Bizə yazın

Baku

-°C

USD

-

Azər Allahverənov: 28 May Azərbaycan xalqının qürur günüdür

Siyasət 28 May 2026, 10:09

2419

Xalqların tarixində elə dönüş nöqtələri olur ki, həmin günlər təkcə müəyyən siyasi hadisənin deyil, bütöv bir millətin taleyinin simvoluna çevrilir. Azərbaycan xalqı üçün 28 May məhz belə müqəddəs və tarixi günlərdən biridir. Bu tarix milli istiqlal düşüncəsinin siyasi müstəviyə daşındığı, əsrlərlə davam edən azadlıq arzularının dövlət formasında gerçəkləşdiyi böyük dönüş mərhələsidir. 28 May sadəcə bir bayram deyil, Azərbaycan xalqının milli kimliyinin, dövlətçilik təfəkkürünün və müstəqil yaşamaq iradəsinin rəmzidir.

Bu sözləri Citypost.az-a açıqlamasında Millət vəkili Azər Allahverənov bildirib.

"1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu. Bununla da Azərbaycan yalnız öz dövlət müstəqilliyini bərpa etmədi, eyni zamanda bütün müsəlman Şərqində ilk parlamentli respublikanın əsasını qoydu. Həmin dövrdə qəbul edilən qərarlar siyasi baxımdan son dərəcə cəsarətli idi. Çünki çətin geosiyasi şəraitdə, imperiyaların dağıldığı və bölgədə ağır qarşıdurmaların yaşandığı bir vaxtda müstəqil dövlət qurmaq böyük siyasi iradə tələb edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Milli parlamentin yaradılması, dövlət atributlarının qəbul edilməsi, milli ordunun formalaşdırılması və təhsil sahəsində həyata keçirilən yeniliklər həmin dövrün mühüm nailiyyətləri idi. Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnun verilməsi isə Cümhuriyyətin demokratik mahiyyətini açıq şəkildə göstərirdi. Bütün bunlar Azərbaycan xalqının dövlət idarəçiliyinə və müasir siyasi dəyərlərə nə qədər bağlı olduğunu nümayiş etdirirdi.

Lakin həmin dövrün mürəkkəb siyasi reallıqları, daxildəki fikir ayrılıqları və xarici təzyiqlər Cümhuriyyətin fəaliyyətinə ciddi maneələr yaradırdı. Dövlət institutları hələ tam formalaşmamışdı, iqtisadi və hərbi imkanlar isə məhdud idi. Nəticədə 1920-ci ilin aprelində bolşevik Rusiyasının hərbi müdaxiləsi Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələndi. Bununla belə, istiqlal ideyası xalqın yaddaşından silinmədi. Sovet hakimiyyəti illərində milli dövlətçilik düşüncəsi bütün təzyiqlərə baxmayaraq xalqın mənəvi yaddaşında yaşamaqda davam etdi.

XX əsrin sonlarında SSRİ-nin zəifləməsi ilə Azərbaycanda milli azadlıq hərəkatı yenidən gücləndi. Xalq küçələrə çıxaraq azadlıq və müstəqillik tələb edirdi. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkədə son dərəcə ağır siyasi vəziyyət hökm sürürdü. Təəssüf ki, 1992-ci ildə hakimiyyətdə olan AXC–Müsavat iqtidarı dövlət idarəçiliyində ciddi səhvlərə yol verdi. Təcrübəsizlik, idarəetmədə xaos, daxili çəkişmələr və düşünülməmiş qərarlar ölkəni ağır böhranla üz-üzə qoydu.

Dövlət idarəçiliyindən uzaq AXC–Müsavat cütlüyünün hakimiyyəti illərində dövlət institutları zəiflədi, iqtisadi vəziyyət daha da ağırlaşdı, silahlı qruplar arasında qarşıdurmalar artdı. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti fonunda isə ölkə daxilində vahid idarəetmə sistemi qurmaq mümkün olmadı. Torpaqların işğalı, ordudakı pərakəndəlik, siyasi qeyri-sabitlik və hakimiyyət uğrunda mübarizə Azərbaycan dövlətçiliyini real təhlükə qarşısında qoymuşdu. Xalq artıq ölkəni bu böhrandan çıxara biləcək qətiyyətli liderə ehtiyac duyurdu.

