Ülviyyə Həmzəyeva yenidən Rəssamlar Birliyinin sədri seçildi
Cəmiyyət 26 May 2026, 11:49
689
25 may, 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin VI Konfransı keçirilib. Konfransda Birliyin son beş illik fəaliyyəti geniş müzakirə olunub, görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Citypost.az xəbər verir ki, Konfransda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın hesabat məruzəsi dinlənilib. Məruzədə son beş il ərzində Birlik tərəfindən həyata keçirilən yerli və beynəlxalq sərgilər, plenerlər, ustad dərsləri, yubiley tədbirləri, onlayn layihələr və müxtəlif yaradıcılıq proqramları haqqında geniş məlumat verilib. Bildirilib ki, hesabat dövründə Naxçıvan rəssamlıq məktəbinin tanıdılması, gənc istedadların üzə çıxarılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli təsviri sənətimizin təbliği istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Konfrans iştirakçıları Birliyin son beş illik fəaliyyətini və sədr Ülviyyə Həmzəyevanın hesabat məruzəsini yüksək qiymətləndiriblər. Çıxış edənlər qeyd ediblər ki, son illər ərzində Naxçıvan Rəssamlar Birliyi muxtar respublikanın mədəni həyatında fəal iştirak edən, beynəlxalq əlaqələri genişlənən və gənc yaradıcı nəslin formalaşmasına mühüm töhfələr verən nüfuzlu sənət təşkilatına çevrilib.
Konfrans çərçivəsində təşkilati məsələlərə də baxılıb. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədr seçkisi açıq səsvermə yolu ilə keçirilib. Konfrans iştirakçıları yekdilliklə Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın namizədliyini dəstəkləyərək onu yenidən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri seçiblər.
Həmçinin oxuyun
Ülviyyə Həmzəyeva çıxış edərək ona göstərilən yüksək etimada görə konfrans iştirakçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, bundan sonra da Naxçıvan rəssamlıq məktəbinin inkişafı, gənc rəssamların dəstəklənməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli təsviri sənətimizin təbliği istiqamətində fəaliyyət daha da gücləndiriləcəkdir.


Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 4-də Qazax rayonunda növbəti vətəndaş qəbulu və Ağstafada polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.DİN-in mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinləri iştirak edə bilərlər.Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.06.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı...
26 May 2026, 12:13
Bp-nin regional prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb
Bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli cənab Prezident.bp şirkəti adından Sizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.Azərbaycanda dünya miqyaslı enerji layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməkdən qürur duyuruq. Bu layihələrin uğurlu icrasında Sizin davamlı dəstəyiniz, həmçinin SOCAR və Azərbaycan Hökuməti ilə qurulmuş etibarlı və strateji tərəfdaşlıq münasibətləri mühüm rol oynayır.Biz SOCAR ilə uzunmüddətli tərəfdaşlığımızın qarşıdakı onilliklər ərzində daha da genişlənərək həm Xəzər regionunda, həm də onun hüdudlarından kənarda yeni əməkdaşlıq imkanları yaradacağına əminik.bp olaraq, Azərbaycanın enerji...
26 May 2026, 12:05
Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirib
Millət vəkili Pərvanə Vəliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika kollecinin tədris binasında kollecin tələbə və müəllim heyəti ilə görüş keçirmiş və onlarla müzakirələr aparmışdır. Citypost.az xəbər verir ki, deputat həmçinin, kollecin tələbələrinin müxtəlif mövzularda, o cümlədən, Azərbaycanın xarici siyasəti, gənclər siyasəti, qanunverici orqanın fəaliyyəti ilə bağlı suallarını cavablayıb.Sonda millət vəkili Pərvanə Vəliyeva bu cür səmərəli və maraq doğuran görüşlərin mütəmadi keçirilməsinin ölkə gəncləri üçün faydalı olduğunu vurğulamış və bu görüşün təşkili üçün şərait yaratdıqlarına görə kollecin direktoru dosent Ata Babayevə və kollecin kollektivinə öz təşəkkürünü bildirmişdir....
26 May 2026, 11:25
FHN: Yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir
Son günlər bəzi ərazilərdə yağan intensiv yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.Məlumata görə, hazırda Zərdab rayonu ərazisində Nazirliyin Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən müvafiq təhlükəsizik tədbirləri görülür, o cümlədən suçəkmə işləri həyata keçirilir.
26 May 2026, 10:59
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.Citypost.az xəbər verir ki, artıq bununla bağlı deputatlardan imzalar toplanılıb.Parlamentin növbədənkənar sessiyasının iyun ayında keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır....
26 May 2026, 10:42
DMX Bakı-Tbilisi sərnişin qatarı ilə səfər edən əcnəbilərə müraciət edib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında Bakı – Tbilisi – Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışı 2026-cı il 25 may saat 00:00-dan etibarən bərpa edilib.Bu barədə Citypost.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.Bildirilib ki, bu marşrut üzrə Azərbaycan Respublikasının ərazisinə səfər edən və səfər müddəti bitdikdən sonra ölkə ərazisini tərk edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlı olmaları zəruridir."Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinə əsasən ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan...
26 May 2026, 10:10