qeyd edib ki, həmin şəxslər məcburi icra orqanı statusuna malik olacaqlar. Onlar onlar fəaliyyətini peşəkar əsaslarla həyata keçirməli, dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmədən peşə fəaliyyətini həyata keçirərkən müstəqil və yalnız qanuna tabe olan şəxslər olacaqdır.
Bəs xüsusi icra məmurunun geyim və nişanından qanunsuz istifadə halları nə qədər təhlükəlidir və bu cür hallar hansı hüquqi nəticələrə yol açır?
Vəkil Emil Aslanov açıqlamasında xəbərdarlıq edir ki, həmin qanunun pozulması artıq ciddi inzibati məsuliyyətə səbəb olacaq. O bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 528-prim 3-cü maddəsinə uyğun olaraq, xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına görə aşağıdakı sanksiyalar tətbiq ediləcək:
“528-prim 3.1-ci maddəyə uyğun olaraq, xüsusi icra məmuru haqqında qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar xüsusi icra məmurlarının reyestrinə daxil olmayan şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə şəxslər 1500 manat məbləğində cərimə ediləcəklər”.
Həmçinin oxuyun
Vəkil xüsusi olaraq vurğulayıb ki, 528-prim 3.2-ci maddəyə əsasən, xüsusi icra məmurunun vahid geyim formasını və ya xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə həmin geyim və ya nişan müsadirə edilməklə, şəxslər 500 manatdan 700 manatadək məbləğdə cərimə olunacaqlar.
Həmçinin, o qeyd edib ki, 528-prim 3.3-cü maddəyə görə, reyestr məlumatlarında baş vermiş dəyişikliklər haqqında 3 iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinə görə 500 manat məbləğində cərimə nəzərdə tutulur:“528-prim 3.4-cü maddəyə əsasən, barəsindəki məlumatlar reyestrə daxil edilmədən xüsusi icra məmurunun köməkçisi kimi fəaliyyətə başlanılmasına görə xəbərdarlıq edilir və ya 500 manat məbləğində cərimə tətbiq olunur.
528-prim 3.5-ci maddəyə əsasən, xüsusi icra məmurunun köməkçisinin müstəqil olaraq xüsusi icra məmurunun fəaliyyəti ilə məşğul olmasına və ya icra hərəkətlərini həyata keçirməsinə görə 1500 manat məbləğində cərimə müəyyən edilib”.
Emil Aslanovun sözlərinə görə, 528-prim 3.6-cı maddəyə əsasən, icra sənədlərinin icrası ilə bağlı xüsusi icra məmurunun qanuni fəaliyyətinə müdaxilə edilməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər isə 800 manatdan 1200 manatadək məbləğdə cərimə ediləcəklər.
Vəkil əlavə edib ki, 528-prim 3.7-ci maddəyə əsasən, xüsusi icra məmurları tərəfindən dövlət və digər informasiya ehtiyatlarından icra hərəkətləri ilə əlaqədar zəruri olmayan məlumatların əldə edilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulur
Vəkil Emil Aslanov sonda vurğulayıb ki, bütün bu qanun pozuntuları artıq İnzibati Xətalar Məcəlləsi ilə öz əksini tapmışdır və qanunu pozanlar üçün ciddi inzibati məsuliyyət yaradacaqdır.
Çimnaz Telmanqızı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bütün əmlak bir uşağa vəsiyyət edilibsə, digər uşaqların hüququ varmı?
Vərəsəlik məsələlərində ən çox mübahisə doğuran hallardan biri vəsiyyət edən şəxsin bütün əmlakını yalnız bir uşağa vəsiyyət etməsidir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu halda belə digər ailə üzvlərinin hüquqları tamamilə aradan qalxmır.Mütəxəssislər bildirirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəllə-nə əsasən “məcburi pay” institutu mövcuddur. Bu norma müəyyən yaxın qohumların — xüsusilə uşaqların, valideynlərin və həyat yoldaşının — vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasdan müəyyən hissəni tələb etməsinə imkan verir.Hüquqşünasların izahına görə, əgər vəsiyyət edən şəxs bütün əmlakını yalnız bir övladına vəsiyyət edibsə, digər uşaqlar qanunla nəzərdə tutulmuş “məcburi pay” hüququndan istifadə edə bilərlər. Bu hüquq onların tamamilə mirasdan məhrum edilməsinin...
14 May 2026, 10:35
Əmək haqqının gecikdirilməsi: qanun nə deyir?
Əmək münasibətlərində ən çox rast gəlinən problemlərdən biri əmək haqqının gecikdirilməsidir. Hüquqşünasların sözlərinə görə, bu hal Azərbaycan Respublikasının əmək qanunvericiliyində ciddi şəkildə tənzimlənir və işçinin hüquqlarının pozulması hesab olunur.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, Əmək Məcəlləsi-nə əsasən əmək haqqı işçiyə vaxtında ödənilməlidir. İşəgötürənin təqsiri üzündən əmək haqqının gecikdirilməsi baş verərsə, işçiyə hər gecikdirilən gün üçün əlavə kompensasiya ödənilməsi nəzərdə tutulur.Hüquqşünasların açıqlamasına görə, bu əlavə ödəniş adətən gecikdirilən məbləğin müəyyən faizi həcmində hesablanır və məqsəd işçinin maddi zərərinin kompensasiya olunmasıdır. Bu mexanizm işəgötürənlərin ödəniş intizamına əməl etməsini təmin etmək üçün hüquqi təminat rolunu oynayır.Ekspertlər qeyd edirlər ki, əmək haqqının mütəmadi...
