Bizə yazın

Baku

-°C

USD

-

Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirib

Cəmiyyət 26 May 2026, 11:25

488

Millət vəkili Pərvanə Vəliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika kollecinin tədris binasında kollecin tələbə və müəllim heyəti ilə görüş keçirmiş və onlarla müzakirələr aparmışdır. 

Citypost.az xəbər verir ki, deputat həmçinin, kollecin tələbələrinin müxtəlif mövzularda, o cümlədən, Azərbaycanın xarici siyasəti, gənclər siyasəti, qanunverici orqanın fəaliyyəti ilə bağlı suallarını cavablayıb.

Sonda millət vəkili Pərvanə Vəliyeva bu cür səmərəli və maraq doğuran görüşlərin mütəmadi keçirilməsinin ölkə gəncləri üçün faydalı olduğunu vurğulamış və bu görüşün təşkili üçün şərait yaratdıqlarına görə kollecin direktoru dosent Ata Babayevə və kollecin kollektivinə öz təşəkkürünü bildirmişdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bp-nin regional prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb 

Bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli cənab Prezident.bp şirkəti adından Sizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.Azərbaycanda dünya miqyaslı enerji layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməkdən qürur duyuruq. Bu layihələrin uğurlu icrasında Sizin davamlı dəstəyiniz, həmçinin SOCAR və Azərbaycan Hökuməti ilə qurulmuş etibarlı və strateji tərəfdaşlıq münasibətləri mühüm rol oynayır.Biz SOCAR ilə uzunmüddətli tərəfdaşlığımızın qarşıdakı onilliklər ərzində daha da genişlənərək həm Xəzər regionunda, həm də onun hüdudlarından kənarda yeni əməkdaşlıq imkanları yaradacağına əminik.bp olaraq, Azərbaycanın enerji...

26 May 2026, 12:05

Ülviyyə Həmzəyeva yenidən Rəssamlar Birliyinin sədri seçildi

25 may, 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin VI Konfransı keçirilib. Konfransda Birliyin son beş illik fəaliyyəti geniş müzakirə olunub, görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb.Citypost.az xəbər verir ki, Konfransda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın hesabat məruzəsi dinlənilib. Məruzədə son beş il ərzində Birlik tərəfindən həyata keçirilən yerli və beynəlxalq sərgilər, plenerlər, ustad dərsləri, yubiley tədbirləri, onlayn layihələr və müxtəlif yaradıcılıq proqramları haqqında geniş məlumat verilib. Bildirilib ki, hesabat dövründə Naxçıvan rəssamlıq məktəbinin tanıdılması, gənc istedadların üzə çıxarılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli təsviri sənətimizin təbliği...

26 May 2026, 11:49

FHN: Yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir

Son günlər bəzi ərazilərdə yağan intensiv yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.Məlumata görə, hazırda Zərdab rayonu ərazisində Nazirliyin Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən müvafiq təhlükəsizik tədbirləri görülür, o cümlədən suçəkmə işləri həyata keçirilir.

26 May 2026, 10:59

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq 

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.Citypost.az xəbər verir ki, artıq bununla bağlı deputatlardan imzalar toplanılıb.Parlamentin növbədənkənar sessiyasının iyun ayında keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır....

26 May 2026, 10:42

DMX Bakı-Tbilisi sərnişin qatarı ilə səfər edən əcnəbilərə müraciət edib  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında Bakı – Tbilisi – Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışı 2026-cı il 25 may saat 00:00-dan etibarən bərpa edilib.Bu barədə Citypost.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.Bildirilib ki, bu marşrut üzrə Azərbaycan Respublikasının ərazisinə səfər edən və səfər müddəti bitdikdən sonra ölkə ərazisini tərk edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlı olmaları zəruridir."Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinə əsasən ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan...

26 May 2026, 10:10

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 

Fövqəladə Hallar Nazirliyi Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.FHN-dən Citypost.az-a verilən məlumata görə, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.Əmrə əsasən, Qurban bayramı və 28 May – Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib....

26 May 2026, 10:01