Şimali Kiprin XİN-i Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Cəmiyyət 28 May 2026, 11:13
395
Şimali Kiprin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Citypost.az xəbər verir ki, XİN təbrik mesajını "X" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Həmçinin oxuyun
"Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi çatdırır, qardaş və dost Azərbaycan xalqına firavanlıq və rifah arzulayırıq", - deyə paylaşımda qeyd edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azad edilmiş ərazilərdə məşğulluğu təmin edilən şəxslərin sayı açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.Bu barədə Citypost.az-a ƏƏSMN-dən məlumat verilib.Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 10600-dək şəxsin məşğulluğu təmin edilib."Onlardan 881 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb.Habelə 505 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına dəstək göstərilib", - məlumatda qeyd edilib....
28 May 2026, 12:08
Prezident İlham Əliyev Efiopiya Baş nazirinə təbrik ünvanlayıb
Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əliyə təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli cənab Baş nazir,Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Azərbaycan ilə Efiopiya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.Fevral ayında Azərbaycana səfəriniz çərçivəsində Sizinlə məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri yüksək qiymətləndirirəm. Səfər əsnasında Azərbaycan-Efiopiya əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar ikitərəfli gündəliyimizin əhatə dairəsinin genişləndirilməsi üçün yeni imkanlar açmışdır.Əminəm ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq potensialının reallaşdırılması...
28 May 2026, 12:05
Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub
Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub.AZƏRTAC xəbər verir ki, müharibə şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına riayət olunmaqla Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk, Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müavini İqor Jovkva, nazirlər, xarici ölkələrin səfirlikləri, ictimai-siyasi xadimlər, diplomatlar, universitet rektorları, diaspor fəalları və soydaşlarımız iştirak ediblər.Qəbul Azərbaycanın və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.Sonra çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, 108 il əvvəl, 28 may 1918-ci ildə Müsəlman Şərqində ilk dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsi ilə elan edilib.“Bu, sadəcə yeni...
28 May 2026, 11:48
FHN: İsmayıllıda çayda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Nazirliyin mətbuat xidmətindən Citypos.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Niva” markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər (kişi cinsli) xilas edilib....
28 May 2026, 11:47
Fransa səfirliyi Azərbaycanı Müstəqlillik Günü münasibətilə təbrik edib
Fransanın Azərbaycandakı səfirliyi Azərbaycanı 28 May – Müstəqlillik Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.“Fransanın Azərbaycandakı səfirliyi Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırır”, - paylaşımda bildirilib.
28 May 2026, 11:30
Aİ Nümayəndəliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə Nümayəndəliyin "X" hesabında paylaşım edilib."Müstəqillik Gününüz mübarək, Azərbaycan.Avropa İttifaqı və Azərbaycan enerji, əlaqə, ticarət və yaşıl keçid sahələrində əməkdaşlığı gücləndirməyə davam edirlər. Tərəfdaşlığımızın 30 ili ərzində qarşılıqlı hörmətə əsaslanan daha əlaqəli, davamlı və firavan bir gələcək qurmaq üçün birlikdə çalışmışıq", - paylaşımda bildirilib....
28 May 2026, 11:29