14 May 2026, 08:44
Vərəsəlikdən imtina ərizəsini geri götürmək mümkündürmü?
Hüquqşünasların sözlərinə görə, vərəsəlikdən imtina barədə verilmiş ərizə geri götürülə bilməzCitypost.az xəbər verir ki, vərəsəlik məsələləri ilə bağlı vətəndaşların ən çox ünvanladığı suallardan biri də mirasdan imtina etdikdən sonra həmin qərarın dəyişdirilməsinin mümkün olub-olmaması ilə bağlıdır.Hüquqşünasların sözlərinə görə, bəzi hallarda şəxslər ailədaxili münasibətlər, emosional qərarlar və ya müxtəlif səbəblərlə notariat qaydasında vərəsəlikdən imtina barədə ərizə verirlər. Lakin müəyyən müddət keçdikdən sonra peşman olaraq həmin ərizəni geri götürmək istəyirlər.Mütəxəssislər bildirirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi bu məsələni konkret şəkildə tənzimləyir. Qanunvericiliyə əsasən, vərəsəlikdən imtina barədə notariat qaydasında verilmiş ərizə geri götürülə bilməz.Hüquqşünasların fikrincə, mirasdan imtina edən şəxs həmin əmlak üzərindəki pay...
13 May 2026, 10:58
Elektrik xətti torpağın özəlləşdirilməsinə maneə deyil - ŞAD XƏBƏR
Torpaq münasibətləri sahəsində vətəndaşların qarşılaşdığı əsas problemlərdən biri də torpaq sahələrinin özəlləşdirilməsi zamanı müxtəlif səbəblərlə imtina cavablarının verilməsidir. Xüsusilə torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi bəhanə gətirilərək müraciətlərin rədd olunması son dövrlər daha çox müzakirə edilir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bəzi hallarda vətəndaş torpaq sahəsinin özəlləşdirilməsi və ya mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün aidiyyəti quruma müraciət edir. Lakin həmin qurum torpaq sahəsinin müəyyən hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyini əsas gətirərək müraciəti təmin etməkdən imtina edir.Mütəxəssislər bildirirlər ki, belə imtinalar bir çox hallarda qanunvericiliyin tələblərinə uyğun olmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər...
13 May 2026, 10:01
Nikahdankənar doğulan uşaq vərəsə ola bilərmi?
Vərəsəlik hüququ ilə bağlı vətəndaşların ən çox ünvanladığı suallardan biri də nikahdankənar doğulan uşağın miras hüququna sahib olub-olmaması ilə bağlıdır.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, nikahdankənar doğulan uşaqlar da qanunvericiliyə əsasən vərəsə olmaq hüququna malikdirlər. Lakin bunun üçün əsas şərt uşağın atalıq faktının qanunla müəyyən edilmiş qaydada təsdiqlənməsidir.Mütəxəssislər bildirirlər ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi və müvafiq hüquqi normalara əsasən, atalıq könüllü qaydada tanındıqda və ya məhkəmə qərarı ilə müəyyən edildikdə, həmin uşaq digər övladlarla eyni hüquqlara malik olur.Hüquqşünasların fikrincə, atalıq faktı rəsmən müəyyən edildikdən sonra nikahdankənar doğulan uşağın miras hüququ məhdudlaşdırıla bilməz.Belə uşaqlar da digər vərəsələr kimi qanun üzrə...
13 May 2026, 08:44
İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya necə alınır?
Bəzi iş yerlərində işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya düşmədiyi bildirilir.Citypost.az xəbər verir ki, hüquq mütəxəssisləri isə qeyd edirlər ki, bu məsələ əmək qanunvericiliyində konkret şəkildə tənzimlənir və bir çox hallarda işçinin həmin ödənişi tələb etmək hüququ var.Mütəxəssislərin sözlərinə görə, əmək müqaviləsinə xitam verildiyi zaman işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə mütləq kompensasiya ödənilməlidir. Bu, işçinin qanunla qorunan hüquqlarından biridir və işəgötürən həmin ödənişi verməkdən imtina edə bilməz.Hüquqşünaslar bildirirlər ki, bəzi hallarda işçilər illərlə məzuniyyətə buraxılmır və sonradan onlara “kompensasiya düşmür” cavabı verilir. Halbuki əmək qanunvericiliyinə əsasən, istifadə edilməmiş məzuniyyət günləri üzrə kompensasiya hesablanmalı və işçiyə ödənilməlidir.Ekspertlər əlavə edirlər...
12 May 2026, 12:55