Belə mürəkkəb və taleyüklü bir şəraitdə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi. 1993-cü ildə onun siyasi rəhbərliyə qayıdışı ölkədə dağılmaq üzrə olan dövlətçiliyin xilası oldu. Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasının qarşısını aldı və dövlət institutlarını yenidən formalaşdırmağa başladı.

Məhz həmin dövrdən etibarən Azərbaycanda müstəqil dövlət quruculuğunun yeni mərhələsi başlandı. Güclü ordu quruculuğu, hüquqi dövlət prinsiplərinin formalaşdırılması, iqtisadi islahatların həyata keçirilməsi və balanslaşdırılmış xarici siyasət Azərbaycanın gələcək inkişafının əsasını yaratdı. 1995-ci ildə qəbul edilən Konstitusiya dövlətçiliyin hüquqi dayaqlarını daha da möhkəmləndirdi.

Ulu Öndərin müəyyən etdiyi siyasi kurs sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan regionun aparıcı dövlətlərindən birinə çevrildi. Enerji layihələri, beynəlxalq nəqliyyat dəhlizləri və genişmiqyaslı islahatlar ölkənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı.

Bu siyasətin ən mühüm nəticəsi isə 2020-ci ildə əldə olunan tarixi Zəfər oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbə qazanaraq ölkənin ərazi bütövlüyünü bərpa etdi. İşğal altında olan torpaqlar azad edildi və Azərbaycanın dövlət suverenliyi tam təmin olundu. 

Müstəqil Azərbaycan bu gün güclü iqtisadiyyata, modern orduya, beynəlxalq nüfuza və milli həmrəyliyə malik dövlətdir. Bütün bunların əsasında isə xalqın azadlıq arzusu, dövlətçilik ənənələri və milli maraqlara söykənən siyasi kurs dayanır.

28 May tarixi xalqımızın yaddaşında milli qürur günü kimi daim yaşayacaq. Çünki bu tarix Azərbaycan xalqının əsrlər boyu qoruduğu azadlıq ruhunun, milli iradəsinin və müstəqil dövlətçilik idealının ən parlaq təcəssümüdür." - deyə Millət vəkili bildirib

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şahin Qocayev: Azərbaycan Paşinyandan sonrakı dövrə hazırlaşmalıdır  

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini dəyərləndirən jurnalist, Ordu.az saytının rəhbəri Şahin Qocayev hesab edir ki, Nikol Paşinyanın yenidən hakimiyyətdə qalması həm bugünkü siyasi reallıqlar, həm də gələcək perspektivlər baxımından təhlil edilməlidir.Citypost.az xəbər verir ki, Ş.Qocayev bildirib ki, Paşinyanın seçkilərdə qələbəsi Azərbaycan üçün vacib məqamlardan biri olsa da, diqqət artıq Ermənistanın gələcək siyasi mərhələsinə yönəlməlidir.“Paşinyanın seçilməsini həm indiki, həm də gələcək zamana əsasən təhlil etmək lazımdır. Hər bir halda bu nəticə Azərbaycan üçün əhəmiyyətli idi. Lakin artıq Paşinyandan sonrakı dövrün konturlarını cızmaq vaxtıdır”, – deyə o qeyd edib.Jurnalistin fikrincə, gələcəkdə Ermənistanda revanşist qüvvələrin bu və ya digər formada hakimiyyətə gəlmək cəhdləri...

08 İyun 2026, 10:35

Vüsal Məmmədov: Paşinyan hökuməti təkbaşına quracaq

Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrini şərh edən jurnalist Vüsal Məmmədov bildirib ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası mövcud seçki mexanizmi sayəsində parlamentdə çoxluq əldə edəcək.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, partiyanın səslərin 49,81 faizini toplaması faktiki olaraq hakimiyyətin yenidən Paşinyanın nəzarətində qalacağı anlamına gəlir.“Ermənistanın seçki qanunvericiliyinə əsasən, 4 faizlik baryeri keçə bilməyən kiçik partiyaların səsləri mandat bölgüsündə nəzərə alınmır. Bu isə ‘Vətəndaş Müqaviləsi’nin ümumi hesablamalarda payının 50 faizdən yuxarı qalxmasına şərait yaradır”, – deyə V.Məmmədov qeyd edib.Jurnalist vurğulayıb ki, bundan sonra Ermənistanın seçki sistemində nəzərdə tutulan xüsusi bonus mexanizmi işə düşür.“Qanunvericiliyə görə, qalib partiyanın...

