Bizə yazın

Baku

-°C

USD

-

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub 

Cəmiyyət 28 May 2026, 13:30

248

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə "GP Safety" MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib.

Citypost.az xəbər verir ki, "GP Safety" MMC-nin təsisçisi Hikmət Əsədov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır.

Onun yaradılmasına dövlət dəstəyi də göstərilib. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat ƏDV-dən azadolma tətbiq edilib.

Qeyd edək ki, bu müəssisənin yaradılması Xankəndidə yüngül sənaye sahəsinin inkişafına töhfə verməklə yanaşı, şəhərin iqtisadi potensialının bərpasında da rol oynayacaq. Bu cür sənaye infrastrukturunun yaradılması yerli əhalinin işlə təmin olunmasına şərait yaradır, həm daxili bazarın tələbatını ödəməyə, həm də ixracyönümlü istehsalın həcmini artırmağa xidmət edir. Bütün bu işlər Azərbaycan dövlətinin Qarabağın iqtisadi potensialının bərpası, onun möhkəmləndirilməsi və müxtəlif təyinatlı məhsul istehsalının təşkili istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların bir hissəsidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İsveç Ukraynaya "Gripen" qırıcıları hədiyyə edəcək 

İsveç Ukraynaya bir neçə “Gripen” qırıcı təyyarəsi hədiyyə edir.APA xəbər verir ki, bu qərarı İsveçin Baş naziri Ulf Kristersson bu gün Uppland Hava Bazasında açıqlayıb.Eyni zamanda, daha yeni “Gripen E” modellərinin gələcəkdə satışına dair danışıqlar Ukrayna Prezidenti Volodimir Zelenskinin bu gün İsveçə baş tutacaq rəsmi səfəri zamanı aparılacaq.İsveç hökumətinin məlumatına görə, görüş zamanı aviasiya sahəsinə dair yeni xəbərlər açıqlanacaq.Qeyd olunur ki, bu satışın Avropa İttifaqının 90 milyard avroluq kredit paketi hesabına maliyyələşdirilməsi planlaşdırılır.Kristersson və Zelenski ötən il İsveçin Ukraynaya 150-yə qədər yeni Saab JAS 39 “Gripen E” modelinin satışını nəzərdə tutan niyyət məktubu imzalamışdılar.Bu təyyarələr Ukrayna üçün prioritet hesab edilir....

28 May 2026, 14:45

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb 

Azərbaycanda mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-20°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 60-65 faiz olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı...

28 May 2026, 14:35

Yəmənin sabiq prezidenti Səudiyyə Ərəbistanında vəfat edib 

Yəmənin sabiq Prezidenti Əbül Rəbbuh Mənsur Hadi Səudiyyə Ərəbistanında vəfat edib.Bu barədə AFP agentliyi Yəmən prezidentliyindəki mənbəyə istinadən məlumat yayıb.Məlumata görə, 80 yaşlarında olan Hadi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda qəfil sağlamlıq problemi nəticəsində ölüb.Hadi 2015-ci ildə Yəməndə vətəndaş müharibəsi başlayandan sonra ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığınmışdı. Müharibə İranın dəstəklədiyi husilərlə hökumət qüvvələri və Səudiyyə koalisiyası arasında başlamışdı. (APA)

28 May 2026, 14:30

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə mayın 28-də Xankəndi şəhərindəki Zəfər parkında ucaldılan Zəfər tağının önünə gül dəstələri düzüb.

28 May 2026, 14:25

Xocalıda "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində "Qarabağ Tekstil Evi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib.Citypost.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Qarabağ Tekstil Evi" MMC-nin təsisçisi Rizvan Təhməzov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.Bildirildi ki, Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq. İlkin mərhələdə müəssisədə müxtəlif çeşiddə və ölçülərdə ev tekstili məhsulları, o cümlədən yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsulların istehsalı nəzərdə tutulur. Xammal tədarükü əsasən daxili bazar hesabına təmin ediləcək müəssisəyə, eyni zamanda, Türkiyə, Özbəkistan və Çindən də xammal idxal...

28 May 2026, 14:12

Ukrayna səfiri Azərbaycanı təbrik edib 

Ukrayna səfiri Yuri Husyev Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.“Müstəqillik Günü münasibətilə Azərbaycanı ürəkdən təbrik edirik! Bu çətin dövrdə Azərbaycanın dostluğuna, həmrəyliyinə və sarsılmaz dəstəyinə dərin minnətdarlığımızı bildiririk. Birlikdə qarşılıqlı hörmət və ortaq prinsiplərə əsaslanan strateji tərəfdaşlığımızı gücləndirməyə davam edirik”, - diplomat bildirib.

28 May 2026, 14:00