"Azərişıq" nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb
Cəmiyyət 28 May 2026, 11:06
343
"Azərişıq" ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib.
Citypost.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, onların elektrik şəbəkəsinə qoşulması, həmçinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə "Azərişıq" regionlarda maarifləndirici tədbirlər, görüşlər təşkil edir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin binasında keçirilən görüşə 30-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə "Azərişığ"ın ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Nəriman Mahmudov iştirak edib.
Görüş zamanı fermer, sahibkar və vətəndaşlar "Azərişığ"ın regionlarda həyata keçirdiyi yenidənqurma, eləcə də əsaslı təmir işləri barədə məlumatlandırılıb. Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar tikilir. Ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillərdən (ÖİN) istifadə etməklə yeraltı və yerüstü xətlər çəkilir.
Həmçinin tədbir iştirakçılarına elektron xidmətlər barədə ətraflı məlumatlar verilib. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.
Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb.
Həmçinin oxuyun
Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları cavablandırılıb, onların təklif və tövsiyələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "Azərişığ"ın təşkil etdiyi maarifləndirici tədbirlər, görüşlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azad edilmiş ərazilərdə məşğulluğu təmin edilən şəxslərin sayı açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.Bu barədə Citypost.az-a ƏƏSMN-dən məlumat verilib.Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 10600-dək şəxsin məşğulluğu təmin edilib."Onlardan 881 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb.Habelə 505 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına dəstək göstərilib", - məlumatda qeyd edilib....
28 May 2026, 12:08
Prezident İlham Əliyev Efiopiya Baş nazirinə təbrik ünvanlayıb
Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əliyə təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli cənab Baş nazir,Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Azərbaycan ilə Efiopiya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.Fevral ayında Azərbaycana səfəriniz çərçivəsində Sizinlə məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri yüksək qiymətləndirirəm. Səfər əsnasında Azərbaycan-Efiopiya əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar ikitərəfli gündəliyimizin əhatə dairəsinin genişləndirilməsi üçün yeni imkanlar açmışdır.Əminəm ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq potensialının reallaşdırılması...
28 May 2026, 12:05
Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub
Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub.AZƏRTAC xəbər verir ki, müharibə şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına riayət olunmaqla Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk, Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müavini İqor Jovkva, nazirlər, xarici ölkələrin səfirlikləri, ictimai-siyasi xadimlər, diplomatlar, universitet rektorları, diaspor fəalları və soydaşlarımız iştirak ediblər.Qəbul Azərbaycanın və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.Sonra çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, 108 il əvvəl, 28 may 1918-ci ildə Müsəlman Şərqində ilk dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsi ilə elan edilib.“Bu, sadəcə yeni...
28 May 2026, 11:48
FHN: İsmayıllıda çayda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Nazirliyin mətbuat xidmətindən Citypos.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Niva” markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər (kişi cinsli) xilas edilib....
28 May 2026, 11:47
Fransa səfirliyi Azərbaycanı Müstəqlillik Günü münasibətilə təbrik edib
Fransanın Azərbaycandakı səfirliyi Azərbaycanı 28 May – Müstəqlillik Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.“Fransanın Azərbaycandakı səfirliyi Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırır”, - paylaşımda bildirilib.
28 May 2026, 11:30
Aİ Nümayəndəliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə Nümayəndəliyin "X" hesabında paylaşım edilib."Müstəqillik Gününüz mübarək, Azərbaycan.Avropa İttifaqı və Azərbaycan enerji, əlaqə, ticarət və yaşıl keçid sahələrində əməkdaşlığı gücləndirməyə davam edirlər. Tərəfdaşlığımızın 30 ili ərzində qarşılıqlı hörmətə əsaslanan daha əlaqəli, davamlı və firavan bir gələcək qurmaq üçün birlikdə çalışmışıq", - paylaşımda bildirilib....
28 May 2026, 11:29