08 İyun 2026, 10:23

Nadir Azəri: Seçkinin nəticələri Cənubi Qafqazın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır  

“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərir ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə müxalifət üzərində inamlı qələbə qazanıb. Həm ekzit-poll nəticələri, həm də ilkin rəsmi məlumatlar bu qənaətə gəlməyə əsas verir ki, söhbət təkcə müxalifətin deyil, həm də Rusiya yönümlü siyasi qüvvələrin məğlubiyyətindən gedir”.Bu fikirləri Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.O, qeyd edib ki, bu qələbə iki mühüm məqam baxımından diqqət çəkir: “Birincisi, seçkilərdə iştirak edən seçicilərin sayının beş il əvvəlki seçkilərlə müqayisədə artmasıdır. İkincisi isə səs verənlərin 50 faizdən çoxunun məhz Nikol Paşinyanın partiyasına etimad...

08 İyun 2026, 10:11

Zaur İbrahimli: Paşinyanın qələbəsi sülh gündəliyinin və yeni regional reallığın qələbəsidir

Ermənistanda tarixi 7 iyun parlament seçkilərinin Baş nazir Paşinyanın qələbəsi ilə başa çatması sülh gündəliyinin, sülh perspektivinin, bütün Cənubi Qafqazı əməkdaşlıq, açıq kommunikasiyalar coğrafiyasına transformasiyasını tamamlayacaq sülh təşəbbüslərinin qalibiyyətidir. Citypost.az xəbər verir ki, bu fikirləri “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli bildirib."Ermənistan Baş nazirinin “Vətəndaş müqaviləsi” Partiyasının qələbəsi, Rusiya tərəfdarlarının qələbə çala bilməməsi, erməni cəmiyyətinin revanşistləri dəstəkləməməsi ilk növbədə və başlıca olaraq Azərbaycanın sülh təşəbbüsləri, sülh diplomatiyası ilə formalaşan yeni reallığın, yeni tarixin, köhnə, müstəmləkəçi, forpost tarixi üzərində qələbəsidir. Azərbaycanın, onun rəhbəri Prezident İlham Əliyevin böyük qətiyyəti, mübarizəsi, dəyanəti, məharəti sayəsində reallaşan, real nəticə verən sülh...

08 İyun 2026, 09:10

Elşad Paşasoy: Kreml seçkilərdə Paşinyanın mövqeyinin güclənməsinə çalışdı  

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edən politoloq Elşad Paşasoy hesab edir ki, Rusiya ilə Ermənistanın hazırkı hakimiyyəti arasında münasibətlərə dair ictimaiyyətə təqdim olunan mənzərə reallığı tam əks etdirmir.Citypost.az xəbər verir ki, politoloq sosial şəbəkədə paylaşdığı fikirlərdə bildirib ki, uzun müddətdir Kreml tərəfindən Ermənistanda hakimiyyət dəyişikliyi planlarının hazırlandığı barədə iddialar səslənsə də, o, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında müəyyən anlaşmanın mövcud olduğunu düşünür.E.Paşasoyun sözlərinə görə, bu qənaəti gücləndirən məqamlardan biri Paşinyanın aprelin 1-də keçirdiyi görüşdən sonra Rusiya lideri ilə iyunun ikinci yarısında görüş barədə razılığın əldə olunduğunu açıqlaması olub.Politoloq hesab edir ki, son dövrlərdə Rusiya...

08 İyun 2026, 08:19

Tural İrfan: Yaxın Şərqdə baş verənlər müəyyən geosiyasi hesablamalardan xəbər verir  

İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumları Yaxın Şərqdə gərginliyi daha da artırıb. Xarici media vasitələrinin məlumatına görə, İsrailin hava hücumundan müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, Baş nazir Benjamin Netanyahu isə təcili olaraq Təhlükəsizlik Kabinetinin iclasını çağırıb.Citypost.az xəbər verir ki, məsələni şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan bildirib ki, bölgədə baş verən son hadisələr təsadüfi deyil və müəyyən geosiyasi hesablamaların mövcudluğundan xəbər verir.Onun sözlərinə görə, İranın hücumları ilk baxışdan İsrailin Livandakı əməliyyatlarına cavab kimi qiymətləndirilsə də, proseslərin daha geniş siyasi kontekstdə təhlilinə ehtiyac var.“İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin ‘Tehran bu gecə...

08 İyun 2026, 08:05